08-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Nazir Vilayət Eyvazov İndoneziyanın Nümayəndələr Palatası sədrinin müavinini qəbul etdi –Müzakirə + FOTO

30 İyul 2019, 20:01
Manşet
A A
Nazir Vilayət Eyvazov İndoneziyanın Nümayəndələr Palatası sədrinin müavinini qəbul etdi –Müzakirə + FOTO

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının Nümayəndələr Palatası sədrinin müavini Fadli Zonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Daxili İşlər Nazirliyindən Reportyor.info-ya verilən məlumata görə, nazir Vilayət Eyvazov ölkəmizin və millətimizin qədim tarixə, mədəniyyətə, beynəlxalq aləmdə gedən proseslərə əhəmiyyətli təsirə malik, dünyanın ən böyük müsəlman dövləti olan İndoneziya Respublikası və xalqı ilə münasibətərin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb.

O, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, respublikamızın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, ədalətli şəkildə həlli prosesində bu ölkənin hər zaman Azərbaycanın haqq işini müdafiə etməsini məmnunluqla xatırladaraq bu əhəmiyyətli dəstəyə görə təşəkkürünü bildirib.

Daha sonra nazir müstəqilliyin ilk illərində üzləşdiyimiz problemlər, ölkədə hökm sürmüş hərc-mərclik, anarxiya, cəzasızlıq mühiti, eyni zamanda, Ermənistanın hərbi müdaxiləsi nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi, nəticədə 1 milyondan artıq soydaşımızın doğma yurd yerlərindən didərgin düşməsi barədə qısa məlumat verib. Xüsusilə qeyd olunub ki, xalqın tələbi ilə ali hakimiyyətə qayıtmış ulu öndər Heydər Əliyevin müdrik siyasəti, onun rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının birgə gərgin və səmərəli fəaliyyəti nəticəsində ölkədə asayiş, əmin-amanlıq bərpa edilib, kriminogen durum nəzarət altına alınıb. Sabitliyin dönməzliyinin təmin olunması üçün görülən işlər, əmin-amanlıq ölkə iqtisadiyyatının durmadan inkişafı üçün əlverişli şərait yaradıb. Belə təhlükəsiz şəraitdən vətəndaşlarımız kimi ölkəmizdə fəaliyyət göstərən əcnəbilərin, o cümlədən İndoneziya vətəndaşlarının da yararlandıqları nəzərə çatdırılıb.

Sonra cənab Vilayət Eyvazov DIN-in strukturu və funksional vəzifələrindən söz açaraq cəmiyyət həyatının bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar, baş verən yeniliklər barədə ətraflı danışıb.

Ulu öndərin strateji kursunun, fəal hüquq-mühafizə siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini məmnunluqla vurğulayan daxili işlər naziri əməliyyat-xidməti fəaliyyətin əsasında insan hüquq və azadlıqlarının qorunması, vətəndaş məmnunluğu amilinin dayandığını xüsusi qeyd edib. O, bu işdə, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi baxımından ən müasir informasiya texnologiyalarının, xüsusən DİN-in “Təhlükəsiz şəhər”, “102 Zəng Xidməti” Mərkəzinin, digər müasir texnoloji vasitələrin imkanlarından da geniş istifadə olunduğunu vurğulayıb.

Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərinin, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin diqqət mərkəzində olduğu, belə qlobal xarakterli təhlükəli cinayətlərlə səmərəli mübarizədə beynəlxalq birliyin səylərinin birləşdirilməsinin zəruriliyi qeyd olunub.

Səmimi qəbula, ətraflı məlumata görə təşəkkür edən Fadli Zon respublikamıza ilk səfərinin gedişində nümayəndə heyətinin üzvlərində artıq Azərbaycan haqqında çox sürətlə inkişaf edən, dinamik, müasir və təhlükəsiz ölkə imicinin formalaşdığını, qədim tarix və sivilizasiyalar məskəni olaraq dövlətlərimiz və xalqlarımızı ümumi, oxşar cəhətlər birləşdirdiyini məmnunluqla diqqətə çatdırıb.

Cənab F.Zon qarşılıqlı ziyarətlərin , geniş ünsiyyətin və mütəmadi təmasların ikitərfli əlaqələrin inkişafına böyük impuls verəcəyinə, parlamentarilərin də bu əməkdaşlığa öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinə nail olunması üçün səylərini əsirgəməyəcəklərini bildirib.

Səmimilik və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Əvvəlki yazı

ABŞ-da mağazaya silahlı hücum:3 nəfər ölüb, bir nəfər yaralanıb

Sonrakı yazı

Mətbuat Şurasından KİV nümayəndələrinə müraciət

Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55
Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

07 Sentyabr 2025, 13:02
Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

07 Sentyabr 2025, 12:59
İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

07 Sentyabr 2025, 12:57
Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

07 Sentyabr 2025, 12:54
Özbək bloqer diri-diri məzara girdi – Video

Özbək bloqer diri-diri məzara girdi – Video

07 Sentyabr 2025, 12:53
Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

07 Sentyabr 2025, 12:51

Dünənki qəzada sərnişinləri belə xilas edibmiş (VİDEO)

07 Sentyabr 2025, 12:41
Sabah hava necə olacaq?

Leysan yağıb, duman olub

07 Sentyabr 2025, 12:37
Zelenski gecəki kütləvi hücumdan danışdı

Zelenski gecəki kütləvi hücumdan danışdı

07 Sentyabr 2025, 12:28
Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

05 Sentyabr 2025, 15:10
Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

05 Sentyabr 2025, 14:52
Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

05 Sentyabr 2025, 14:51
Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

05 Sentyabr 2025, 14:48
Prezident SƏRƏNCAM imzaladı

Prezident SƏRƏNCAM imzaladı

05 Sentyabr 2025, 14:46

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

05 Sentyabr 2025, 14:45

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.