24-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

YILDIRIM VƏ İMAMOĞLU ARASINDA DEBAT BİTDİ… – Hansı namizəd qalib oldu? + VİDEO

17 İyun 2019, 12:11
Seçmə
A A
YILDIRIM VƏ İMAMOĞLU ARASINDA DEBAT BİTDİ… – Hansı namizəd qalib oldu? + VİDEO

Hər kəsin böyük maraqla gözlədiyi İstanbul bələdiyyə başqanı seçkisi öncəsi namizədlərin iştirakı ilə keçirilən teledebat yekunlaşıb. Əkrəm İmamoğlu ilə Binali Yıldırım arasında teledebat “Lütfü Kırdar Konqre Mərkəzi”ndə keçirilib.

Aparıcı İsmayıl Küçükkayanın moderatorluğu ilə baş tutan debat tərəflərin bir-birini qarşılıqlı olaraq Atalar Günü münasibətilə təbrik etməsi və hədiyyələr verməsi ilə başlayıb. Ardınca namizədlər İstanbulun həyatı ilə bağlı ayrı-ayrı sahələr üzrə vədlər veriblər.

B.Yıldırım 25 ildir AKP-nin bələdiyyəçiliyinin İstanbula çox şey qatdığını deyib. O, buna örnək olaraq bir çox rəqəmlər səsləndirib və Ə.İmamoğlunun bəzi endirim təkliflərini də onların tərzini qəbul etməsi kimi qiymətləndirib.

Ə.İmamoğlu isə 18 günlük bələdiyyə sədrliyi dönəmində vəd etdiklərini bir-bir yerinə yetirdiklərini bildirib və bir çox layihələrini qarşı tərəfin özünküləşdirməyə çalışdığını deyib. Qarşı tərəfə “25 ildə etdiklərinizi təbii ki edəcəksiniz” deyən İmamoğlu su endirimi, nəqliyyatla bağlı layihələrini səsləndirdikləri zaman qeyri-adekvat reaksiya ilə qarşılaşdıqlarını vurğulayıb. Namizədlər daha sonra nəqliyyat, uşaq və gənclər, şəhərin yaşıllaşdırılması ilə bağlı siyasətlərini açıqlayıblar.

Amma üç saata yaxın davam edən debatla bağlı ekspertlərin mövqeləri qənaətbəxş olmayıb. Musavat.com xəbər verir ki, istər sosial araşdırma şirkətləri, istərsə müstəqil jurnalistlər sosial şəbəkədə yazdıqları statuslarla bu axşamkı müzakirənin hər iki namizədin imicinə müsbət təsir etməyəcəyini bildirib.

Bundan başqa, bu debatın 23 iyun seçkilərinə hər hansı təsir göstərməyəcəyi, moderatorun kontr suallar hazırlamamasının yanlışlıq olduğunu deyənlər də çoxluq təşkil edib. Məşhur qəzetçi Uğur Dündar isə namizədlərə sualları cavablandırmaları üçün ayrılan 3 dəqiqənin yetərsiz olduğunu bildirib.

Son sözlərində Ə.İmamoğlu İstanbulun daha rahat nəfəs alacağı bir şəhər yaratma arzusunda olduğunu deyib və “hər şey çox gözəl olacaq” şüarını bir daha təkrarlayıb.

B.Yıldırım isə bu günə qədər həyata keçirdiyi layihələri xatırladaraq şəhərdəki nəqliyyat probleminə son qoyacağını vəd edib. Hər iki namizəd seçiciləri seçkilərdə aktiv iştirak etməyə çağırıb.

“AzPolitika.info” onu da əlavə edir ki, debat zamanı uzun müddət İmamoğlu 31 mart seçkisində özünüb qalib gəldiyini,  Yıldırım isə ona verilmiş səslərin oğurlandığını sübut etməyə çalışıb. Bu zaman namizədlər səslərin 10 faizi sayldıqdan sonra  aradakı fərqin 29 mindən 13 min 700 -ə ,yoxsa 24 mindən 13 min 700-ə düşdüyü üzərində uzun müddət mənasız mübahisə ediblər.

İmamoğlu fərqin 24 mindən 13 min 700 düşdüyü iddia edərək, sanki 10 min səsin oğurlanmasının əhəmiyyətsiz bir şey olduğunu göstərməyə çalışırdı.

Yıldırım isə fərqin 29 mindən 13 min 700-ə düşdüyündə mənasız şəkildə israr edirək, sanki 15 min səs oğurlanmasaydı, seçkinin təkrarlanmasını istəməycəklərini göstərmək istəyirdi.

Debat zamanı diqqəti çəkən daha bir məqam Ə.İmamoğlunun əvvələr ictimaiyyətin qarşısında dediklərini danması oldu. Məsələn, telekanallardan birində Binali Yıldırımın aparıcı İsmayıl Küçükkaya ilə əlaqə saxlayaraq, əvvəlcədən sualları istədiyini söyləsə də, debat zamanı belə bir ifadə işlətmədiyini iddia etdi. Halbuki, bunu efirdən elan etmiş, Yıldırımın və Küçükkayanın təkzibindən sonra belə israr etmişdi.

Və yaxud Ordu valisini təhqir etdiyini televiziyalar yayımlasa da, hətta müxalifətçi FOX TV-nin aparıcısı Fateh Portakal da İmamoğlunun bu cümlələrini efirə verə bilməyəclərini bəyan etsə də, o özü belə bir ifadə işlətmədiyini söylədi. Ardınca da bunun İstanbul aid olmadığını bildirdi. 

18 günlük bələdiyyə sədrliyi dönəmində kənar adamları İstanbul Bələdiyyəsinə buraxaraq şəhərdəki obyektlərin, o cümlədən  təhlükəsizlik orqanlarının harda yerləşməsini göstərən  sənədlərin kopyalarını çıxartdırmasını hansı məqsədlə həyata keçirdiyini isə izah edə bilmədi. Sənədlərin  ehtiyat variantını hazırlatdığını desə də, Yıldırım bunun da yalan olduğunu söylədi. Bildirdi ki, Bələdiyyədə bütün sənədlərin 2 ehtiyat variantı saxlanılır…

İmamoğlu 75 min tələbəyə təqaüd verəcəyini desə də, Yıldırım məhz CHP-nin tələbi ilə qanunun bələdiyyələrə təqaüd verməyi qadağan etdiyini açıqladı.

Debat zamanı B.Yıldırım İstanbulda həyata keçirəcəyi 4-5  meqa layihəni açıqlasa da, Ə.İmamoğlu çıxışını  yoxsulluqla, israfla mübarizə aparacağına dair populist şüarlar üzərində qurmuşdu.

Moderatorun da debatda namizədlərə daha çox İstanbulda həyata ketəcəkləri işlərlə, layihələrlə bağlı  deyil,  seçki və bütövlükdə Türkiyə ilə əlaqədar suallar ünvanlaması İmamoğlu üçün əlverişli şərait yaratmışdı. Bu üzdən Yıldırım iqtidarın təmsilçisi kimi müdafiə mövqeyində,  İmamoğlu müxalifət nümayəndəsi olaraq ittihamçı  kimi çıxış edirdi.

İmamoğlunun danışıq qabiliyyətinin, debata hazırlığının Yıldırıma nisbətən yüksək olması isə ona üstünlük gətirən məqamlar  idi.  Yıldırımın İstanbulla bağlı ciddi layihələri olsa da, onları lazımı şəkildə təqdim edə bilmədi. Müzakirələrdə vaxtının çoxunu öz proqramını təqdim etmək əvəzinə, rəqibinin söylədiklərini təkzib etməyə sərf etdi,  vaxtı nəzərə almadan sakit tərzdə danışaraq, fikirlərini tamamlaya bilmədi.

İmamoğlu isə ciddi bir lahiyəsi olmadığından bütün gücünü özünün  türklər demiş özünün “mağdur” obrazını yaratmağa yönəltdi.  Natiqlik qabiliyyətindən istifadə edərək, həm qarşı tərəfi ittiham altında buraxmağa, həm də kütləni təsir altına almağa çalışırdı. Ancaq İstanbulla bağlı ciddi bir layihəsi olmadığından, əvvəldən sona kimi  ümumi fikirlər təkrarlamaq məcburiyyətində qaldı…

Buna görə də müstəqil ekspertlər namizədlərdən heç birinin debatda üstünlük saxlaya, müzakirələrdən öz imiclərini yüksəltmək üçün istifadə edə bilmədiklərini düşünürlər.

Burada  moderatorun debat üçün doğru suallar və format seçməməsinin də ciddi rolunun olduğu vurgulanır…

0138ff6b-ee98-44cb-b740-a74677271a82.jpg (79 KB)

Canlı yayına həyat yoldaşları və oğulları ilə birgə qatılan hər iki namizəd aparıcının da təklifi ilə verilişdən sonra ailəcə şəkil çəkdiriblər.

***

61188737_2596261930387005_3759743322074299819_n

Bir həftədən sonra – iyunun 23-də İstanbulda çox kritik və Türkiyədə son zamanların ən maraqla gözlənilən seçkilərindən biri – İstanbul bələdiyyəsi sədrinin seçkiləri keçiriləcək.

Qələbəyə 31 martda olduğu kimi, iki əsas namizəd var – AKP-dən keçmiş baş nazir və parlament sədri Binali Yıldırım, CHP-dən Ekrem İmamoğlu.

Bu iki namizəd arasında günlərdir gözlənilən teledebat bu gün baş tutub. Bakı vaxtı ilə saat 22:00-da başlayan və saatlarla davam edən debatın videoyazısını təqdim edirik.

Əvvəlki yazı

Ağstafada üç nəfər güllələnərək qətlə yetirilib

Sonrakı yazı

Sumqayıtda polis əməliyyatı:aptekdən oğurluq edən şəxs saxlanılıb

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.