05-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Dəniz heç kimin atasının, babasının, dədəsinin deyil…”

11 İyul 2019, 10:41
Gündəm, Cəmiyyət
A A
“Dəniz heç kimin atasının, babasının, dədəsinin deyil…”

Dağları ermənilərin əlində, dənizləri də öz “ermənilərimiz”in əlində… Millət Muğanda, Mildə yanmalıdır?”

“Azərbaycan camaatı öz ölkəsində istirahət edə bilmir, yetim-yesir kimi düşüblər başqa ölkələrə”.Bunu Vətəndaş Həmrəyliyinin Partiyasının sədri, Azərbaycan xalq şairi Sabir Rüstəmxanlı deyib.

Məmurlar tərəfindən Xəzər dənizinin hasarlanmasına etirazını bildirən Xalq şairi bu məsələnin dəfələrlə qaldırıldığını xatırladır.

S. Rüstəmxanlı bildirir ki, Xəzərin sahilində əksər yerlər düzənlikdir, bir neçə yerdə yüksəklik var və onlar da qorunmalıdır: “O, bölgənin gözəlliyidir. Amma Qaradağ postunun yaxınlığında mayak var. O təpəciyi belə daşıyıblar. Dənizin içinə torpaq tökənlər, orda körpü tikənlər, şəhər salanlar yol polisinin olduğu yerdə normal bir yüksəkliyi məhv edib apardılar. Deyən olmadı ki, dur ay bala, bu torpağı sənin nə ixtiyarın var daşıyırsan?

Eləcə də o sahillər. Əvvəl qərar qəbul edildi ki, evlər dəniz kənarından 150 metr aralı olsun.

Bəs bu dəniz kənarında evlər tikənlər kimlərdir? Elə o insanlardır ki, qərarlar qəbul edirlər – nazirlər, yüksək vəzifə sahibləri, məmurlar, imkanlı şəxslər bunlardır.

Onlar sonra məcbur elədilər ki, qanun dəyişilsin, dəyişildi də – məsafə 50 metrə salındı. Amma bu da onları qane etmədi. Artıq dənizin içinə giriblər.

Dəniz hamınındır. Dəniz heç kimin atasının, babasının, dədəsinin deyil. Ona görə də Qaradağ rayonunda dənizin qırağında tikilən evlər kimidir, bu bəllidir. O evlər hamısı sökülməlidir, torpaqlar boşaldılmalıdır, ya da ki, o evlər qeyri-qanuni tikildiyi üçün müsadirə olunub, verilməlir xalqa.

Doğrudur, mülkiyyət toxunulmazdır amma sual olunur, o mülkiyyətlər kimdən icazə alınaraq tikilib? O torpaqlar hansı qanuna əsasən alınıb? Əgər o torpaqlar alınıbsa, bu torpaqları qeyri-qanuni verən insanlar tapılıb niyə cəzalandırılmırlar?”.

S. Rüstəmxanlı deyir ki, bu məsələ Milli Məclisin iclaslarında ən azı 20-30 dəfə bu məsələ qaldırılıb: “Xalq artisti, böyük sənətkar Zeynab Xanlarovadan tutmuş, iqtidarlı, müxalifətli bütün deputatlar bu məsələni səsləndiriblər.

Tikililər şəxsi evlərdir. Bu evlər bir kənara, kimlərsə şifahi icazə alıb gəlib neçə hektar ərazini tutub hasarlayıb, bir qapı qoyublar.

Bəs millətin, xalqın, Abşeron əhalisinin, tarixi, kökü bura aid olan, dədəsinin babasının qəbri burda olan insanların, onlara aid olan köhnə çimərliklərdə gedib pulsuz-parasız istirahət etməyə haqqları var, ya yox?

Novxanı, Şıxov çimərliyi hamısı zəbt olunub. Hə, ola bilsin ki, bir neçə çimərliyi yalandan “xalq çimərliyi” adı ilə saxlayıblar. Amma unudurlar ki, bütün çimərliklər xalq çimərliyidir. Ola bilsin ki, orda istirahət üçün, yemək və içmək üçün bir neçə yer açıla bilər. Amma bu o demək deyil ki, bütün ərazilər tutulsun.

Qarabağı ermənilər işğal edib, Abşeronu da pullular işğal edib. Bəs bu millət hara getsin?

Dağları ermənilərin əlində, dənizləri də öz “ermənilərimiz”in əlində… Millət Muğanda, Mildə yanmalıdır?

Bu məsələ bağlı da tədbir görülməməsinin səbəbi aydın şəkildə ortadadır. O tikilən evlər tədbir görməli adamlarındır. Onlar necə özləri özlərinə qarşı tədbir görə bilərlər?”. (Yenisabah.az)

Əvvəlki yazı

İlham Əliyev, ilk növbədə, vətəndaşların mənafeyini düşünür” – Baş nazir

Sonrakı yazı

BAKIDA HƏLƏ DƏ “QUL BAZARI” FƏALİYYƏT GÖSTƏRİR – “Bu camaata iş yerləri açmaq lazımdır“

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

04 Avqust 2025, 18:01
Sabah 41 dərəcə isti olacaq

Sabah 41 dərəcə isti olacaq

04 Avqust 2025, 12:33
BDYP-dən piyadalara çağırış

BDYP-dən piyadalara çağırış

04 Avqust 2025, 11:58
Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

04 Avqust 2025, 11:56
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

04 Avqust 2025, 11:46
Murad Arif: “Reytinq Azərbaycan üçün deyil!”

Murad Arif: “Reytinq Azərbaycan üçün deyil!”

04 Avqust 2025, 11:41
İlhamə Abdullayevanın başı üzərində qara kabus! – Rəhbərlik etdiyi qurumda nöqsanların üzə çıxması onun karyerasını bitirə bilər

İlhamə Abdullayevanın başı üzərində qara kabus! – Rəhbərlik etdiyi qurumda nöqsanların üzə çıxması onun karyerasını bitirə bilər

04 Avqust 2025, 11:27
“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq

“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq

04 Avqust 2025, 11:15
Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

04 Avqust 2025, 11:00
Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş – Foto

Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş – Foto

04 Avqust 2025, 10:57

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.