14-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ƏRDOĞANIN YENİ DÖVR STRATEGİYASI:Türkiyə prezidenti Anadolu səfərinə hazırlaşır, yeni partiyanı isə “beşikdə boğmaq” istəyir – TƏHLİL

11 İyul 2019, 15:08
Manşet
A A
ƏRDOĞANIN YENİ DÖVR STRATEGİYASI:Türkiyə prezidenti Anadolu səfərinə hazırlaşır, yeni partiyanı isə “beşikdə boğmaq” istəyir – TƏHLİL

Əbdülqadir Selvi

“Hürriyet”, Türkiyə, 08 iyul 2019-cu il

 

23 iyun seçkilərindən sonra AKP-də önəmli bir proses yaşandı. Prezident Ərdoğan öncə AKP-nin Mərkəzi İdarə Heyətilə, sonra da millət vəkilləri ilə bir araya gəldi. Ərdoğan bu həftə içində iki qrup halında digər millət vəkillərilə də görüşdükdən sonra, 11 iyulda da partiyanın Ali Məclisini toplayacaq.

31 mart və 23 iyun seçkilərilə birlikdə, daxili siyasətdə yeni bir dövrə girildi.

Hazırda AKP-nin qarşısında 4 önəmli gündəlik maddəsi durur:

1. 31 mart və 23 iyun seçkilərinin analiz edilməsi;

2. 2023-cü il seçkilərinə hazırlıq;

3. Abdulla Gül və Əli Babacanın, eyni zamanda Əhməd Davudoğlunun quracağı partiyalar;

4. Kabinetdə və partiya rəhbərliyində dəyişiklik.

 

Kabinetdə olacaq dəyişikliklər maraq doğurur

 

Ərdoğanın millət vəkillərilə indiyədək keçirdiyi hər iki görüşdə ona kabinet dəyişikliyi ilə bağlı suallar verilib. Prezident də kabinet dəyişikliyi məsələsinin gündəlikdə saxlanmasına sərt reaksiya verib. Çox aydın formada “Kabinetdə dəyişiklik olmayacaq” deyib. O, “Kabinet dəyişikliyi məsələsini CHP şişirdir, siz də gündəliyə gətirməyin”deyir.

23 iyun seçkilərindən sonra kabinetdə dəyişikliklə bağlı sual verildiyi zaman Ərdoğan, “Kiminsə sifarişi ilə kabinetdə dəyişikliyə heç bir zaman getmərəm. Belə bir adətim yoxdur” demişdi. Ərdoğan sözünə davam edərək, “Əgər media və ya kimsə istədi deyə kabinetdə dəyişikliyə gedərsək, bu ölkədə sabitlik qalmaz”deyərək xəbərdarlıq etmişdi.

Ərdoğan buna oxşar dəyərləndirməni millət vəkillərilə olan toplantıda da edincə, ictimai rəydə belə bir qənaət formalaşır: “Media yazdığı və müxalifət gündəlikdə saxladığı müddətcə, prezident kabinetdə dəyişiklik etməyəcək. Çünki Ərdoğan buna özünə zorla qəbul etdirmə kimi baxır. Bunu edərsə, sabah başqa məsələlərin zorla qəbul etdirilməsinin gündəliyə gələcəyini düşünür”.

Bu, yanlış bir təsbit deyil. Çünki Ərdoğan zamanını və şərtlərini özü müəyyən etdiyi vaxtda dəyişikliyə gedir.

 

Ərdoğanın qırmızı xətti

 

Açıq və aydın formada söylənməsə də, kabinet dəyişikliyilə gündəliyə gətirilmək istənən əsas məsələ Xəzinə və Maliyyə naziri Berat Albayrağın dəyişib-dəyişməyəcəyi məsələsidir.

Belə ki, hətta xarici ölkə təmsilçiləri də bu məsələ ilə bağlı öz ölkələrinə hesabat verirlər. Son dövrlərdə verilən hesabatlarda belə deyilirmiş: “Ərdoğanın iki qırmızı xətti var. Berat Albayraq və S-400 məsələsi”.

Ərdoğan “İqtisadiyyatda göstəricilər yaxşılaşır” deyir. İqtisadiyyatı idarə edənlərə etibar etdiyini hiss etdirir. Mərkəzi Bankın sədri Murad Çətinqayanı faizləri endirməyə razı olmadığı üçün vəzifədən azad etdiyini söyləyir. Mərkəzi Bankın yeni dövrdə ilk işinin faizləri endirmə olacağına işarə edir.

Ayrıca, birləşdirilən nazirliklərin yenidən ayrılmayacağını söyləyir.

 

Ərdoğan meydanlara çıxacaq

 

Prezident Ərdoğan sentyabr ayından etibarən meydanlara çıxacaq. Böyük şəhərlərdən başlamaqla, AKP-nin qalib gəldiyi vilayətlərə təşəkkür etmək üçün səfərə çıxacaq. Bunun üçün səfər proqramı hazırlanır. Ehtimal ki, Anadolu turuna sentyabr ayında başlayacaq.

Yaxşı, bəs nə üçün sentyabr ayı? Çünki AKP içindən çıxan Abdulla Gül, Əli Babacan və Əhməd Davudoğlunun yeni partiyalarını payızda quracağı gözlənilir.

Görünən odur ki, Ərdoğan yenə də mübarizə yolunu seçəcək.

Millət vəkilləri ilə görüşdə yeni partiya məsələsilə bağlı da suallar verilir. Kabinetdə dəyişikliklə bağlı sual verildikdə Ərdoğanın sərtləşdiyini yuxarıda söyləmişdik. Ancaq yeni partiya haqqında sual verilən zaman Ərdoğanın duyğulanması diqqəti cəlb edib. O, “Kürəyimizdən xəncərlədilər” deyib.

Ərdoğan daha öncə isə “AKP-nin kölgəsini öz kölgəsi kimi görənlər boş çuval kimi aşacaqlar”, “Tarix olacaqlar” demişdi.

AKP-də “Bir uzlaşma qapısı aralaya bilərikmi? Ərdoğanla Əli Babacanı və Əhməd Davudoğlunu bir araya gətirə bilərikmi?” deyənlər də var. Ərdoğan isə o nöqtədə deyil. Bu yaxınlarda Əli Babacan və Əhməd Davudoğlu ilə görüşdü. Görünür, uzlaşma ehtimalını görməyib. Bu səbəblə, uzlaşma yerinə mübarizəni seçib.

 

Hədəfi yeni partiyalar olacaq

 

Ərdoğanın Anadolu səfərinə çıxmasının iki hədəfi var.

Birincisi, seçkidən sonra AKP-ni toparlamaq, ikincisi, isə yeni qurulacaq pariyaları doğulmamışdan boğmaqdır.

Ərdoğan yeni partiyalara qarşı “xəyanət” ritorikasından istifadə edəcək, “AKP sayəsində prezident, baş nazir və nazir oldular. İndi isə AKP-yə qarşı xəyanət içindədirlər” deyəcək.

 

Kabinetdə təftiş nə zaman ola bilər?

 

Yaxşı, bəs kabinetdə və partiya rəhbərliyində dəyişiklik məsələsi necə olacaq, tamamilə gündəlikdən çıxdımı? Ərdoğanı yaxından tanıyanlara görə, media və daxili siyasətin gündəliyində olduğu müddətcə kabinetdə dəyişiklik etməz. Ancaq vilayətləri gəzdikdən sonra “Cəmiyyətin nəbzini tutdum, dəyişiklik istənilir” deyər və kabinetdə təftişi həyata keçirər.

Tərcümə Strateq.az-ındır

Əvvəlki yazı

Dilqəm Əhməd “Cumhuriyyət medalı” ilə təltif edildi (FOTO)

Sonrakı yazı

Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək – Proqnoz

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.