
İranın qərbində yerləşən Kermanşah əyalətində İran İslam İnqilabı Keşikçiləri Korpusu terrorçulara qarşı əməliyyat keçirib.
Reportyor.info xəbər verir ki, terrorçularla hərbçilər arasında baş verən silahlı qarşıdurma 2 əsgərin ölümü, çox sayda silahlının zərərsizləşdirilməsi ilə nəticələnib. Əməliyyat nəticəsində silah-sursat ələ keçirilib.