22-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ZAMİRƏ HACIYEVA HANSI HƏBSXANADA SAXLANACAQ? – Gizli şahid sualları cavablandırdı

27 İyun 2019, 11:49
Gündəm, Cəmiyyət
A A
ZAMİRƏ HACIYEVA HANSI HƏBSXANADA SAXLANACAQ? – Gizli şahid sualları cavablandırdı

Zamirə Hacıyevanın ekstradisiyası üzrə Azərbaycanın tələbi əsasında Londonda məhkəmə prosesi davam edir.

APA-nın London müxbirinin verdiyi xəbərə görə, iyunun 26-da keçirilmiş növbəti prosesə Zamirə Hacıyevanın lehinə gizli şahid gətirilib, o, pərdə arxasından 5 saat ərzində həm Zamirə Hacıyevanın vəkili Hugo Keith, həm də Azərbaycan hökumətinin iddiasını müdafiə edən Helen Malcolmun suallarını cavablandırıb.

Sorğuya başlamadan öncə zaldakı jurnalistlərdən və iclası izləməyə gələn digər şəxslərdən Azərbaycan səfirliyini və ya hökumətini təmsil edib-etmədikləri soruşulub. Prosesdə Azərbaycanlı jurnalistin olması haqqında məlumat alan gizli şahid hakim Emma Arbuthnota bundan narahat olduğunu bildirib. Hakim isə şahidin tələbini nəzərə alaraq, APA-nın London müxbirini yanına çağırıb, ondan işlədiyi qurum haqqında məlumat alıb. Jurnalistin mobil telefonu da daxil olmaqla, üzərindəki bütün cihazlar müvəqqəti saxlanmaq üçün götürülüb.

Zamirə Hacıyevanın mənafeyini müdafiə edən gizli şahid Azərbaycan məhkəmə sistemini tənqid edib, insan haqları sahəsində və bütün seqmentlərdə problemlər olduğunu iddia edib. Vəkil Hugo Keith tərəfindən verilən yönləndirici suallar əsasında o, Ramil Səfərov, Xədicə İsmayıl, Mehman Hüseynov, “Nardaran işi” ilə bağlı məhkəmə dosyeləri barəsində özü bildiyi kimi şərhlər verib, Azərbaycanda bir sıra tanınmış simaların məhkəmə sistemi ilə problemlər yaşadığını qeyd edib. Bu zaman Ramil Səfərovun ekstradisiya dosyesi də xüsusi vurğulanıb.

Azərbaycan hökumətinin iddiasını müdafiə edən Helen Malcolm isə Azərbaycanda məhkəmə sistemi və insan haqları mövzusunda gedən islahatlar, Zamirə Hacıyevanın indiyə qədər hər hansı bir siyasi məqalə yazmadığı, siyasi fikir bildirmədiyi və ya siyasi görüşünün olmadığını bildirib.

Vəkil 31 avqust 2012-ci ildə Macarıstanın Azərbaycana verdiyi Ramil Səfərov barəsində cinayət işinə səbəb olmuş hadisənin Ermənistan-Azərbaycan münaqişəsi zəminində baş verdiyini açıqlayıb. Müdafiəçi bu cür iddialarla çıxış edən şahidə Zamirə Hacıyevanın Azərbaycandakı banklardan böyük məbləğlərdə nağd pul çəkdiyini və külli miqdarda vəsaiti mənimsədiyini xatırladıb.

Məhkəmə prosesində Zamirə Hacıyevanın Azərbaycana ekstradisiya edilərsə, hansı cəzaçəkmə müəssisəsində saxlanacağı haqqında qarşılıqlı müzakirələr aparılıb, Azərbaycanda qadınlar üçün nəzərdə tutulan müəssisələrin standartlara uyğun olub-olmadığı müzakirə edilib.

Məhkəmə prosesi iyunun 28-də davam edəcək.

Qeyd edək ki, APA-nın əməkdaşının mobil telefonu və digər cihazlar prosesin sonunda özünə qaytarılıb.

Xatırladaq ki, Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya 2009-2015-ciillərdə bank tərəfindən faizsiz kreditlər verilib və bu zaman o, heç bir sənəd təqdim etməyib. Z. Hacıyeva çirkli pulların yuyulması, bankın pullarının mənimsənilməsində günahlandırılır.

Əvvəlki yazı

Xəzəri çirkləndirən obyekt sahibləri cəzalandırılıblar –SİYAHI

Sonrakı yazı

“Azərbaycan otellərində açıq və gizli monitorinqlər keçiriləcək” –Xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48
“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

20 Avqust 2025, 14:41
İlham Əliyev xanımı ilə Gəncəyə getdi

İlham Əliyev xanımı ilə Gəncəyə getdi

20 Avqust 2025, 14:29
Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

20 Avqust 2025, 11:32
Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

20 Avqust 2025, 11:30
FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.