06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

F-35-dən ƏLİ ÇIXAN TÜRKİYƏ NATO-dan DA ÇIXACAQMI?- ABŞ-ın Ankaraya hələ də ehtiyacı var – Araşdırma

17 İyun 2019, 00:04
Manşet
A A
F-35-dən ƏLİ ÇIXAN TÜRKİYƏ NATO-dan DA ÇIXACAQMI?- ABŞ-ın Ankaraya hələ də ehtiyacı var – Araşdırma

Yohan Blavinya

Le Figaro (Fransa), 13.06.2019

 

Türkiyənin Qərblə münasibətləri ciddi şəkildə korlanıb. Buna səbəb Şimali Atlantika alyansının sütunlarından biri olan Ankaranın Rusiyanın raket komplekslərini almağı olub. S-400 artıq bu il göndərilməlidir, amma ABŞ bunu NATO-nun təhlükəsizliyi ilə uyuşmaz sayır. Bundan savayı, bu, Rusiyaya Amerikanın yeni, Ankaranın 100 nüsxə almaq  niyyətində olduğu F-35 təyyarələrinin strateji məlumatlarına çıxış verə bilər. Amerikanın bu maşınları Şimali Atlantika alyansının hərbi, o cümlədən raketə qarşı müdafiə sistemləri ilə daim əlaqə saxlamaq üçün hazırlanıb.

Pentaqon ilk dövrdə F-35-in Türkiyəyə tədarükünü dondurub və Ankara bu qərardan imtina etməzsə, hərbi işbirliyi üçün ciddi nəticələrlə hədələyib. Vaşinqton keçən cümə günü mövqeyini sərtləşdirib və Rusiya raketlərindən imtina etmək üçün Türkiyəyə iyulun 31-ədək möhlət verməklə onun qarşısına ultimatum qoyub. Ankara bu vaxta qədər bunu etməsə, onda indiki anda ABŞ-da F-35-i idarə etməyi öyrənən pilotları ölkədən çıxarılacaq. F-35-in istehsalı ilə məşğul olan beynəlxalq konsorsiumun türk personalı əvəzlənəcək, Türkiyə müəssisələrinin iştirakı isə ləğv olunur. Pentaqon başçısının müavini Ellen Lord qeyd edib – konsorsiumun indi Amerika torpağında yerləşən binası Türkiyə HHQ təmsilçiləri üçün əlçatmaz olacaq, Türkiyənin artıq əldə etdiyi, hazırda Amerika ərazisində olan dörd maşın isə göndərilməyəcək.

 

Türkiyə Rusiyaya yaxınlaşır…

 

ABŞ tərəfdən xəbərdarlığa baxmayaraq, Türkiyə rəsmiləri və birinci növbədə prezident Rəcəb Tayib Ərdoğan Rusiya raketlərini almaqdan geri çəkilmirlər.

“Mən demirəm ki, Türkiyə S-400 raket komplekslərini alar, mən deyirəm ki, Türkiyə onu alıb, – o deyib. – Biz saziş bağlamışıq. İnşallah, artıq növbəti ayda kompleksləri ölkəmizə göndərəcəklər”.

Türkiyə müdafiə naziri Hulusi Akar cümə axşamı amerikalı həmkarı Patrik Şenahenlə söhbətdə Amerikanın ultimatumunu “yersiz” və “müttəfiqlik ruhu”na zidd adlandırıb. Türkiyə liderinin mətbuat katibi İbrahim Kalın öz növbəsində ABŞ-ın ultimatumu haqda qəzəbini ifadə edərək vurğulayıb ki, bu mövzuda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla danışıb. O bildirib: “(Ultimatumlu) məktubun praktik olaraq göndərildiyi anda sızması yetərincə qeyri-ciddi münasibətdən xəbər verir”. Əlavə edib ki, Türkiyə buna “uyğun şəkildə” cavab verəcək. Cümə axşamı “Türkiyəyə heç kimin ultimatum irəli sürə bilməyəcəyini” bildirən Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu da bu səs xoruna qoşulub.

Vaşinqton Ankaranın Amerikanın “Patriot” kompleksini alacağına ümid edirdi, amma Türkiyə lideri qərara gəlib ki, Rusiya daha yaxşı şərtlər, xüsusən də daha səmərəli qiymət və istehsalda tərəfdaşlıq təklif edib. O deyib: “Bu, hücum deyil, müdafiə silahıdır. Nədir, ölkəmizin qorunması üçün gərəkli tədbirlər görməyəcəyik?”

O, əlavə edib: “Biz Amerikadan belə müdafiə kompleksləri xahiş etmişik? Bəli, etmişik. Biz onu göndərib? Xeyr, bunu etməyib”.

 

… amma ABŞ-dan üz də döndərmir

 

Hər necə olsa da, Ərdoğan hələlik S-400 alqısının ifadə etdiyi qırmızı cızığı tam keçməyə cürət etmir. Şimali Atlantika alyansı Türkiyə müdafiəsinin sütunudur və şübhəsiz, ən yaxın illərdə belə də olacaq, çünki Rusiya ABŞ və NATO-nun verdiyi təhlükəsizlik zəmanətini verə bilməz. Türkiyə liderinin mətbuat katibi Ankara-Vaşinqton  danışıqlarının sürdüyünü qeyd edib və ABŞ-ı ikitərəfli münasibətlərə ziyan vurmamaq üçün belə mövqedən əl çəkməyə çağırıb.

Mövlud Çavuşoğlu öz növbəsində fikir ayrılıqlarını tənzimləmək üçün Türkiyənin “birgə işçi qrup” yaratmaq səyini vurğulayıb. Onun sözlərinə görə, prezident Donald Tramp layihəni dəstəkləyib, amma “Amerikanın bəzi idarələrinin” əks-fəaliyyəti ilə üzləşib.

Rəcəb Tayib Ərdoğan da çərşənbə günü ümidini ifadə edib ki, 28-29 iyunda Donald Trampla keçirilməli olan görüşə qədər Ankaranı F-35 proqramından çıxartmamağa Vaşinqtonu inandırmağı baş tutar. Prezident “F-35 proqramından hər cür rasional əsas və legitimlikdən məhrum olan çıxdaşın qabağını almaq üçün istənilən həlli axtarmağa hazır olduğunu” xüsusi qeyd edib. O vurğulayıb ki, ölkəsi, sadəcə, müştəri deyil, təyyarə istehsalı proqramında tərəfdaşdır: “Biz artıq 1,25 milyard dollar ödəmişik”.

Türkiyə Şimali Atlantika alyansında qalarmı? Ankara və Moskvanın Türkiyə və Rusiyaya Qərb dövlətlərinin birinci növbədə Yaxın Şərqdə nüfuzu üçün əks-tarazlıq qurmaq imkanı verən yaxınlaşmasından sonra məhz bu sual durur. İstənilən halda, ən yaxın vaxtlarda Ankaranın çıxacağını gözləmək lazım gəlmir. NATO-ya üzvlük ona Avropa qitəsi ilə əlaqələri saxlamaq imkanı verir. Amerikalılara gəlincə, bölgədə xüsusən də İŞİD-ə qarşı əməliyyat aparmaq üçün indiyədək Türkiyə bazalarına ehtiyacları var. Bundan başqa, İranla qarşıdurma üçün Türkiyə onlara lazımdır.

Tərcümə Strateq.az-ındır.

Əvvəlki yazı

Pənah Hüseyn Surət Hüseynova “od püskürdü” – “… Qələt eləyir, başını…”

Sonrakı yazı

İsmət Abbasov və oğlunun xaricdəki milyonluq şirkətləri… (FOTOFAKT)

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.