05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ermənistanda köhnə komanda sülhü daha əlçatmaz edəcək – müharibə təhlükəsi

16 Aprel 2018, 10:23
Siyasət
A A
Ermənistanda köhnə komanda sülhü daha əlçatmaz edəcək – müharibə təhlükəsi

Bakının İrəvanla Qarabağ danışıqları aparması üçün zəif əsaslar da aradan qalxır; rusiyalı politoloq: “Bu addım Ermənistanın özünə qəsdi olar…”

Qlobal güclər arasında geosiyasi rəqabətin şiddətlənməsi, “soyuq savaş”ın geri qayıtması, şübhəsiz ki, dünyanın münaqişəli bölgələrində, o cümlədən Cənubi Qafqazda həll olunmamış konfliktlərin aqibətində özünü göstərə bilər. Dağlıq Qarabağ ixtilafı da istisna deyil. Məsələ də ondadır ki, Suriya məsələsində bir-birinə rəqib olan Rusiya və ABŞ Qarabağ probleminin həllinə məsul edilmiş ATƏT-in Minsk Qrupunun iki əsas həmsədridir. Yəni vasitəçilərdir.

Məlumdur ki, Rusiya Cənubi Qafqazı özünün şəriksiz maraqlar zonası, hətta “arxa bağça” hesab edir. Dağlıq Qarabağ konfliktinin uzanmasının bir səbəbi də budur. Moskva bu yolla Azərbaycan və Ermənistanı özündən asılı durumda saxlayır, onları Qərbə doğru, Qərb siyasi-hərbi blokalarına doğru inteqrasiyasını əngəlləyir. Lakin nə vaxtadək? Suriya böhranı , son olaraq, ötən bazar ABŞ-ın Bəşər Əsəd rejiminin obyektlərini bombalaması da göstərdi ki, münaqişələrin dinc həllinin uzanması nəinki böyük hərbi qarşıdurmanı, üstəlik, fövqəlgüclərin toqquşma ehtimalını labüd edir.

*****

Bəs Qarabağ ixtilafı, nəhayət, böyük və vasitəçi güclərin əməkdaşlıq mövzusu olacaqmı, yoxsa burada da müharibə və qarşıdurma qaçılmaz olacaq? Siyasi təhlilçilərin bu yöndə təxmin və şərhləri müxtəlifdir.    

“Qarabağda vəziyyətin kəskinləşməsini gözləmirəm. Hələ vaxtı gəlməyib. Ola bilsin ki, heç gəlməyəcək də. Düşmən xaricdədir. Geosiyasi nöqteyi-nəzərdən konflikti daxildən qızışdırmaq axmaqlıq olardı əgər bu konfliktdə dərhal və regionun istənilən dövləti üçün neqativ nəticə ilə dünyanın az qala, yarısı iştirak edəcəksə”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu rusdilli Vesti.az saytına açıqlamasında Rusiyadakı siyasi və sosial texnologiyalar laboratoriyasının rəhbəri, politoloq Alesksey Nejivoy deyib. Onun sözlərinə görə, regional dövlətlərdən heç birinə Cənubi Qafqazda “ikinci Suriya” lazım deyil: “Üstəlik, ”birinci Suriya” elə də uzaqda deyilsə”.

Ekspert işğalçı ölkənin son vaxtlar Rusiya və Qərb (Avropa) arasında var-gəl eləməsi, “iki stulda oturmaq” siyasəti və belə siyasətin mümkün nəticəsi haqda da danışıb. “Ermənistan müstəqil deyil ki, Qərbə tərəf getsin. Bu, onun özünəqəsdi demək olar”, – deyə o, faktiki şəkildə rəsmi İrəvana xəbərdarlıq edib.

*****

Serj Sərkisyan ile ilgili görsel sonucu

Ermənistanda isə artıq sabiq prezident sayılan Serj Sərkisyanın indi də baş nazirliyə keçmək istəməsi ilə bağlı etirazlar başlayıb. Sabah – aprelin 17-də parlamentin fövqəladə toplantısında yeganə olaraq onun namizədliyi müzakirəyə çıxarılacaq. Məsələ də ondadır ki, İrəvanın son illər tərcih elədiyi “iki stulda oturmaq” siyasəti məhz Sərkisyanla bağlıdır. Başqa sözlə, Serj Sərkisyan indi də yeni baş nazir kimi, işğalçı ölkənin əsas səlahiyyətli şəxsi olacaqsa, – buna şübhə edən azdır, – o zaman Qərb və Rusiya ilə ikili oyunlar davam edəcək. Demək ki, Ermənistanın “özünə qəsdi”, “siyasi intiharı” da istisna deyil.

Dağlıq Qarabağ probleminin perspektivinə gəlincə, əfsus ki, Sərkisyan rejimi, daha doğrusu, “Qarabağ klanı” Ermənistanda iş basınca qaldıqca, dinc həll yolundan, böyük sülh  sazişinə dair konstruktiv danışıqlardan söz açmağa dəyməyəcək. Ermənistanda köhnə komandanın hakimiyyətdə qalması sülhü daha əlçatmaz edəcək – əlbəttə ki, Rusiya öz satellitinə ciddi təsir etməyəcəyi müddətdə. Moskva isə hələ ki, buna hazırlaşmır. Belə görünür, mövcud status şimal qonşumuzu da qane edir.

Belədə Azərbaycanın danışıq xətrinə danışıq aparmasının mənası və məntiqi qalmır və yəqin ki, rəsmi Bakı 11 aprel prezident seçkilərindən sonra bu qəbildən növbətçi təmaslara daha az maraq göstərəcək. Təbii ki, sülhün gecikməsi avtomatik olaraq müharibə riskini artırmaqda davam edəcək. Bir sıra ciddi hərbi və siyasi ekspertlər isə Qarabağ münaqişəsi zonasında geniş miqyaslı hərbi əməliyyatların istənilən an qızışa biləcəyi barədə xəbərdarlıqlar ediblər…

Siyasət şöbəsi

 

Əvvəlki yazı

“Tramp prezidentliyə yararsızdır” – FTB-nin sabiq rəhbəri

Sonrakı yazı

SOCAR-ın “lal-kar” mətbuat xidməti: Əhməd(ov) hardadır?

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.