26-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Milli Məclisin deputatı ”Xərçəng xəstəliyi üzərində necə biznes yaradıb”

18 Aprel 2018, 01:10
Manşet
A A
Milli Məclisin deputatı ”Xərçəng xəstəliyi üzərində necə biznes yaradıb”

Məlum olduğu kimi, bir həftədən də də az müddət sonra ölkədə prezident seçkisi keçiriləcək. Bu ərəfədə isə xaricdə yaşayan bir qrup azərbaycanlı mühacirlər sosial şəbəkələrdə videolar yayaraq, hakimiyyətin yüksək vəzifəli məmurlarının ünvanına, söyüş, təhqir yağdırırlar. Ekspertlər, hakimiyyət nümayəndələri hesab edirlər ki, bir qrup mühacirin atdığı bu addım Azərbaycan dövlətinə qarşı təxribatdır və onlar bu mübarizə metodu ilə ölkədə sabitliyi pozmağa cəhd göstərirlər. Bildirilir ki, bu, əslində Azərbaycana qarşı atılan məkrli bir planın tərkib hissəsidir. Bu cür proseslərin cərəyan etdiyi bir zamanda belə parlamentdə olan “susan deputatlar” dilə gəlmədilər. Eyni zamanda bu deputatların əksəriyyətinin heç sosial şəbəkədə hesabları da yoxdur. Onlar adi bir status yazaraq, heç bir məsələyə mövqe bildirmirlər, problemi ictimailəşdirmirlər. Aldığı mandatı layiqincə dəyərləndirməyib hakim komandanın passivinə xal yazan deputatlar siyahısında 9 saylı Binəqədi İkinci Seçki Dairəsinin Milli Məclis təmsilçisi Kəmaləddin Qafarov da var. Milli Məclisin ən gənc deputatlarından olan K.Qafarov barəsində Cumhuriyyet.az olaraq internet üzərindən apardığımız araşdırmalarda maraqlı nəticələri üzə çıxardıq.
Susmaq üçün mandat daşıyan deputat
Hətta spiker Oqtay Əsədovun da yadından çıxan Qafarov ölkənin ən vacib sahəsinin – Səhiyyə Komitəsinin üzvüdür. Amma istər tibbi sığorta, istərsə tibb işçilərinin əmək haqları mövzusunda ağzını açıb danışmayıb. Qəribədir ki, peşəsi maliyyəçi olan K.Qafarov onkoloji xəstəliklərin müalicəsi gedən tibb ocağında direktor müavinidir, üstəgəl də deputatdır. Əslində, iqtisadi bilikləri olan bir deputat kimi təkcə səhiyyə yox, həm də Azərbaycanın indiki maliyyə sabitliyinin pozulmasından danışmalıdır. Yəni, devalvasiya, böhran, çıxış yolları haqda fikir yürütməlidir, parlamentə və hökumətə təkliflər paketi olmalıdır. Amma K.Qafarovun dərman qiymətləri ilə bağlı bir neçə çıxışından başqa Milli Məclisdə səsini eşidən olmayıb. Sanki mandat ona susmaq üçün verilib. Yaşının gənc vaxtında belə passivlik isə K.Qafarovun gələcək siyasi karyerasını indidən şübhə altına alır.
Başçı ilə də yola getmir
Sözügedən deputatla bağlı cumhuriyyet.az olaraq media üzərindən araşdırmalarımızda ona da rast gəldik ki, Qafarov Binəqədinin icra başçısı Xaləddin İsgəndərovla soyuq münasibət saxlayır. O, RİH-nin hər hansı toplantısında və ya açılış mərasimində iştirak etmir. İcra başçısı ilə soyuqluğun səbəbi bilinməsə də, ümumiyyətlə ilk dəfə deputat olan Qafurov publikadan qaçır. Bəziləri bunu onun təcrübəsizliyi ilə izah edirlər. İstənilən halda millət vəkili, özü də paytaxtın əhəmiyyətli rayonlarından birinin deputatı seçilmisənsə, mütləq aktiv olmalısan. Azərbaycanın siyasi-iqtisadi həyatına bu qədər hadisə baş verməsinə baxmayaraq, K.Qafarov öz dünyasında yaşayır.
Dərman monopoliyası: kosmetoloji pereparatlar və…
Kəmaləddin Qafarovun media qarşısına çıxmamasının, hətta seçicilərindən də yan qaçmasının digər bir səbəbi isə onun biznes fəaliyyəti ilə bağlıdır: “Deputatın biznes şəbəkəsi olduğuna görə, o gözdən uzaq gəzməyə çalışır. Bakıda fəaliyyət göstərən məşhur aptek şəbəkələrindən biri deputatın nəzarətindədir və deputatın başı ona görə qarışıqdır”. Yeri gəlmişkən deputat fəaliyyəti ilə bağlı rastlanan çox az sayda xəbərlərdən biri də K.Qafarovun dərman biznesinin müdafiəsi, idxal olunan dərmanların ƏDV-dən azad edilməsi ilə bağlı olub. Yeri gəlmişkən yayılan məlumatlarda K.Qafarovun kosmetoloji pereparatlar və Hepatit C virisuna qarşı dərman satışını xüsusi olaraq monopoliyada saxladığı bildirilir. Hətta bu sistemdə ayrı-ayrı iş adamlarına haqq qoyulması da gələn məlumatlar sırasındadır.
Səhiyyənin onkologiya “xərçəngi”
Kəmaləddin Qafarov Milli Məclisdəki fəaliyyəti ilə yanaşı həm də Milli Onkologiya Mərkəzinin direktor müavinidir. Bu tibb ocağı haqda mediada dərc olunan şikayətlər onu göstərir ki, nazir Oqtay Şirəliyevin məlum sərəncamı bu klinikada “sabun köpüyü”nə çevrilib. Yəni “pulunu ver, şəklini çəkdir” misalı. Klinikaya müraciət edənlərin ən ağır xəstəliyə yoluxduğunu və yaşamaq şansı az olan insan olduğunu nəzərə alsaq, tibb ocağı daha insaflı davranmalıdır. Ancaq bu, nə baş həkimi, nə tibb personalın maraqlandırır. Milli Onkologiya Mərkəzində pulsuz tibbi xidmət barədə nazir Oqtay Şirəliyevin məlum sərəncamı bu klinikada “sabun köpüyü”nə çevrilib – “pulunu ver, şəklini çəkdir”. İndi isə cumhuriyyet.az olaraq Milli Onkologiya Mərkəzində müəyyən etdiyimiz, pulsuz deyilən Azərbaycan səhiyyəsində, rüşvət alma, daha doğrusu boğa-boğa soyulma hallarını diqqətinizə çatdırırıq:
1. İnsanlar onkoloji xəstəlik şübhəsi yarananda ilk müraciət etdikdə müayinə üçün cürbəcür adlarla 500 manata yaxın pul verməli olurlar.
2. Onkoloji xəstəlik müəyyən edildikdə kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır. Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir.
3. Kimyaterapiya 300 manatdır. Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir. Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutlumuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər.
4. Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır.
Bundan başqa:
• xəstənin qeydiyyata alınmasına görə pul tələb edilir;
• bütün tibbi xidmətlər (müayinə, müalicə, əməliyyat) ödənişli əsaslarla həyata keçirilir;
• zərurət olmadığı halda əlavə analizlər, biopsiyalar və sair prosedurlar edilir;
• zərurət olmadığı halda əməliyyat təyin olunur, külli miqdarda pul tələb olunur;
• kritik mərhələdə (ölüm ayağında) olan xəstədən müalicə adı ilə pul alınır;
• pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat pul alınır;
• və s. şərhlərdə təsvir olunan qanunsuzluqlar.

Əlbəttə, bir yazıda Milli Onkologiya Mərkəzində baş verən faciəni təsvir etmək olmaz, buna kitablar yazmaq, filmlər çəkmək lazımdır. Sonda cumhuriyyet.az olaraq Azərbaycan qanunvericiliyindən bəzi normaları tibb müəsisəsinin rəhbəri Cəmil Əliyevin oxuması üçün diqqətə çatdırırıq: “ AR Konstitusiyasının 41-ci maddəsinin I hissəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində isə deyilir: “Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Onkoloji xəstəliyin son mərhələsində olan və sosial əlaqələrini itirmiş onkoloji xəstələr ümumi təyinatlı müalicə müəssisələrində zəruri olan müddətdə dövlət təminatında saxlanılır”.

Əvvəlki yazı

“Azərenerji” rəhbəri üçün “əcəl zəngi”ni tezləşdirən SƏBƏBLƏR…

Sonrakı yazı

Dünyanın ən sirli ərazisi – Bu adaya gələnlər yoxa çıxır – FOTOLAR

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.