17-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

XƏSTƏ SƏHİYYƏ, YAZIQ HƏKİM, KÖLƏ PASİYENT… – Haram olsun belə nazirə!

02 Avqust 2019, 21:46
Manşet
A A
XƏSTƏ SƏHİYYƏ, YAZIQ HƏKİM, KÖLƏ PASİYENT… – Haram olsun belə nazirə!

 

Xəstə cəmiyyətin səhiyyəsi də xəstə olar – kimdir günahkar?!

İyulan 29-da bütün gücümü səfərbər edib, şəkərli diabet xəstələrinə dövlətin pulsuz verməli olduğu dərmanlarımı almaq üçün poliklinikaya üz tutdum. Bu dərmanları əldə etməyin özü xeyli üzücü bir «prosedur»dur ki, barəsində bir neçə dəfə yazmışam. İndi isə budəfəki «macəra»mı ortaya qoyacam ki, heç olmasa bir qədər təsəlli tapa bilim – onsuz da «Şirəli səhiyyə»nin müalicəvi tərəfindən danışmağın özü yekabaşlıq olardı…

Üz tutdum həkimə – qapısının ağzına «piyli hərflər»lə «endokrinoloq» yazılıb. Həkim və mən bir-birimizə o qədər «yad»ıq ki, hələ indiyə qədər (xəstəliyim 2013-cü ildə aşkarlanıb) ayırd edə bilməmişəm, «endokrinoloq» bu həkimin adıdır, yoxsa soyadı?

Bəs, bu «yad» münasibət haradan qaynanlanır? Qulaq asın, söyləyim. Mən, kasıb bir pasiyentəm – həkimə verməyə pulum yoxdur. Məhz bu səbəbdən dolayı, həkim mənə nifrət bəsləyir – baxışlarından hiss edirəm, amma üzə vurmuram. Həkimin özü isə rəzil gündədir – məvacibi normal yaşamaq üçün ona bəs eləmir. Odur ki, təmas vaxtı gözləri xəstənin gözlərinə yox, ağzına zillənir… ki, onun ağzının qırağında «təzə dolma yağı»nın qalıqlarını tapsın – adam belə «pisniyyətlilik»dən lap ikrah edir! Bax, çağdaş Azərbaycanda həkim-xəstə antaqonizminin səbəbi budur. Bir tərəkəmə atalar məsəlində deyildiyi kimi: «Pəyə (tövlə) dar olanda, günahı inək inəkdə görər…»

Həkim, guya məni müalicə edirmiş kimi, dedi «səni göndərəcəm rentgenə» – get yoxlasınlar. Etiraz etdim – getmirəm, lazım deyil, iki aydan bir rentgendən keçməliyəm?! Qoy, ölkədə hələ ki, vicdanını itirməmiş həkim qalıbsa, söyləsin: bir pasiyent il ərzində neçə dəfə rentgendən keçə bilər ki, normadan artıq «şüa dozası» almasın?

Bəs, nə üçün bu xilafi-həkim məni rentgenə göndərmək istəyir? Cavab çox sadədir – «endokrin» həkimin göndərişi ilə rentgenə getsəm, oradakı «şüa doxduru»na 5 manatverməliyəm – «xəstə səhiyyə»nin yazılmamış qanunudur. Bu pullar toplanacaq və sonradan «endokrin»lə «şüa doxduru» arasında «qardaş malı» kimi bölünəcək. Şübhəsiz, bu bölgüdən «Şirəli nazir»ə də pay çatacaq. Ona görə, yazının başlığında yazdım: HARAM OLSUN BELƏ NAZİRƏ! Həkimlərə toxunmuram – çünki gerçəkdən YAZIQDIRLAR!…

Xeyli çək-çevirdən sonra, nəhayət, «endokrin» xanım mənin pulsuz dərman reseptimi yazıb, verdi əlimə – get, özün bilərsən, öləcəksən! «Daha nəyim qalıb ki, – göz görə-görə əriyirəm, bir gün gec, bir gün tez…» – deyib, o biri poliklinikadakı(poliklinikaların biri Yeni Günəşlinin lap axırında, digəri isə Qaraçuxurda yerləşir – getmək üçün bir neçə avtobus dəyişməlisən və yolpulunu cəmləsən, pulsuz dərmanların haqqını üstələyər!) «pulsuz» aptekə yollandım…

Aptek_141207

Aptekçi qız resepti əlimdən aldı, arxasına bir telefon nömrəsi yazıb, qaytardı və görünməmiş biganəliklə ərz elədi: «Dərmanlar qurtarıb, hər dəfə ayın axırına çatmır – gələn ayın 6-da bu telefona zəng vurarsan, dərmanlar gəlsə, gəlib götürərsən…»

Bir aptekçiyə baxdım, bir reseptə baxdım, bir ətrafa baxdım… və deməyə söz tapmadım. Bilmirəm, bu qız məni analdı, ya yox, amma həmin anda Şirəli nazir əlimə düşsəydi, yüzə-yüz, onu parça-parça eliyərdim! Aptekçidə bir günah görmürəm…

Bax, dərmanlarımın olmaması səbəbindən dolayı, ötən üç gün ərzində bu sətirləri yazmağa hey-hərəkətim olmadı! Fəqət, bu gün qəflətən qışqırdım: Evrika! Yəni ki, tapdım… Nəyi tapmışdım? Nə üçün dərmanların «pulsuz» aptekdə olmadığının gerçək səbəbini tapmışdım. Ani olaraq anladım ki, dərmanlar «pulsuz» aptekdə yoxdursa, deməli, «pullu aptekdə»dir!

Bəs, bunda məqsəd? Həəə, bax, ruslar demiş, «vot, qde sobaka zarıta!». Deməli belə – dərmanlarımı rahatça alıb, geri qayıtsaydım, bu yazı 3 gün öncə ərsəyə gələrdi. Yəni, təxminən belə: Dərmanları «gizlədin» ki, canı ilə əlləşsin, halı olmasın ki, yazıb “mərdimazarlıq” eliyə, etiraz səsini ucalda bilməsin…

Beləliklə, Azərbaycan səhiyyəsinin (ad şərtidir, ona «şirəli səhiyyə» də demək olar – mahiyyət dəyişməz – naqis səhiyyədir!) qarşıya qoyduğu məqsəd göz qabağındadır – millətin kökünü kəsmək! Bunlar hamısı bir yerdə, xeyli zorba bir zəlidir – darışıb millətin cisminə, qanını sorur… ehey, qaniçənlər, yabançılar, oğrular, quldurlar, riyakarlar, dinsizlər, imansızlar… bizdən olmayanlar!!!

Bəs, Azərbaycan səhiyyəsinin belə rəzil duruma gəlməsində KİMDİR GÜNAHKAR?!Təckə «Şirəli nazir»? Əsla! Bəs daha kim(lər)? Suala növbəti yazıda kompetent cavab verməyə çalışacam, Mirzəni izləyin…

Mirzə AĞ
AzPolitika.info

Əvvəlki yazı

“Öz istədiyi olub, amma…” – İntihar edən Gülərin əmisi qızı

Sonrakı yazı

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

16 Avqust 2025, 12:12
Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

16 Avqust 2025, 11:15
Trampdan görüşlə bağlı AÇIQLAMA

Tramp: “Razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik”

16 Avqust 2025, 10:54
Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

16 Avqust 2025, 10:51
DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

16 Avqust 2025, 10:43
ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

16 Avqust 2025, 10:37
“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

16 Avqust 2025, 10:34
Messinin zədəsi sağalıb

Messinin zədəsi sağalıb

16 Avqust 2025, 10:31
Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

16 Avqust 2025, 10:29
Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

16 Avqust 2025, 10:26
Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

16 Avqust 2025, 10:24
Trampdan görüşlə bağlı AÇIQLAMA

Trampdan görüşlə bağlı AÇIQLAMA

16 Avqust 2025, 10:21
Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

16 Avqust 2025, 10:20
Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

16 Avqust 2025, 10:18
Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

14 Avqust 2025, 11:55
Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

14 Avqust 2025, 11:51
Zelenski bu gün Starmerlə görüşəcək

Zelenski bu gün Starmerlə görüşəcək

14 Avqust 2025, 11:46
Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

14 Avqust 2025, 11:41
İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

14 Avqust 2025, 11:34
DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

14 Avqust 2025, 11:00

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.