04-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“BAŞ DİREKTOR “AZƏRPOÇT”DA YOXLAMALARI QƏSDƏN UZADIB” – Maliyyə Palatası ilə sövdələşib?

05 Avqust 2019, 17:28
Gündəm
A A
“BAŞ DİREKTOR “AZƏRPOÇT”DA YOXLAMALARI QƏSDƏN UZADIB” – Maliyyə Palatası ilə sövdələşib?

““Azərpoçt” MMC-nin baş direktoru Maliyyə Bazarlarına Nəzarət Palatasının yoxlamasından öz məqsədləri üçün yararlanmaq istəyir. Belə ki, o, bu yoxlamadan istifadə edərək rabitəçilərin şikayət və narazılıqlarının cənab Prezidentimizə gedib çatmasının qarşısını almağa çalışır…” Bu fikirlər “AzPolitika.info”-ya adının çəkilməsini istəməyən rabitəçilərdən birinin məktubunda ifadə olunub.

Məktub müəllifi qeyd edir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən (MBNP) “Azərpoçt”da hər hansı bir problemin olmaması ilə bağlı açıqlama yayılıb:“Palatanın əməkdaşları qrafikə uyğun olaraq 1 aya yaxındır ki, “Azərpoçt” MMC-də yoxlamalar aparır. Ancaq nə kütləvi şəkildə qurumda vəsaitlərin mənimsənilməsini, nə 1 saylı poçt filialının xəzinəsində toplanan və ordan çıxarılan pullarla bağlı qanunsuzluqları, nə də digər cinayət tərkibli nöqsanları, “Azərpoçt”un dağıdılmasını “aşkar etməyiblər”. Qururumda gəzən söhbətlərdən isə belə aydın olur ki, Emin Əfəndiyevin “Azərpoçt”dakı fəaliyyəti dövründə maliyyə göstəricilərinin normativlərə, prudensial normalara uyğunluğu yoxdur…”

mbnp-fimsa-maliyye-bazarlarina-nezaret-palatasi-copy-e1548829556741-1068x721

Daha sonra məktubda bildirilir ki, Maliyyə Nəzarət Palatasının yoxlamaları iyul ayının beşində başlayıb, otuz birində bitməli idi: “Palata “Azərpoçt” MMC-yə bu qurum tərəfindən problemli kreditlərə görə ödənilən kompensasiyaların yoxlanılması məqsədilə gəlib. “Azərpoçt” MMC-nin ixtisasca bankir olan Baş direktoru isə Palatanın gəlişindən öz xeyrinə istifadə etmək istəyib. Plan qurmuşdu ki, rabitəçilərin şikayət və narazılıqlarının cənab Prezidentimizə gedib çatmasının qarşısını ala bilsin. Belə ki, Baş direktor elə hesab edirdi ki, Palatanın “Azərpoçt”da yoxlama aparmağını bilən rabitəçilərin şikayətlərinin və etirazlarının sayı səngiyəcək.Beləliklə də, Baş direktorda xüsusi maraq bəslədiyi və səbirsizliklə gözlədiyi,bankirin “pulkəsən maşını” olacaq “Bakı Poçt Filialı” sentyabrın 1-də sakitcə işə başlayacaq.

emin_efendiyev2Ancaq iyulun sonları Palatanın gəlişinin səbəbini bilən rabitəçilər, baş verən cinayət tərkibli qanunsuz əməllər, hüquq və qanunların pozulması faktları ilə bağlı aidiyyatı üzrə dövlət qurumlarına, hüquq-mühafizə orqanlarına məktub göndərməyə, “Azərpoçt”da yoxlamaların aparılmasını tələb etməyə başladılar. Bundan xəbər tutan Emin Əfəndiyev hansısa yollarla Palatanı qurumda əlavə 1 ay da saxlamağa müvəffəq olub. Palatanı avqustun 31-nə kimi “Azərpoçt”da saxlamaqda məqsəd odur ki, bu müddətdə digər dövlət qurumlarından MMC-yə yoxlama girə bilməsin. Əfəndiyevin də əməllərinin üstü örtülü qalsın ki, “Baki Poçt Filialı”nı sentyabrın 1-də işə sala bilsin”.

Daha sonra rabitəçi “Azərpoçt”da yoxlama aparan auditlərin diqqətinə bəzi məlumatları çatdırıb: “Deyilənlərə görə, bir çox vətəndaşlara plastik kartlar vasitəsilə qeyri-nəğd şəkildə ödənilən kompensasiyaların 1200-1300 manatdan yuxarı hissəsi kartlarda olmur. Bu problemlə qarşılaşan vətəndaşlara qurumun aidiyyatı işçiləri tərəfindən bildirilir ki, qalan məbləğ 1 il ərzində hissə-hissə kartlarına köçuruləcək.

Qeyd edim ki, plastik karta ödənilən kompensasiyalar may ayının 1-dən etibarən vətəndaşlara verildi. Mayın 4-nə qədər heç bir problem və narazılıq yaşanmadı. Ancaq mayın 5-i tarixində 1200-1500 manatdan çox məbləğı olan vətəndaşlar kompensasiyaları almaq üçün kartlarını bankomantlara saldıqda “vəsait yoxdur” cavabı alırdılar. Kütləvi şəkildə “Azərpoçt”a, “Qaynar xətt”ə müraciətlər edildi .Həmin gün – ayın beşində vətəndaşlara verilən cavab bu oldu ki, sistemdə problem var, Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri araşdırıb həll edəcəklər. Ayın altısında isə qurum tərəfindən tapşırıq verildi ki, vətəndaşlara məlumat verin ki, kartlarında pul vəsaiti görmədikləri zaman narahat olmasınlar, ilin sonuna qədər hissə-hissə və yaxud bütöv şəkildə pullar kartlarına köçürüləcək.

Bir daha qeyd edim ki, mayın birindən dördünə kimi məbləğdən asılı olmayaraq, hər kəs pulunu kartdan çıxarıb nəğdləşdirə bilirdi. Altısında isə ancaq kartında 500-dən 800-ə qədər vəsait olanlar pullarını nəğdləşdirə bildilər. 1000, 1200 manat pul isə yalnız 50 adamdan birinin kartına köçürülürdü. Mayın sonlarından isə kartlara demək olar ki, yalnız 500-600 manat arası pullar köçürüldü.

azerpoct

Daha yaxşı olardı ki, “Azərpoçt” MMC-də yoxlamalar zamanı auditlər şahidi olduqları nöqsanları – qeyri-rəsmi ixtisarları, vəsaitlərin hansı yollarla mənimsənildiyini, ciddi qanun pozuntularını, “işə qəbulla” bağlı qondarma komissiyanın fəaliyyətini araşdırsınlar. Həmçinin, COLVER sistemilə mənimsənilən vəsaitləri, poçt filiallarının müştəri xidmətləri şöbəsinə göndərilən 100 minlərlə manat pullar, digər qanunsuzluqlar barədə məlumat versinlər. Palata qurumda yoxlama apardığı bu müddət ərzində aşkar etdiyi ciddi qanun pozuntularına göz yummasın”.

Sonda məktubda bildirilir ki, rabitəçilər ölkə mətbuatındakı şikayətlərinin və kütləvi şəkildə cənab Prezidentə yazdıqları teleqramların, şikayət məktublarının cavabsız qalmayacağına inanırlar: “Emin Əfəndiyevin sayəsində ölkə poçtu dağılmaq üzrədir. İnanırıq ki, rabitəçilərin bu fəryadına ölkə Prezidenti İlham Əliyev cənabları səs verəcək. Poçtumuzu sizlərə peşkəş etməyəcəyik! İki əsr yaşa malik, şərəfli yol keçmiş ölkə poçtunu qoruyub saxlayacağıq. Çunki respublikamız 2-ci dəfə müstəqillik əldə etdikdən sonra apardığı məqsədyönlü islahatlar nəticəsində ölkə poçtuna ikinci nəfəs verən Ümummilli lider Heydər Əliyev milli poçt operatorunu qorumağı, ona sahib çıxmağı biz rabitəçilərə həvalə etdi. Odur ki, sizə hələlik burdan səslənirik: hörmətli nəfsi gen-bol “bankir” və onun “əli əyri peşkaları”, bu gün “Azərpoçt” MMC-nin rəhbərliyində ola bilərsiz. Ancaq unutmayın ki, ölkənin rəhbəri var – cənab İlham Əlliyev. Onun poştumuzu qoruyacağına inanırıq”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının davamlı olaraq qurumlar üzərində nəzarət tədbirlərini həyata keçirməli və hesabatlarını qanunvericiliyə uyğun olaraq ictimailəşdirməli olduğunu vurğulayan məktub müəllifi, “Azərpoçt”la bağlı da məlumatları gizlətməməyə çağırıb: “Palata şahid olduqları ciddi qanun pozuntularını ört-basdır etməsin, ictimailəşdirilsin. O cümlədən, “Azərpoçt”da yol verilən nöqsanların xarakterik xüsusiyyətləri öz əksini tapsın. Həmçinin, bununla bağlı görülən tədbirlər barədə ictimaiyyət davamlı olaraq məlumatlandırılsın. Hesab edirəm ki, yalnız bu halda Maliyyə Nazirliyinin dövlət vəsaitləri üzərində keyfiyyətli nəzarətini gücləndirmək mümkündür”.

Məktubda qeyd olunanlarla bağlı “Azərpoçt” MMC-nin və Maliyyə Bazarlarına Nəzarət Palatasının da mövqeyini işıqlandıqmağa hazırıq.

Rasim ƏLİYEV
AzPolitika.info

Əvvəlki yazı

“Sədərək” yanğınında dəyən ziyan milyonlarla ölçülə bilər – “Azı16 anbar kül olub…”

Sonrakı yazı

“Milləti qırdın” – Afaq Aslandan 18+ fotolar

BDYP-dən piyadalara çağırış

BDYP-dən piyadalara çağırış

04 Avqust 2025, 11:58
Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

04 Avqust 2025, 11:56
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

04 Avqust 2025, 11:46
Murad Arif: “Reytinq Azərbaycan üçün deyil!”

Murad Arif: “Reytinq Azərbaycan üçün deyil!”

04 Avqust 2025, 11:41
İlhamə Abdullayevanın başı üzərində qara kabus! – Rəhbərlik etdiyi qurumda nöqsanların üzə çıxması onun karyerasını bitirə bilər

İlhamə Abdullayevanın başı üzərində qara kabus! – Rəhbərlik etdiyi qurumda nöqsanların üzə çıxması onun karyerasını bitirə bilər

04 Avqust 2025, 11:27
“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq

“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq

04 Avqust 2025, 11:15
Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

04 Avqust 2025, 11:00
Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş – Foto

Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş – Foto

04 Avqust 2025, 10:57

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.