25-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Foreign Brief”: “Paşinyan müharibə üçün…”

12 Avqust 2019, 11:19
Siyasət, Seçmə
A A
“Foreign Brief”: “Paşinyan müharibə üçün…”

Bu gün Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Yerevana səfər edəcək. Virtualaz.org xatırladır ki, Rusiyanın xarici siyasətinin formalaşmasında əsas söz sahiblərindən biri olan Patruşevin Yerevana səfəri əvvəlcədən planlaşdırılsa da Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağda səsləndirdiyi son avantürist bəyanatları ilə bağlı regionda artan gərginliyə təsadüf edir. Gözlənilir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Yerevanın Qarabağ ətrafında deeskalasiya riskini kəskin artıran addımlarını da müzakirə edə bilər.

Avstraliya Milli Universiteti nəzdində fəaliyyət göstərən, ABŞ və Avropada ofisləri yerləşən, beynəlxalq geosiyasi risklərin araşdırılması ilə məşğul olan “Foreign Brief” mərkəzinin təhlilində də bu məqam vurğulanır.

Mərkəzin təhlilində deyilir ki, Ermənistan silah təchizatında Rusiyadan asılıdır və Moskvanın Cənubi Qafqaz regionunda yeganə müttəfiqidir. “Həqiqətən Ermənistan Rusiyanın regionda yeganə hərbi bazasını saxlayır və Rusiyanın rəhbərlik etdiyi KTMT-nin regiondakı yeganə üzvüdür. Ancaq Rusiya baş nazir Nikol Paşinyana ehtiyatla yanaşır, çünki onun 2018-ci ilin aprelində “məxməri inqilab”la hakimiyyətə gəlişi Moskvada “qərbyönümlü” kimi interpretasiya olunub”,-mərkəz xatırladır.

“Foreign Brief” qeyd edir ki, Ermənistanın təhlükəsizlik strategiyası əsasən Azərbaycanın separatçı Dağlıq Qarabağ regionu ətrafında həll edilməmiş münaqişəyə köklənsə də Paşinyan avqustun 5-də növbəti dəfə regiona baş çəkib, Qarabağ üzərində erməni suverenliyinə iddia edib. Bu da Azərbaycanla Ermənistan arasında yeni söz müharibəsinə gətirib çıxarıb.

“Paşinyanın təxribatçı addımı belə düşünməyə məcbur edir ki, gərginliyin artması Dağlıq Qarabağ ətrafında yeni müharibənin başlamasına gətirib çıxara bilər. Baş nazir 2016-cı ildəki hərbi əməliyyatların yenidən təkrarlanmasına yaxşı hazırlaşmaq üçün  Rusiyadan daha çox silah, hərbi texnika istəyə bilər.

Ancaq Ermənistan Rusiya üçün nə qədər mühüm olsa da bu Moskvaya Yerevanın düşməni Azərbaycana silah satmağa mane olmur. Paşinyanın Moskva ilə münasibətlərinin istiləşməsi Rusiyanın silahlanmada  Ermənistana Azərbaycan qarşısında üstünlük qazandırmasına gətirib çıxaracaqmı, bu prezident Vladimir Putinin Yervana oktyabr ayına nəzərdə tutulan səfərindən sonra məlum olacaq”,-mərkəz qeyd edir.

Xatırladaq ki, Rusiya Paşinyana nə qədər soyuq yanaşsa da hər halda onun hakimiyyətə gəlişindən sonra Ermənistana güzəştli qiymətə bir sıra yeni silahlar, o cümlədən 4 Su-30SM qırıcıları satmağa razı olub. Habelə müdafiə naziri David Tonoyanın bildirdiyinə görə, Rusiya ilə digər silah sövdələşmələri də əldə edilib ki, bu da silahlanmada “sürprizlər” vəd edir.

Əvvəlki yazı

Ölkə məscidlərində bayram namazı qılındı

Sonrakı yazı

Qurban bayramında avtoqəza qurbanları – Statistika

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.