Xəbər verdiyimiz kimi, ötən gün Bakıda 18 yaşlı qadın intihar edib.
Belə ki, Nizami rayonda yaşayan 2001-ci il təvəllüdlü Aynur Məmmədzadə yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. 18 yaşlı qadın 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin təfərrüatına görə, A. Məmmədzadə bir müddət əvvəl həyat yoldaşından boşanıb. Azyaşlı övladı ilə ata evinə gəlib. Aynur bundan sonra bir nəfər şəxslə sevgi münasibəti yaşayıb, lakin anası qızına bu məsələ ilə bağlı qadağa qoyub. Qız bundan sonra intihar edib. Onun azyaşlı bir qız övladı olub.
APA-nın məlumatına görə, A. Məmmədzadə Avropa çempionu olub. O, akrobatika üzrə dörtqat Avropa çempionudur.