06-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Paşinyanın gəldiyi yer bombalansa, qələt edər, bir də ora gəlməz…”

06 Avqust 2019, 16:48
Gündəm
A A
“Paşinyanın gəldiyi yer bombalansa, qələt edər, bir də ora gəlməz…”
“Paşinyan kimilər vaxt keçdikcə bizim torpaqlarda yol çəkib, kommunikasiya xətlərini bərpa etdikdən sonra dünyaya car çəkəcəklər ki. bura bizim torpaqlarımızdı, bu qədər xərc çəkmişik və indi də Azərbaycan bizim torpaqları əlimizdən almaq istəyir”
Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağda rəqs etməsinə münasibət bildirərkən deyib. H.Hacıyev Paşinyanın gəldiyi yerləri bombalamağı təklif edib:
“Dağlıq Qarabağ məsələsini elə bir həddə gətirib çıxarıblar bu günki hökumət üzvlərinin onun azad edilməsi haqqında heç bir marağı yoxdur. Paşinyan haranın dığasıdır ki, bizim torpaqda açılış etsin. Torpaq mənimdir və Paşinyan gələn yeri mən olsam, bombalayaram. Bunlar niyə bombalamırlar?! Deməli burda kiminsə marağı var. Paşinyan kimilər vaxt keçdikcə bizim torpaqlarda yol çəkib, kommunikasiya xətlərini bərpa etdikdən sonra dünyaya car çəkəcəklər ki. bura bizim torpaqlarımızdı, bu qədər xərc çəkmişik və indi də Azərbaycan bizim torpaqları əlimizdən almaq istəyir. Məsələni buna kökləyirlər. Bizim xarici işlər naziri də gedib-gəlir deyir ki, xalqları sülhə hazırlayaq. Qardaş, məni hansı sülhə hazırlayırsan?! Mənim torpağımı azad etsinlər, vəzifədə biri erməni olsun, digəri də azərbaycanlı. Biz də sülhpərvər, qonaqpərvər millətik ya qucağımızda otursunlar, ya da əl-ələ verib işləyək. Amma bu gün Azərbaycanı bu vəziyyətə salmağı xalq heç vaxt, heç kimə bağışlamayacaq. Ola bilər ki, millət nəyinsə xatirinə bu gün susub, amma sizi inandırım ki, Dağlıq Qarabağ məsələsində heç kim susmayacaq, o cümlədən Hafiz Hacıyev və onun partiyası. Əgər lazım olacaq partizan müharibəsinə qalxacağıq. Buna da çox az vaxt qalıb.
Ermənilərin bizim torpaqda kef çəkməsinin günahkarı bizim bu sahəyə baxan məmur kontingentinin həvəssizliyi və ögey münasibətidir. Ona görə də millət çox narazıdır. Bizim qarşımıza da çox ciddi tələblər qoyurlar. Paşinyanın asma körpüdə oynaması bizə təhqirdir, millət olaraq bizə tüpürmək deməkdir. Vaxtilə biz bunların başına oyunlar açırdıq, amma indi onlar bizim başımıza oyun açırlar. Düşünürəm ki, bu istiqamətdə ölkə ictimaiyyəti, QHT-lər ayağa qalxmalıdır. Yaxud da bu sahəyə təhkim olunmuş ATƏT-in Minsk qrupunun həmsdərlərinin qarşısına konkret məsələ qoymaq lazımdır, ya torpağımı al, qaytar, ya da cəhənnəm ol get, sənin vasitəçiliyin mənə lazım deyil. Bu cür biabırçılıq olmaz axı. Bunlar kimdir ki, onların hərəkətinə biz dözək. Bizim bu sahəylə məşğul olan nazirlərimizin canları çıxsın xalqın qarşısında hesabat versinlər. Bu cür biabırçılığa dözmək artıq mümkün deyil.
Dağlıq Qarabağ məsələsi bu gün Azərbaycanın daxili işidir, bunu heç kim xariclə əlaqələndirməsin. Torpaqlarımızda terror əməliyyatı keçirənləri çıxarmaq üçün kimdənsə icazəmi almalıyıq?! Kimdi bizim “ərimiz”, Amerikadımı, Rusiyadımı?! Gedək deyək ki, bizə icazə verin torpaqlarımızı “at oynadan” ermənilərdən azad edək. Əgər bacarmırlarsa, kənara çəkilsinlər. Bu qədər də olmaz axı 26 ildir biz Dağlıq Qarabağdan uzaqlaşmışıq və artıq yaddaşlardan çıxır. Paşinyan kimilər də bundan istifadə edir. Avropada pul töküb yayırlar ki, Azərbaycan bizim torpaqlarımızı əlimizdən almaq istəyir. Bizimkilər də pul töküb villa tikirlər, Azərbaycandan oğurladıqlarıyla xaricdə obyekt alırlar, arvadlarından boşanıb ingilis arvadları alırlar. Oğlanlarının qolundakı iki milyonluq saatını başlarına vurub əlindən alırlar. Biz bu məsələləri çox ciddi şəkildə nəzarətdə saxlayırıq və bizim bir neçə gün sonra  siyasi şuranın iclası keçiriləcək və biz öz qəti qərarımızı verəcəyik.
Əgər bu bizim xarici işlər nazirliyinin erməni qohublarının gedib Amerikada ermənilərlə barışıq elən eləsə, biz bu barışığa getməyəcəyik. Həmin əraziyə bir dəfə raket atılsa, Paşinyan qələt edər ikinci dəfə ora gələ bilməz. Ona görə də bunlar hamısı bizi sınayıblar və bilirlər ki, onlara heç nə edə bilməyəcəyik və bunun üçün də qudurublar. Azərbaycan xalqının başının altına da bir yastıq qoyulub. Bu gün prezidentə imkan vermirlər ki, Dağlıq Qarabağ məsələsini həll etsin. Ölkə başçısının ətrafında olan ermənilərlə qohumluğu olan insanlar ölkə prezidentinə, mənim əziz qardaşıma xəyanət edirlər. Biz bu xəyanətə axıra qədər göz yuma bilmərik və imkan verməyəcəyik ki, bu davam etsin. Mən təklif edirəm ki, Paşinyan gedən yer bombalansın”.
Əvvəlki yazı

Daha bir 17 yaşlı qız intihar etdi – Cəlilabadda

Sonrakı yazı

Bu yollarda rənglənmə işləri aparılacaq- Dövlət Agentliyi

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

05 Avqust 2025, 18:08
AHİK endirim fırıldağı edir? – FOTO

AHİK endirim fırıldağı edir? – FOTO

05 Avqust 2025, 18:06
TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

05 Avqust 2025, 18:04
Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

05 Avqust 2025, 15:39
Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

05 Avqust 2025, 15:36
Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

05 Avqust 2025, 15:33
“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

05 Avqust 2025, 15:31
“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

05 Avqust 2025, 15:27
Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

05 Avqust 2025, 15:23
“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

05 Avqust 2025, 13:38
Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

05 Avqust 2025, 13:34
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Avqust 2025, 13:06
Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

05 Avqust 2025, 13:04
Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

05 Avqust 2025, 12:59
Turist avtobusu yandı – 43 turist təxliyə edildi

Turist avtobusu yandı – 43 turist təxliyə edildi

05 Avqust 2025, 12:58
Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

04 Avqust 2025, 18:01
Sabah 41 dərəcə isti olacaq

Sabah 41 dərəcə isti olacaq

04 Avqust 2025, 12:33
BDYP-dən piyadalara çağırış

BDYP-dən piyadalara çağırış

04 Avqust 2025, 11:58
Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

04 Avqust 2025, 11:56
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

04 Avqust 2025, 11:46

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.