04-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Toy çadırını sökməmiş, yas çadırını qurduq…” – 4 dostun acı hekayəsi

31 İyul 2019, 10:27
Gündəm, Seçmə
A A
“Toy çadırını sökməmiş, yas çadırını qurduq…” – 4 dostun acı hekayəsi

 

Çimərlik mövsümü başlayandan statistikaya nəzər salsaq görərik ki, orta hesabla Xəzər dənizi Bakıda hər gün bir can alıb. Bəzi günlər var ki, Xəzər bir canla da kifayətlənməyib, bir neçə ailəyə faciə yaşadıb. İyulun 28-i də həmin günlərdən biridir.

Artıq neçə gündür ki, sosial şəbəkələrdə, cəmiyyətdə Xəzər dənizində batan 4 dostdan danışılır. Onların gənc, nişanlı olduqları halda vaxtsız ölümləri eşidənləri xeyli məyus edir.

Qısaca xatırladaq ki,  iyulun 28-də Pirşağı çimərliyindən bir qədər yuxarıda 4 nəfər eyni anda batıb. Onlar Sabunçu rayonu Kürdəxanı kənd sakinləri – 1992-ci il təvəllüdlü Əli Cavadov, 1991-ci il təvəllüdlü Murad Əzizov, 1991-ci il təvəllüdlü Kamran Hacıquliyev və Balababa Babayevdir. Məlumatlarda bildirilir ki, sahildə futbol oynayan 8 gənc daha sonra çimmək üçün dənizə girib. Bu zaman dənizdə baş verən burulğan gəncləri sahildən uzaqlaşdırmağa başlayıb.

Yuxarıda qeyd etdiyimiz şəxslər burulğandan qurtula bilməyiblər. Digər 4 nəfər isə xilas edilib. Mərhumlardan ikisi nişanlı olub, bir nəfərin isə 2 gün əvvəl toyu olubmuş. Həmin şəxslərin nəzarətsiz çimərlikdə boğulduğu bildirildi. Qeyd edildi ki, həmin ərazi çimmək üçün uyğun deyil və buna görə də orada hansısa nəzarət təşkil edilməyib.

“Yeni Müsavat”ın reportyor qrupu olaraq biz də gənclərin batdığı əraziyə yollanıb, oradakı mənzərənin əyani şahidi olduq.

Öyrəndik ki, gənclərin batdıqları ərazi Pirşağı çimərliyi ilə Kürdəxanı çimərliyinin arasında yerləşir. Əraziyə çatana qədər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nəzarət edilən bir neçə çimərliyə rast gəldik. Həmin çimərliklərdə xüsusi nişanlar vurulub, əraziyə nəzarət edilir. Lakin Pirşağı çimərliyindən üzü Kürdəxanı tərəfə getdikcə nəzarət zəifləyir və sonda nəzarətsiz ərazilərə rast gəlinir.

Daha çox Kürdəxanıya yaxın olan bu ərazidə elə qeyd etdiyimiz kəndin camaatı istirahət edir. Ərazi nəzarətsiz olsa da, yiyəsiz də deyil. Belə ki, 4 dostun batdığı yerin adı “Əkbər” ailəvi istirahət mərkəzidir. Ərazidə sınıq-sökük taxtalardan yerlər düzəldilib. Obyektə nəzarəti isə Valeh adlı şəxs edir.

Valehlə söhbətimiz zamanı o bildirdi ki, obyekt Nəsimi müəllim deyilən şəxsə aiddir. Nəsimi müəllim öz atası Əkbərin adını bu obyektə verib. Hadisə gününə gəlincə isə Valeh aşağıdakıları söylədi: “Hadisədən öncə bura 8 nəfər gəldi. Yemək sifariş verib, obyektin arxa hissəsində futbol oynamağa başladılar. Bir qədər futbol oynadıqdan sonra hay-küy qalxdı ki, dənizdə batan var. Baxdım ki, az öncə gələn gənclərdən 4-ü çıxarılıb, digərləri isə batıblar. Burada gördüyünüz kimi, hansısa təhlükəsizlik tədbiri görülməyib. Yalandan deyə bilmərəm ki, əraziyə nəzarət olunur. Mən də 4 aydır ki, bu obyekti icarəyə götürmüşəm. Ancaq müştəri zəif olduğu üçün geri qaytarmağı düşünürəm. Ümumiyyətlə, burada əslində sahilə yaxın ərazilər dərin deyil. Sadəcə olaraq, həmin günü külək idi. Ola bilər gənclər sualtı burulğana düşüblər. Onlar içkili deyildilər. Çünki sifariş verdikləri yeməkləri hələ heç yeməmişdilər”.

4 dostun batdığı ərazi iki hissəyə bölünüb. Digər hissəyə isə Qafar adlı şəxs nəzarət edir. Qafar orada olmadığı üçün onunla görüşə bilmədik.

Valehlə söhbət etdikdən sonra gənclərin batdığı yerə qədər getdik. Sahildə bir qayıq var idi. Lakin qayığın nə motoru, nə də avarları mövcud idi. Yəni əgər kimsə batırsa, bu qayıqla kömək etmək istəyən olarsa, onun dənizdə hərəkət etməsi üçün heç bir imkan yoxdur. Bundan əlavə, obyektin ərazisində natəmizlik də hökm sürür. Əraziyə gedən yol da bərbad vəziyyətdə olduğu üçün çox az adam “Əkbər” ailəvi istirahət mərkəzinə qədər gedib çıxa bilir…

Ərazidən bir qədər kənarda söhbət etdiyimiz Kürdəxanı sakinləri bildirdilər ki, bu yerlərin satılmasının günahkarı bələdiyyədir: “Bələdiyyə bu əraziləri obyekt halında insanlara paylayıb. Ancaq heç bir nəzarət yoxdur. Camaat bura əlacsızlıqdan gəlir. Çünki digər yerlərin hamısı hasarlanıb, stolun da qiyməti 15-20 manatdan başlayır. Burada isə pul almırlar. Çay gətirib, yalnız onun pulunu istəyirlər. Ona görə də maddi imkanı zəif olanlar məcburiyyətdən bu əraziyə yollanırlar”.

Kürdəxanı sakini Sənubər Ağayeva bildirdi ki, 2 gündür kənd yas içərisindədir: “Balababa Babayevin hadisədən 2 gün öncə toyu olmuşdu. Toyda bütün kənd camaatı iştirak etmişdi. Gözəl də toy keçdi. Onun üçün iki çadır qurmuşdular. Heç toy çadırını söküb qurtarmamış, eyni yerdə yas çadırı quruldu. Çox ağrılı hadisədir. Kənd camaatı hələ də hadisənin təsrindən çıxmayıb. Hadisə günü külək güclü idi. Ancaq gilavar əsmirdi. Adətən burada gilavar olanda camaat dənizə gəlmir. Həmin günü isə güclü xəzri əsirdi. Dostların hamısı kasıb ailənin övladları idi. Muradın anası toylarda qab yuyub, onu böyüdüb boya-başa çatdırmışdı. Atası da kasıb adamdır.  Özündən başqa bir qardaşı, bir də bacısı var. Əlinin isə atası rəhmətə gedib. Anası min bir  əziyyətlə onu böyütmüşdü. Özündən başqa bir bacısı var. Kamranın da atası taksi sürücüsüdür. Ailəsini halal zəhməti ilə dolandırır. Bu gün Muradla Kamranın meyitləri tapıldı. İkisinin də valideyni ayın 28-dən dənizin qırağından getmirdilər. Elə burada oturub ağlayırdılar”.

Xəzər sahillərində istirahətdə olanlar deyirlər ki, hadisə baş verən gün dənizdə güclü axın müşahidə ediblər. Suya girən hər kəs ayaqlarının sanki dənizin içərilərinə tərəf çəkildiyini hiss edib. Yay mövsümü ərzində, xüsusən şərq küləyinin cənub küləyi ilə əvəzləndiyi saatlarda belə güclü axınlar müşahidə edilir. Belə axınlar zamanı suda hətta üzmək bacarıqları olanlar üçün də təhlükəli vəziyyət yaranır. Adi günlərdə Xəzərdə normal üzə bilənlər küləyin istiqamətinin əks tərəfə dəyişməsi ilə müşahidə edilən güclü axınlar zamanı daha çox səy göstərməli olurlar. Biz reportajı hazırlayan zaman da dənizdə gilavar küləyi əsirdi. Lakin buna baxmayaraq, “Əkbər” ailəvi istirahət mərkəzi adlanan yerdə 3 dost dənizdə çimirdi. Onlara isə nəzarət edən yox idi…

Əvvəlki yazı

Mətbuat Şurasından KİV nümayəndələrinə müraciət

Sonrakı yazı

Pompeo: “Hörmüz boğazını bağlanmağa qoymayacağıq”

23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

04 Sentyabr 2025, 14:29
Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09
Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

03 Sentyabr 2025, 16:07
“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

03 Sentyabr 2025, 16:05
17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

03 Sentyabr 2025, 16:00
Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

03 Sentyabr 2025, 15:57
Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

03 Sentyabr 2025, 15:55
Qaxda yanğın — VİDEO

Qaxda yanğın — VİDEO

03 Sentyabr 2025, 13:41
Azərbaycanda müğənni narkotikə görə həbs edildi

Azərbaycanda müğənni narkotikə görə həbs edildi

03 Sentyabr 2025, 13:04
Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

03 Sentyabr 2025, 13:02
“Telegram” üzərindən yeni dələduzluq halları müşahidə olunur

“Telegram” üzərindən yeni dələduzluq halları müşahidə olunur

03 Sentyabr 2025, 13:01
Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər

Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər

03 Sentyabr 2025, 12:43
İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı

İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı

03 Sentyabr 2025, 12:32
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub

Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub

03 Sentyabr 2025, 12:30
Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

02 Sentyabr 2025, 10:47
İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

02 Sentyabr 2025, 10:44
Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

02 Sentyabr 2025, 10:27

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.