10-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Rabitəbank” Beynəlxalq Bankın yolunu gedir? – “Öz adamlarına” 11 milyon manatdan çox kredit verib

31 İyul 2019, 17:41
Cəmiyyət
A A
“Rabitəbank” Beynəlxalq Bankın yolunu gedir? – “Öz adamlarına” 11 milyon manatdan çox kredit verib

Azərbaycan banklarının maliyyə-kredit siyasətinin “özəllikləri” bəzən bütün hədləri, əndazələri aşır. Yüksək kredit faizləri bir tərəfə, onların kimlərə verilməsi məsələsi belə çox vaxt nə qanunlara, nə də məntiqə uyğun olur.

Belə ki, kreditlər çox zaman banka yaxın şəxslərin adlarına rəsmiləşdirilərək, tamamilə başqa adamların istifadəsinə verilir ki, bu da böyük risklərə yol açır. Bir çox banklar məhz belə “kreditlər” sayəsində böyük problemlər yaşayıb, hətta müflisləşmə həddinə çatıb. Təkcə Beynəılxalq Bank işini xatırlamaq kifayətdir. Banka rəhbərlik edən Cahangir Hacıyevin, sürücü də daxil olmaqla, bankda çalışan bir neçə şəxsin adına külli miqdarda kredit rəsmiləşdirib mənimsədiyinə dair rəsmi qaydada ittihamlar irəli sürülüb. Ancaq görünür heç də bütün banklar bu “təcrübədən” dərs çıxarmaq fikrində deyillər.

Məsələn, “Rabitəbank” bu ilin birinci yarısına olan maliyyə vəziyyətini açıqlayıb. FED.az xəbər verir ki, adıçəkilən maliyyə qurumu “banka aidiyyatı olan şəxslər”ə 11 mln 554 min manat kredit verib. Bu məbləğ ötən ilin birinci yarısı ilə müqayisədə 9,75% çoxdur.

Banka aidiyyatı olan şəxslərə verilmiş kreditlərin məbləğinin məcmu kapitala nisbəti 10.7% təşkil edir.

Məlumat üçün bildirək ki, bank qanunvericiliyinə əsasən “banka aidiyyatı olan şəxslər” dedikdə aşağıdakılar nəzərədə tutulur:
– Bankın inzibatçıları
– Bankın struktur bölmələrinin rəhbərləri
– Bankın qərarlarının qəbul edilməsində iştirak edən digər əməkdaşları
– Mühüm iştirak payı olan hüquqi şəxs.

Banka aidiyyatı olan şəxslərə və onlar adından hərəkət edən şəxslərə qarşı birbaşa və ya dolayı yolla olan kredit tələblərinin məbləği aşağıdakı normalardan (məhdudiyyətlərdən) çox olmamalıdır:

– Onlar hüquqi şəxs olduqda bankın məcmu kapitalının 10 faizindən
– Onlar fiziki şəxs olduqda bankın məcmu kapitalının 3 faizindən.

Banka aidiyyatı olan şəxslər və onlar adından hərəkət edən şəxslər bu Qaydaların tələblərinə uyğun olmayan qaydada aldıqları kreditlərin etibarsız olmasını iddia edə bilməzlər.

Onu da qeyd edək ki, banklara daxili prosedurlarında bir qayda olaraq bu normaların daha aşağı səviyyədə tətbiq olunması tövsiyə olunur. Lakin “Rabitəbank”ın timsalında buna əməl olunmadığını görmək olar.

Deməli, bu gün təyin olunmuş qaydalardan kənara çıxaraq, banka aidiyyatı olan şəxslərə külli miqdarda kredit verilməsi bir tərəfdən bank qanunvericiliyinə ziddirsə, digər tərəfdən həmin şəxslərin özlərinə ciddi problemlər yarada bilər. Xüsusilə də əgər reallıqda götürülən kreditlərin həmin şəxslərə birbaşa aidiyyatı yoxdursa…

İqtisadiyyat Şöbəsi

Əvvəlki yazı

Prezident onları təltif etdi – Sərəncam

Sonrakı yazı

Dolların rəsmi məzənnəsi neçəyə olacaq? –Mərkəzi Bank açıqladı

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29
Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

09 Sentyabr 2025, 13:27
“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

09 Sentyabr 2025, 13:24
Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

09 Sentyabr 2025, 13:21

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.