Bu gün səhər saatlarından etibarən Bakıda və Abşeron yarımadasında qasırğa xarakterli güclü külək əsir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına görə küləyin sürəti günün birinci yarısında saniyədə 26-28 metr təşkil edib. Günün ikinci yarısına doğru küləyin sürətinin daha da artdığı müşahidə olunmaqdadır. Güclü külək artıq bir sıra ciddi fəsadlara yol açıb, Bakıda və Sumqayıtda ağacların aşmasına dair çoxsaylı faktlar qeydə alınıb, evlərin damının uçması halları baş verib, xəsarət alanlar barədə də məlumatlar daxil olmaqdadır.
Qeyd edək ki, sinoptiklər bu qeyri-sabit havanı əvvəlcədən proqnozlaşdırmışdılar və üç gün əvvəl müvafiq xəbərdarlıq edilmişdi. Avqust ayı üçün xarakterik olmayan bu cür qeyri-sabit hava şəraitinin ölkəyə şimaldan Arktik hava kütlələrinin daxil olması ilə əlaqəlidir.
Qeyri-sabit hava şəraiti ölkənin şimal və qərb rayonlarında da müşahidə olunur. Həmin rayonlarda leysan xarakterli intensiv yağışların yağır, şimşək çaxır, dolu düşəcəyi ehtimalı var.
Artıq qeyri-sabit hava səbəbindən Bakı-Quba və Bakı-Salyan yolunda avtomobillərin hərəkətində çətinlik yaranıb. Bakı-Quba yolunda nəqliyyat vasitələrinin toz qasırğasına düşmələri və çətinliklə hərəkət etməsi ilə bağlı sosial şəbəkələrdə video kadrlar yayılıb.
Paytaxtın Yasamal rayonunda, Azərbaycan Milli Elmlər Akademiyasının həyətində külək ağacı bankomatın üzərinə aşırıb. Hadisə nəticəsində yaxınlıqdan keçənlər xəsarət almayıb. Nərimanov rayonunda, Atatürk prospektində ağac yolun ortasına aşıb və nəqliyyatın hərəkəti üçün maneə yaradıb. “Malakan bağı”nda isə iri gövdəli ağac avtomobilin üzərinə aşıb. Binəqədi rayonu 7-ci mikrorayonda 5 mərtəbəli yaşayış binasının qarşısında da ağac avtomobilin üzərinə aşıb.
Digər hadisə isə Yasamal rayonunun Hüseyn Cavid prospektində qeydə alınıb. Güclü küləyin təsirindən prospektdəki yaşayış binalarından birinin damı uçub.
Habelə güclü külək nəticəsində Abşeron rayonunun Müşfiqabad qəsəbəsində ağac aşaraq qaz xəttini dirəklərdən ayırıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, qaz sızması müşahidə olunmadığından abunəçilərin “mavi yanacaq”la təchizatında fasilə yaranmayıb. Ağac qalıqları təmizləndikdən sonra qaz xətti əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunacaq.

Sumqayıt şəhəri, 12-ci mikrorayonda 10 yaşlı qızın başına ağac budaqları sınıb tökülüb. Səhiyyə Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, Sumqayıt şəhər xəstəxanasına çatdırılan xəstəyə qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub. Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir, huşu aydındır. Vəziyyəti orta-ağırlıqdadır.
Şiddətli külək səbəbindən dənizdə çalışan neftçilər təxliyə edilib. SOCAR-dan verilən məlumata görə sürəti 30-35 metr/saniyə külək gözlənildiyi üçün dənizdə bütün işlər dayandırılıb, 700-ə yaxın işçi quruya təxliyə olunub.
Bakı Nəqliyyat Agentliyi hazırda paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə bağlı ictimai nəqliyyatdan istifadə edən şəxslərə müraciət edib. Agentlik avqustun 8-dək davam edəcəyi proqnozlaşdırılan küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırıb.
“Sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmasınlar, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşsünlər, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etsinlər. Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər”,-BNA bildirir.

Saat 15:00-a olan məlumata görə, güclü külək Səbail rayonunda, Filarmoniyanın yaxınlığında ağacı qıraraq 20 yaşlı qadının üstünə aşırıb.
Nəticədə qadın ağır yaralanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-un sorğusuna cavab olaraq bildiriblər ki, hadisə yerinə təcili tibbi yardım çağrılıb və qadın Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti orta ağırdır.