07-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat Fətiyevin biznes imperiyası qitələr tanımır – Özbəkistan və Rusiyadakı biznesi, Avstraliyadakı qalmaqalı… (FOTOFAKT))

06 Avqust 2019, 20:00
Gündəm
A A
Deputat Fətiyevin biznes imperiyası qitələr tanımır – Özbəkistan və Rusiyadakı biznesi, Avstraliyadakı qalmaqalı… (FOTOFAKT))

“Deputat Xanlar Fətiyevin Özbəkistana, oradan uzaq Avstraliyaya kimi uzanan şirkətlərini də siyahıya daxil etsək, o qitələr tanımayan oliqarx kimi bir “dünya imperatoru”dur”.

Bu fikirlər araşdırmaçı jurnalist Cavanşir Həsənlinin Azərbaycan parlamentinin oliqarx üzvlərindən biri olan Xanlar Fətiyevin biznesi ilə bağlı növbəti yazısından götürülüb. “Reportyor.info”-nun məlumatına görə, həmin yazıda daha sonra bildirilir:

“Ötən yazımda Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası işçi qrupunun rəhbəri (O, həm də Gəncə Avtomobil Zavodunun rəhbəridir), oliqarx deputat Xanlar Fətiyevin Azərbaycandan Gürcüstana, Gürcüstandan Belarusa, Belarusdan Almaniyaya uzanan çoxşaxəli, “qərbyönümlü” biznes imperiyası barədə yazmışdım. Yazmışdım ki, bu, hələ hamısı deyil. Bəli, hamısı deyil, çünki həm də Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupunun rəhbəri olan cənab Fətiyevin Özbəkistana, oradan uzaq Avstraliyaya kimi uzanan şirkətlərini də siyahıya daxil etsək, o, qitələr tanımayan oliqarx kimi bir “dünya imperatoru”dur.

Özbəkistan paytaxtında oliqarxa məxsus AZNUR şirkəti, Avropada olduğu kimi, avtomobil icarəsi biznesi və turizm sahəsində fəaliyyət göstərir.

 

Avstraliyanın paytaxtı Kanberradakı AZNUR PTY LTD şirkəti də eyni biznes sahəsi ilə məşğuldur.

AZNUR PTY LTD 2010-cu il yanvarın 15-də OZMOTO EVENTS PTY LTD adı ilə Qərbi Avstraliyada, MOUNT LAWLEY-də qeydiyyata ( qeydiyyat nömrəsi: 141510812) alınıb. 2011-ci il martın 22-də şirkətin adı AZNUR PTY LTD olaraq dəyişdirilib və yenidən qeydiyyatdan keçirilib. Şirkət 2016-cı il oktyabrın 1-dən 402/189 Kent Street, Sydney, NSW 2000 ünvanında 105 kv metrlik ofisdə fəaliyyət göstərir. Ofis 3 illiyinə AIHL PROPERTIES AUSTRALIA PTY LIMITED şirkətindən 55650 dollara icarəyə götürülüb”.

FƏTİYEVİN MOSKVADAKI “KOMPAS”I…

Jurnalistin yazdığına görə, Xanlar Fətiyevin biznes imperiyası Özbəkistanla da yekunlaşmır: “Oliqarx deputat Xanlar Fətiyevin ölkə xaricindəki biznes şəbəkəsinin bir qolu da Moskvadadır. Rusiya paytaxtında fəaliyyət göstərən “Kompas Ticarət Evi” Məhdud Məsuliyyətli Cəmiyyəti (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “ТОРГОВЫЙ ДОМ КОМПАС”) 2017-ci il iyunun 13-də 15979805 saylı lisenziya ilə qeydiyyatdan keçib. Qeydiyyat ünvanı Moskva şəhəri, Komsomolskiy prospekt 41/57 göstərilir. Nizamnamə kapitalı 10 000 rubl olan şirkətin 70 faizi Rusiya vətəndaşı Vadim Qulamov Adil oğluna, 30 faizi isə Fətiyevin Belarusda avtomobillərin icarəsi ilə məşğul olan AZNUR MMC-sinə məxsusdur.

2017-ci il maliyyə sənədlərinə görə, yarım ili 7.8 milyon rubl gəlirlə başa vurub. Şirkət ticarət, o cümlədən avtomobil hissələrinin, mebellərin, geyim, məişət avadanlıqlarının və tikinti materiallarının topdan satışı sahəsində fəaliyyət göstərir.

Dəqiqləşdirilməmiş məlumata görə Moskvada sahəsi 7208 kv metrlik “Kompas” Ticarət Evi Fətiyevin hissədarı olduğu şirkətin mülkiyyətindədir. Ticarət mərkəzi hazırda Rusiyanın iri daşınmaz əmlak şirkətləri vasitəsilə satışa çıxarılıb”.

FƏTİYEV AVSTRALİYALI DEPUTATLARI TORA SALIB?

Jurnalistin iddiasına görə, Xanlar Fətiyevin və onun Avstraliyada sahib olduğu AZNUR PTY LTD şirkətinin adı Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasında yaranmış xoşagəlməz qalmaqalla bağlı hesabatlarda çəkilir: “Hər şey Avstraliya parlamentinin Azərbaycanla bağlı işçi qrupunun Liberal Partiyadan olan üzvü cənab Craig Kelly-nin 2016-cı ildə Azərbaycanda keçirilən referendumdan sonra öz facebook hesabında “Avstraliya seçkini Azərbaycandan öyrənməlidir” fikrini ifadə etməsindən sonra başladı.

Tənqidlər bir yana, Avstraliya parlamentinin Nümayəndələr Palatası Kelly və 2018-ci ildə Azərbaycandakı prezident seçkilərini müşahidəçi olaraq izləmiş digər deputatlarla bağlı araşdırmalar aparıb.

Nümayəndələr Palatasının yekun hesabatlarına görə, Avstraliyanın 45-ci çağırış parlamentinin üzvləri Craig Kelly, Milton Dick, Maria Vamvakinou, Concetta Fierravanti-Wells və Steve Georganas 2018-ci il aprelin 6-dan 13-nə qədər Bakıda səfərdə olarkən, bütün xərclər (təyyarə biletləri, otel və yemək) Azərbaycan hökuməti adından Fətiyevə məxsus AZNUR PTY LTD tərəfindən ödənilib.

Üstəlik, hesabatlarda qeyd olunur ki, həmin şəxslərə rüşvət olaraq Xanlar Fətiyev və Azərbaycanın bu ölkədəki fəxri konsulu Aydan Rzayeva tərəfindən hədiyyələr, bahalı xalçalar verilib. Məsələn, Xanlar Fətiyevin senator Concetta Fierravanti-Wells-ə təqdim etdiyi xalça 1876 dollar dəyərində qiymətləndirilib.

Bu hesabatdan sonra Avstraliyada Azərbaycanla bağlı hansı təsəvvürlərin formalaşdığını deməyə ehtiyac yoxdur. Avstraliyadakı erməni lobbisi aylardan bəri bu hesabatlardan Azərbaycana qarşı ciddi şəkildə istifadə edir…

Sənədlərlə bağlı Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupunun üzvü, deputat Asim Mollazadənin fikirlərini öyrənməyə çalışdım. Amma cənab Mollazadə münasibət bildirməyərək, susmağa üstünlük verdi”.

Yazıdakı iddialarla bağlı Xanlar Fətiyevin də mövqeyini işıqlandırmağa hazırıq.

Əvvəlki yazı

Tatarıstan Xalq Şairi, Dövlət Şurasının komitə sədri R.Vəliyevin kitabı Sumqayıtda ədəbi ictimaiyyətə təqdim edilib

Sonrakı yazı

Küləkdə başına ağac düşən qızdan “Semaşko”ya ağır ittihamlar: “Hamısı pul istəyir” (VİDEO)

Tanınmış idmançı FHN-də vəzifəyə TƏYİN OLUNDU

Tanınmış idmançı FHN-də vəzifəyə TƏYİN OLUNDU

07 Avqust 2025, 14:15
“Bu cür iddialar əsassız, boş, axmaq söhbətlərdir” — Artur Rasizadədən açıqlama

“Bu cür iddialar əsassız, boş, axmaq söhbətlərdir” — Artur Rasizadədən açıqlama

07 Avqust 2025, 14:12
7 nəfərin öldüyü qəzadan görüntülər – Foto-Video

7 nəfərin öldüyü qəzadan görüntülər – Foto-Video

07 Avqust 2025, 14:09
Azərbaycan yığmasının 27 yaşlı üzvü vəfat etdi

Azərbaycan yığmasının 27 yaşlı üzvü vəfat etdi

07 Avqust 2025, 13:52
“Qabiliyyət imtahanları jurnalistikaya xidmət etmədi və etməyəcək” — Fadil Paşayev

“Qabiliyyət imtahanları jurnalistikaya xidmət etmədi və etməyəcək” — Fadil Paşayev

07 Avqust 2025, 13:50
DYP sərnişindaşıma fəaliyyəti göstərənlərə müraciət edib

DYP sərnişindaşıma fəaliyyəti göstərənlərə müraciət edib

07 Avqust 2025, 13:24
Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

05 Avqust 2025, 18:08
AHİK endirim fırıldağı edir? – FOTO

AHİK endirim fırıldağı edir? – FOTO

05 Avqust 2025, 18:06
TBMM-də tarixi gün: “Terrorşuz Türkiyə” üçün komissiya işə başladı

TBMM-də tarixi gün: “Terrorşuz Türkiyə” üçün komissiya işə başladı

05 Avqust 2025, 18:04
Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

05 Avqust 2025, 15:39
Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

05 Avqust 2025, 15:36
Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

05 Avqust 2025, 15:33
“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

05 Avqust 2025, 15:31
“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

05 Avqust 2025, 15:27
Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

05 Avqust 2025, 15:23
“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

05 Avqust 2025, 13:38
Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

05 Avqust 2025, 13:34
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Avqust 2025, 13:06
Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

05 Avqust 2025, 13:04
Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

05 Avqust 2025, 12:59

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.