11-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ZƏRİF DİPLOMATİYA:Tehran ABŞ-a “zəkalı olmağı” və yeni sövdələşmə təklif edib

19 İyul 2019, 17:18
Manşet
A A
ZƏRİF DİPLOMATİYA:Tehran ABŞ-a “zəkalı olmağı” və yeni sövdələşmə təklif edib

 

 

 

 

 

 

“The Guardian”, 19.07.2019

 

İran ABŞ-a sanksiyalarının həmişəlik ləğvi qarşılığında, nüvə proqramının gücləndirilmiş yoxlamasını rəsmən və daimi qəbul edəcəyi şərti ilə, yeni sövdələşmə təklif edib.

Təklif İran xarici işlər naziri Məhəmməd Cavad Zərif tərəfindən Nyu-York səfəri çərçivəsində irəli sürülüb. Lakin çətin ki, Tramp administrasiyası onu qəbul etsin. Çünki o, hazırda İranın, uranın zənginləşdirilməsinin dayandırılması və bölgədə vəkilləri və müttəfiqlərə dəstəyini dayandırması da daxil olmaqla, bir sıra tələblərə boyun əyməsini istəyir.

Zərif təklifini “əhəmiyyətli bir addım” adlandırıb.

“Bizim üçün əsas mahiyyətdir, – deyə Nyu-Yorkda, BMT-nin İran missiyasında o, jurnalistlərə bildirib. – Başqa əhəmiyyətli addımlar da atıla bilər”.

Zərif əlavə edib: “Tramp administrasiyası qulaqlarını pulla tıxasa da, biz bunu edəcəyik. Onların fotoşəkilə ehtiyacı yoxdur. Böyük bir imza ilə iki səhifəlik bir sənəd istəmirlər”.

İran ötən ilin mayından etibarən ABŞ-ın tətbiq etdiyi neft embarqosu və ciddi bank sanksiyaları ilə qarşı-qarşıyadır. Donald Tramp ABŞ-ı 2015-ci ildə imzalanmış “Birgə Fəaliyyət Proqramı” (JCPOA) kimi tanınan çoxtərəfli nüvə razılaşmasından çıxarıb.

Embarqo Körfəzdə son aylarda kəskinləşən qarşıdurmaya səbəb olub. İyulun 18-də Tramp bildirib ki, ABŞ döyüş gəmisi “USS Boxer” özündən 1 km uzaqlıqda olan İran dronunu vurub.

Tramp deyib: “Dron dərhal məhv edilib. Bu, İranın beynəlxalq sularda fəaliyyət göstərən gəmilərə qarşı təxribat və düşmən hərəkətlərinin sonuncusudur. Birləşmiş Ştatlar kadrlarımızı, imkanlarımızı və maraqlarımızı müdafiə etmək hüququnu özündə saxlayır”.

Həmin günün əvvəlində İran bildirib ki, neft qaçaqmalçılığına görə şübhəli xarici gəmi saxlanılıb.

Zərif gəminin saxlanılmasını qanuni hesab edib. O deyib: “Bu, 1milyon litr neft daşıyan tanker deyil, kiçik gəmidir. Biz hər gün bunu edirik. Bu, neftimizlə qaçaqmalçılıq edən insanlardır. Bu, Fars körfəzində gündəlik etdiyimiz şeylərdən biridir”.

Cavad Zərif Trampı “ağıllı olmağa” çağırıb. O, ABŞ prezidentinin bəyanatını ötən ay ABŞ dronunun vurulmasına cavab adlandırıb. XİN rəhbəri hələdə diplomatik irəliləyişin mümkün olduğuna inandığını söyləyib.

O deyib: “Biz müharibədən bir neçə dəqiqəlik məsafədə idik. Zəka qalib gəldi və bu, bizə optimist olmağa əsas verir. Birgə işləsək, ciddi olsaq, onda irəliyə doğru yol tapa bilərik”.

İranın ali lideri Əli Xamnəi ABŞ-ın JCPOA ilə bağlı pis niyyətinə istinadən, Trampla birbaşa danışıqlardan vaz keçdiyini açıqlayıb, lakin Zərif ABŞ-ın JCPOA-ya geri dönməsini zəruri etməyən bir razılaşma əldə etməyə hazır olduğunu bildirib.

Zərif qeyd edib ki, JCPOA çərçivəsində İran parlamentində, 2023-cü ildə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAGATE) Əlavə Protokolu ratifikasiya olunmlıdır. Bu təqdirdə, MAGATE-nin müfəttişləri İranda geniş imkanlarla təmin ediləcək. Müqavilə gizli nüvə silahı proqramının üzərindən xətt çəkir. JCPOA-nın bir hissəsi kimi, İran artıq Əlavə Protokola riayət edir. Məclisin ratifikasiyası onu daha da qalıcı bir öhdəlik halına gətirəcək.

Eyni zamanda, JCPOA-ya əsasən, ABŞ Konqresi İrana qarşı sanksiyaları ləğv etməlidir.

Zərif İran və ABŞ-ı dərhal bu addımları atmağa səsləyib.

“Əgər Tramp daha çox şey istəyərsə, Əlavə Protokolu ratifikasiya edə bilərik və o, sanksiyaları ləğv edə bilər. O, Konqresdə hansısa tədbirlər görəcəyini söyləyib. Sanksiyanı qaldırın, onda 2023-cü ildən əvvəl Əlavə Protokola sahib olacaqsınız”.

Dövlət Departamenti hələ Zərifin təklifinə cavab verməyib, lakin rəsmi mövqe bundan ibarətdir ki, İran 12 şərtlə geniş siyahını, o cümlədən regional mübahisələrə cəlb olunmasını məhdudlaşdıran tələbi yerinə yetirməlidir. Yalnız bu halda sanksiyalar aradan qaldırıla bilər.

İran bu tələbləri rədd edib.

Zərif, həmçinin, ABŞ adından icra edilən Cəbbəlüt-tariqdə Böyük Britaniya qüvvələri tərəfindən İran neftini daşıyan tankerin ələ keçirilməsini pisləyib: “Bu beynəlxalq hüququn pozulmasıdır”.

Böyük Britaniya bəyan edib ki, “Grace 1” tankeri Aİ qadağasına məhəl qoymadan Suriyaya gedirmiş. Bunun əksini sübut edə bilərsə, gəmi sərbəst buraxılacaq. Zərif nəqlin Suriyaya bağlı olmadığını, lakin müştərinin kim olduğunu deyə bilməyəcəyini açıqlayıb. “Çünki alıcı ABŞ sanksiyalarına məruz qalacaq”.

O deyib: “Biz şəffaf olmamalıyıq. Tankerin Suriyaya getmədiyini söylədik, amma qalanları sizə dəxli deyil. Çünki o nefti xalqımızın qarnını doydurmaq üçün satırıq”.

Xarici işlər naziri bildirib: “Mən gizli emissarlarla ünsiyyətə girmirəm. Kiminsə prezident Trampın adından mənimlə təmas quracağına şübhə edirəm”.

Zərif “Politico” nəşrinin anti-müharibə tərəfdarı, respublikaçı Polla məxfi ünsiyyəti barədə iddianı “şişirtmə” adlandırıb.

“Bu, media iddiasıdır. Yəni bu, casus film üçün yaxşı ola bilər. Amma Amerika xalqının nümayəndələri və cəmiyyətin nüfuzlu üzvləri ilə, həqiqətən, görüşə bilərəm”.

Tərcümə: Strateq.az

Əvvəlki yazı

Ən bahalı avtomobil nömrəsinin sahibi bəli olub.

Sonrakı yazı

Dolların rəsmi məzənnəsi neçəyə olacaq? –Mərkəzi Bank 3 günlük kursu açıqladı

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29
Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

09 Sentyabr 2025, 13:27
“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

09 Sentyabr 2025, 13:24

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.