13-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Onlar deputat olmaq istəyir – Keçmiş nazirlərdən geridönüş cəhdi Onlar deputat olmaq istəyir –

19 İyul 2019, 15:32
Seçmə
A A
Onlar deputat olmaq istəyir – Keçmiş nazirlərdən geridönüş cəhdi Onlar deputat olmaq istəyir –

Fövqəladə nəsə baş verməsə, gələn il Azərbaycanda Milli Məclisə yeni seçkilər keçiriləcək. V çağırış parlament seçkiləri 2020-ci ilin payızında baş tutmalıdır. 

Gözləntilər gələn ilki seçkilərdə Milli Məclisin indiki tərkibinin əhəmiyyətli şəkildə yenilənəcəyi yönündədir. Bir sıra yaşlı deputatların, millət vəkilliyi ilə yanaşı, hökumətdə müxtəlif vəzifə tutan mandat sahiblərinin parlamentdən kənarda qalacağı proqnozlaşdırılır. Bununla yanaşı, bir çox sabiq yüksək vəzifəli şəxslər həmin seçkilərdə mandat almaq arzusundadır. 

“Yeni Sabah” xəbər verir ki, Qaynarinfo-ya daxil olan məlumata görə, onların arasında bir neçə eks-nazir də var. Hazırda həmin keçmiş iri məmurların hakim Yeni Azərbaycan Partiyasından (YAP) millət vəkilliyinə namizəd olmaq üçün yollar axtardığına dair iddialar irəli sürülür. Belə sabiq nazirlərdən biri Heydər Əsədovdur.

Keçmiş kənd təsərrüfatı naziri 2013-2018-ci illərdə bu postu tutduqdan sonra aqrar sektorun inkişafı baxımından istənilən performansı sərgiləyə bilmədiyi üçün vəzifəsindən azad edildi. Bunun ardınca isə bir neçə ay əvvəl – apreldə Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektoru təyin olundu.

İddialara görə, rektor təyinatına qədər onun planında parlament üzvlüyü varmış. Hesablama Palatasının sədri və kənd təsərrüfatı naziri kimi yüksək postları tutmuş Əsədovun rektor vəzifəsindən məmnun olub-olmadığı bəlli deyil. Məlum olan bircə odur ki, o, ixtisası etibari ilə kənd təsərrüfatı naziri vəzifəsinə olduğu kimi, indiki postuna da uzaq şəxsdir. Bu mənada 60 yaşlı sabiq nazirin deputatlıq arzusundan əl çəkdiyi şübhə doğurur.

67 yaşlı sabiq nəqliyyat naziri Ziya Məmmədov da gələn ilki parlament seçkilərində namizəd ola bilımək üçün nəbz yoxlayır. O, heç olmasa bir çağırış Milli Məclisdə təmsil olunmaq istəyir. Karyerasının nazir postundan uzaqlaşdırılması ilə, üstəlik, ünvanına sərt tənqidlər və ittihamlar fonunda bitirilməsi ilə razılaşmayan keçmiş “nəqliyyat şefi”nin qardaşı, sabiq deputat bu ilin mayında Elton Məmmədov Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib.

Bəzilərinin fikrincə bu, hakimiyyət dairələrində Məmmədovlara qarşı münasibətin yumşalmasından xəbər verir. Elə sabiq nazir də buna ümid edir və 2020-ci ildə son parlament seçkisinəcən Milli Məclisin üzvü olmuş qardaşının yerinə parlamentə vəsiqə qazanmağı arzulayır.

58 yaşlı sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da 2013-2018-ci illərdə tutduğu bu postdan azad edildikdən sonra gələn ilki parlament seçkilərindən ümidlidir. Sözügedən vəzifədən kəanrlaşdırıldıqdan sonra haqqında ciddi korrupsiya ittihamları səsləndirilən Müslümovun “vurulmasında” məhz yol verilən yeyintilərin həlledici olduğu deyilir.

Hazırda Milli Aviasiya Akademiyasında pedaoji fəaliyyətlə məşğul olduğu vurğulanan sabiq nazirin də 2020-ci ildə keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürmək üçün siyasi razılıq almağa açlışdığı vurğulanır.

Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun tərcümeyi-halına deputatlıq mandatı artıq bir dəfə yazılıb: o, 2001-2004-cü illərdə Milli Məclisin və Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) üzvü olub.

2004-cü ildən nazir postuna yüksələn Abbasov 11 il bu postu tutub və rəhbəri olduğu nazirlikdə ciddi korrupsiya faktlarının aşkarlanması, eləcə də nazirliyin yüksək vəzifəli əməkdaşlarının həbsi ilə müşayiət olunan qalmaqallı “Rabitə işi”ndən sonra postunu itirib. İki il sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin müşaviri təyin edilən keçmiş nazirin yenidən deputat olmaq istəməsi kifayət qədər real görünür.

Əvvəlki yazı

Səfirlik:”İran Ermənistanla hərbi sahədə əməkdaşlıq etmir”

Sonrakı yazı

Bərdə Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətində nöqsanlar aşkar edilib

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.