04-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Xoşqədəm Hidayətqızı sələmə pul verirmiş: iş məhkəməyə qədər getdi

09 Avqust 2019, 22:15
Seçmə
A A
Xoşqədəm Hidayətqızı sələmə pul verirmiş: iş məhkəməyə qədər getdi

Zaman-zaman müxtəlif telekanallarda yayımlanan “Səni axtarıram” proqramının müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı (Baxşəliyeva) ilə bağlı məhkəmə qərarlarından belə görünür ki, o, sələmlə pul verirmiş. Qərarda X.Hidayətqızının özünün də etiraflarına istinad olunub.

Reportyor.info xəbər verir ki, bu barədə Meydan TV-yə məlumat verən mənbənin sözlərinə görə, məhkəmə qərarı X.Hidayətqızının iddiası əsasında çıxarılıb.

Aparıcı məhkəmədən əvvəl hüquq-mühafizə orqanlarına müraciət edib, sələmlə pul verdiyi Məmmədtağı İbrahimovun cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Lakin cinayət işi başlanması rədd olunub. Bundan sonra X.Hidayətqızı Nərimanov Rayon Məhkəməsinə üz tutub.

Aparıcı bildirib ki, M.İbrahimova üç dəfəyə 49 min manat pul verib. Bunun 25 min manatını aylıq 5 faizlə 2013-cü ilin noyabrında, 20 min manatı isə aylıq 6 faiz əlavə ödəniş şərtilə, 2014-cü ilin noyabrında verib. X.Hidayətqızının sözlərinə görə, qalan 4 min manatı da sonradan 6 faizlə verib.

M.İbrahimov isə 20 min və 25 min olmaqla, ikidəfəyə 45 min manat aldığını təsdiqləsə də, X.Hidayətqızıdan 4 min manatı almadığını deyir. Bildirir ki, aldığı 45 min manatdan da 28 min 900 manat qaytarıb. M.İbrahimov qaytardığı pulun əsas borcdan çıxılmasını istəyib. Bildirib ki, onu faiz kimi yox, borcdan verib.

Lakin X.Hidayətqızı ona əsas borcdan bir manat da qaytarılmadığını iddia edib.

X.Hidayətqızı məhkəməyə müraciətində 49 min əsas borc, 2015-ci ilin mayından qətnamə icra olunduğu günə qədər aylıq 6 faizdən hesablanmaqla, hər ay üçün 2940 manat da faiz borcu tələb edib.

Nərimanov Rayon Məhkəməsi onun iddiasını qismən təmin edib. Məhkəmə belə qərara gəlib ki, X.Hidayətqızı 4 min manat verdiyini sübut edə bilməyib. Ona görə də yalnız 45 min manat əsas borcun qaytarılması barədə qətnamə çıxarıb. Aparıcının hər ay üçün 2940 manat faiz tələbi də rədd edilib.

Həmçinin M.İbrahimovun da 28 min 900 manat qaytarması barədə dedikləri də qəbul edilməyib. Hakim qərarda yazıb ki, cavabdeh bu məsələ ilə bağlı ortaya sübut qoya bilməyib.

Bakı Apelyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. M.İbrahimov sonra Ali Məhkəməyə kassasiya şikayəti vermək istəsə də, qəbul edilməyib, çünki vəkil orderi əlavə olunmayıb. M.İbrahimov vəkil tutmağa imkanı olmadığını əsas gətirib, apelyasiya məhkəməsinə müraciət edib ki, ona dövlət hesabına vəkil təyin edilsin. Bakı Apelyasiya Məhkəməsi onun ərizəsini rədd edib. Bu qərardan Ali Məhkəməyə şikayəti də təmin olunmayıb.

Bir müddət sonra M.İbrahimov 45 min manatlıq qərardan da Ali Məhkəməyə şikayət edib. Ali Məhkəmə də əvvəlki qərarları dəyişməyib.

Meydan TV məsələyə Xoşqədəm Hidayətqızının münasibətini öyrənmək istəyib. Lakin aparıcı “bu məsələ mənim üçün qapanıb” deməklə açıqlama vermək istəməyib.

Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, vətəndaşın sələmə pul vermək hüququ yoxdur. Sələm dedikdə, gəlir əldə etmək məqsədi ilə pulun birbaşa faizə verilməsi başa düşülür. Bu da ancaq bank olmayan kredit təşkilatları, banklar, və lombardlar tərəfindən müqavilə əsasında həyata keçirilir. Vətəndaşların isə faizə pul verib, müqavilə bağlamaq səlahiyyətləri yoxdur.

Hüquqşünas Məhərrəməli Həmidov “Femida.az”a deyib ki, verilən sələmə görə faiz tələb etmək cinayət məsuliyyətinə səbəb ola bilər:

“Verilən sələmə görə sələm alandan nəinki faiz tələb etmək, əksinə, dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq tələb olunduğu halda belə razılıq almadan bu cür qanunsuz fəaliyyət göstərdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati və cinayət məsuliyyətə cəlb oluna bilərlər”.

Əvvəlki yazı

Saatlı icra başçısının oğlu dəbdəbəli həyat tərzini niyə reklam edir?.. – Fotofakt

Sonrakı yazı

“İqtidar Əli Kərimli ilə gizli əməkdaşlıq edib” – Müsahibə

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09
Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

03 Sentyabr 2025, 16:07
“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

03 Sentyabr 2025, 16:05
17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

03 Sentyabr 2025, 16:00
Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

03 Sentyabr 2025, 15:57
Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

03 Sentyabr 2025, 15:55
Qaxda yanğın — VİDEO

Qaxda yanğın — VİDEO

03 Sentyabr 2025, 13:41
Azərbaycanda müğənni narkotikə görə həbs edildi

Azərbaycanda müğənni narkotikə görə həbs edildi

03 Sentyabr 2025, 13:04
Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

03 Sentyabr 2025, 13:02
“Telegram” üzərindən yeni dələduzluq halları müşahidə olunur

“Telegram” üzərindən yeni dələduzluq halları müşahidə olunur

03 Sentyabr 2025, 13:01
Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər

Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər

03 Sentyabr 2025, 12:43
İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı

İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı

03 Sentyabr 2025, 12:32
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub

Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub

03 Sentyabr 2025, 12:30
Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

02 Sentyabr 2025, 10:47
İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

02 Sentyabr 2025, 10:44
Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

02 Sentyabr 2025, 10:27
İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

02 Sentyabr 2025, 10:25

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.