Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iyulun 7-də keçirilən növbəti iclasında Şəkinin Xan Sarayı ilə birgə şərin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı fayla baxılıb.
“Reportyor.info” xəbər verir ki, ICOM-un hesabatı dinlənildikdən sonra müzakirələrə başlanıb.
Müzakirədə Azərbaycanın Şəki ilə bağlı irəli sürdüyü nominasiyaya baxılıb. Şəkinin Dünya İrs Siyahısına salınması ilə bağlı keçirilən müzakirələrdə Şəki xan sarayı və tarixi məkanlarının vəziyyəti qiymətləndirilib.
Müzakirələrin sonunda irəli sürülən nominasiya qəbul edilib.
Qeyd edək ki, Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının bu gün keçirilən iclasında Dünya İrs Siyahısına təqdim edilən 10 nominasiyaya baxılmalıdır.