12-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Baku Medikal Plaza”dakı ölümün sensasion – Təfərrüatı

02 Avqust 2019, 11:06
Seçmə
A A
“Baku Medikal Plaza”dakı ölümün sensasion – Təfərrüatı

Bu ilin mayında “Baku Medikal Plaza”da Səhiyyə Nazirliyi Elmi-Təhqiqat Ağciyər Xəstəlikləri İnstitutunun ginekoloqu Sona Gürgün Vəliyeva əməliyyat zamanı dünyasını dəyişib. Yaxınları həkimin ölümündə plastik-estetik cərrah Sirus Qoçqanini və onun assistenti olan həyat yoldaşını suçlu bilirlər. Deyirlər ki, Sirus Qoçqani əməliyyatdan əvvəl həkim həmkarını əməliyyatın tam təhlükəsiz olduğuna inandırıb. Bundan sonra 51 yaşlı həkim əməliyyata razılıq verib, 4 min 500 manat pul ödəyib.

İctimai vəkil Samir Zeynalov deyir ki, əməliyyatdan bir müddət öncə Sona Gürgün Vəliyeva Sirus Qoçqani ilə görüşüb, əməliyyatın təhlükəli olub-olmaması haqda söhbət aparıb: “Sirus Qoçqani Sona xanıma həmin söhbət zamanı deyib ki, liposaksiya əməliyyatı üçün nəzərdə tutulmuş yeni aparat alıblar, həmin aparat heç bir həyati risk yaratmır. Bu aparatla emboliya baş vermir. Bu baxımdan əməliyyatın tamamilə təhlükəsiz olacağına, Sona xanımın peşman olmayacağını və hər şeyin uğurla nəticələnəcəyini deyib. Sona xanımda əməliyyatdan əvvəl Qoçqani və onun assistenti olan həyat yoldaşı əminlik hissi yaradıblar. Əslində isə əməliyyatın keçirilməsinə əks-göstərişlər olub. Sona xanımın zob xəstəliyi, ürəyində aritmiyasının olması əməliyyatdan əvvəl aparılan müayinələr zamanı qeydə alınıb. Əməliyyatdan sonra isə həmin diaqnozların əks olunduğu sənədlər onun çantasından yoxa çıxıb. Qoçqaninin həyata keçirdiyi uğursuz liposaksiya əməliyyatının nəticəsində Sona Gürgün Vəliyeva dünyasını dəyişib”.

Samir Zeynalov qeyd edib ki, baş verən hadisədən sonra Sirus Qoçqani və onun xanımı absurd və böhtan xarakterli ifadələri ictimaiyyət mənsublarına çatdırıblar: “Belə ki, növbəti uğursuz əməliyyata imza atmaqla bir ailəni bədbəxt edən, iki uşağı anasız qoyan Sirus Qoçqani hadisənin mənəvi zərərini pul vasitəsilə qarşılamaq istəyib. Bu məqsədlə Sona Gürgün Vəliyevanın ailə üzvləri ilə görüşüb. Səhlənkarlığa yol verdiyini bu addımı ilə təsdiq edən həkim görüş zamanı ağlabatan təkliflər verməyib. Sirus Qoçqani ailəyə dəymiş mənəvi ziyanı hər aya düşən sabit pul məbləği ilə kredit formasında fiksasiya etmək istəyib. Birinci və sonuncu görüşdən sonra isə bir daha Sirus Qoçqanidən xəbər almaq mümkün olmayıb. Görünən odur ki, adıçəkilən həkim istər peşə, istərsə də digər xarakterli hərəkətlərinə birmənalı olaraq cavabdeh deyil. Bununla belə, Sirus Qoçqani və onun assistenti, həmçinin  xanımı olan Könül adlı şəxs hadisə ilə bağlı mətbuatda həqiqətdən kənar fikirlər işlədirlər.

Deyirlər ki, guya Sona Gürgün Vəliyevanın ölümündə zərrə qədər təqsirləri yoxdur. Üstəlik, mərhumənin ailə üzvlərinin tikintisi yarımçıq qalan villanın tikinti məsrəfini qarşılmaq məqsədilə Sirus Qoçqanidən 150 min dollar istədiklərini dilə gətiriblər. Sirus Qoçqani və onun assisteni olan Könül adlı şəxsin belə bir açıqlama verməsi tamamilə həqiqətdən uzaqdır. Əldə etdiyim dəqiq məlumata əsasən, Qoçqani və xanımı mərhumənin dəfn mərasiminə gəlmək, dəymiş mənəvi zərərin qarşılığını ödəmək məqsədilə təklifdə görsəniblər. Bundan  öncə isə Sirus Qoçqani baş vermiş bədbəxt hadisənin nəticəsini ört-basdır etmək niyyəti ilə mərhumənin ailə üzvlərini klinikaya danışığa dəvət edib.  Görüş əsnasında isə Sirus Qoçqani dəymiş mənəvi zərərin qarşılığını kredit formatında ödəməyi təklif edib. Bu təklif isə haqlı olaraq mərhumənin  hüquqi varislərini qane edən addım olmayıb”.

İctimai vəkil deyir ki, liposaksiya əməliyyatı sırf piy emboliyasının baş verməsi hallarına görə riskli əməliyyat sayılır. Əməliyyatla bağlı mərhumə Sona Gürgün Vəliyevanın səhhətində mövcud olan problemlərə dair müayinələrin nəticələri nəzərə alınmadan əməliyyatın icrasına risk edilib. Əməliyyatın nəticəsi isə qeyd olunduğu kimi, bir insanın həyatla vidalaşmasını, bir ailənin isə bədbəxt olmasını şərtləndirib. Bu bədbəxt hadisənin baş verdiyi gün isə Sona xanımın həyat yoldaşı Cem Gürgün infarkt keçirərək xəstəxanaya yerləşdirilib. Hazırda ambulator qaydada müalicəsini davam etdirir.

Samir Zeynalov deyir ki, Sona Gürgün Vəliyeva ölümü ilə müğənni Zemfira İbrahimovanın həyatını xilas edib: Sona xanım əməliyyat masasında dünyasını dəyişəndən 1 gün sonra Qoçqani müğənni Zemfira İbrahimovanı eyni əməliyyata  götürəcəkdi. Sona xanımın ölümündən sonra müğənni Zemfira İbrahimova bu istəyindən vaz keçib. Bizdə olan məlumata görə, Sirus Qoçqani plastik-estetik cərrah deyil, ixtisası diş texnikidir”.

Samir Zeynalov hadisəyə hüquqi qiymətin verilməsi istiqamətində addımlar atacaqlarını bildirib: ““Baku Medikal Plaza” rəhbərliyi tibb müəssisəsi olaraq işçisinin vurduğu mənəvi zərər görə maddi məsuliyyətini etiraf edib, zərəri könüllü olaraq qarşılmaqdan imtina edərsə, məhkəmə müstəvisində klinikaya qarşı mənəvi zərərin ödənilməsinə dair iddia tələbi irəli sürüləcək. Həkim Sirus Qoçqani barəsində isə analoji uğursuz əməliyyatların bir daha gerçəkləşməməsi üçün cinayət hüququ qaydasında Bakı Şəhər Prokurorluğuna müraciət ediləcək.  Cinayət Məcəlləsinin 314-cü maddəsi səhlənkarlıq nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü və onun barəsində digər ağır nəticələrin yaranması halı zərərvuran şəxsin 5 ilədək azadlıqdan məhrum edilməsi cəzasını müəyyən edir. Eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsi cərrahiyyə əməliyyatı nəticəsində vurduğu zərərin əvəzinin ödənilməsinə görə cavabdehdir”.

P.S Qarşı tərəfi də dinləməyə hazırıq.

Əvvəlki yazı

Gürcüstanda 4 kənddə yaşayan azərbaycanlılar etiraz aksiyası keçiriblər –Səbəb + FOTO

Sonrakı yazı

Bakıda ruhi xəstə qaçdı – xəstəxanadan

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.