24-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Müxalifətinin son şansı – 2020-ci il…

13 Aprel 2018, 09:41
Seçmə
A A
Müxalifətinin son şansı – 2020-ci il…

Əli Əliyev: “2 yolumuz var…”

11 apreldən sonra ölkə müxalifətinin uzunmüddətli böhran yaşayacağı əvvəlcədən məlum idi. Belə ki, keçirilən prezident seçkilərində qalib gələcək şəxsin prezidentlik müddəti 7 il olacaqdı. Azərbaycanda növbəti prezident seçkiləri 2025-ci ildə keçiriləcək.

Bütün bunları bilə-bilə ölkə müxalifəti ya özünü proseslərdən kənarda qoyaraq boykot yolunu tutdu, ya da proseslərdə aktiv iştirak edə bilmədi. Nəticədə daha bir tarixi şansı qaçıraraq gözlərini 7 il sonraya dikdi. Demokratik düşərgənin şanslarının tamam itdiyini demək də olmaz. Çünki 2020-ci ildə Azərbaycanda parlament seçkiləri olacaq. Ölkə müxalifətinin prezident seçkilərindən daha çox qanunverici orqanın seçkilərinə diqqət ayırdığının zaman-zaman şahidi olmuşuq. Təsadüfi deyil ki, müxalif camiə yalnız bir dəfə Milli Məclisə keçirilən seçkiləri boykot edib, o da 2015-ci ildə. Yəni 125 yer olduğu üçün müxalifətin say etibarilə azlıq təşkilat etsələr də, parlamentdə təmsil olunmaq istəkləri daim mövcuddur. Bu baxımdan iki il sonrakı seçkilərdə demokratik düşərgənin indidən iştirak ehtimalları yüksək görünür. Necə bir nəticə qazanacaqlarını isə, indidən proqnozlaşdırmaq çətindir. Çünki həmin seçkilərə 2 il yarım qalır ki, bu müddətdə bir çox şeylər dəyişə də bilər.

VİP sədri Əli Əliyev ümidsiz deyil. O, hesab edir ki, hər an müxalifətin iqtidarı üstələmək perspektivləri yarana bilər:“Müxalifətin böhranı obyektiv proseslərlə bağlı olmadığı üçün proseslərin həllini də obyektiv müstəvidə axtarmaq bizi yanlışa yönəldər. Azərbaycanda siyasi inkişafın qarşısına sədd çəkilib. Hakimiyyət partiyası YAP, daha çox təkpartiyalı sistemə bənzər siyasi düzən formalaşdırıb. Çoxpartiyalılıq yalnız formal mahiyyət daşıyır. Hakimiyyət əsas rəqiblərini fəaliyyət sərbəstliyindən, maliyyə imkanlarından, kommunikasiya vasitələrindən, texniki infrastrukturdan məhrum etdiyindən müxalifət daha çox dissidentliklə məşğuldur. Ölkəmiz siyasi məhbus sayına görə dünyanın ”aparıcı” dövlətlərindəndir. Belə şəraitdə yox olmamaq, hakimiyyəti rahatsız şəkildə tonusda saxlamağın özü müxalifətimizin aktivinə yazılacaq faktdır. Belə şərait tək bizdə deyil.

VİP sədri Əli Əliyev ile ilgili görsel sonucu

Yəni müxalifətin böhranı, olmaması, qeyri-leqal mövcudluğu avtoritar cəmiyyətlər üçün xarakterik terminlərdir. Şimali Koreyada müxalifət heç yoxdur. Misirdə prezident seçkilərini bir neçə il əvvəl aparmış “Müsəlman qardaşları” builki seçkilərdə heç görsənmədilər, bir neçə ilə “əridilər”. Bütün təhdidlərə rəğmən Azərbaycanda müxalifəti böhranlı qiymətləndirirsinizsə, deməli, hələlik hər iş pis deyil. Bu sırada müxalifətin görməli olan işlərini də demək gərəkdir. Müxalifətin pərakəndəliyi hakimiyyətin əlini gücləndirən faktordur. Prezident seçkilərində dağınıqlıq müxalifətin müqavimət potensialını zəiflədən hal idi. Təəssüf ki, prezident seçkiləri ötdü. Bundan sonrakı mərhələ düzgün qiymətləndirilməlidir. Fikrimcə, parlament seçkiləri təşkilatlanmaq üçün zəmin yaradır. Müxalifətdaxili anlaşmaya nail olunmalıdır. Məndə olan məlumata görə, hakimiyyətin ən çox narahat olduğu iş məhz müxalifətin inteqrasiyasıdır. Bir halda ki, rəqib bundan çəkinir, deməli, zəifdir. Bundan istifadə etməyi bacarmalıyıq”.

Partiya sədri prezident seçkiləri kimi parlament seçkilərinin də önə çəkilə biləcəyini istisna etmir: “Fikrimcə, parlament seçkiləri də önə çəkilə bilər, seçkilərin 2020-ci ilə qalacağına inamım azdır. Bütün məsələlər hakimiyyət daxilindəki proseslərlə bağlı olacaq. Əgər seçki o vaxta qalsa, mənə görə rəqabət iqtidar-müxalifət müstəvisində deyil, əsasən iqtidardaxili qruplararasında gedəcək. Təbii ki, bu günkü müxalif partiyalar da prosesdə olacaqlar, lakin çətir iqtidar qruplarının olacaq. Düşünürəm ki, maraqlı proseslər ərəfəsindəyik. 2 yolumuz var- ya hər iş donmuş vəziyyətdə saxlanılacaq və xarici faktorların təsirini gözləyəcəyik, ya da islahatlar aparıb özümüz millət kimi vəziyyətdən çıxmağa çalışacağıq. Prezident seçkiləri də daxil olmaqla, bu günə qədər hakimiyyətdəki mühafizəkar qanad islahatları tormozlaya, nüfuz çevrəsini qoruya bilir. Nə vaxta qədər gücləri çatacaq, söyləyə bilmirəm. Hər iş prezidentin iradəsindən asılı olacaq. Bir söz demək çətindir. Katalizator rolunu gərginləşən dünya-Rusiya münasibətləri oynaya bilər. Gərginlik maksimum həddədir. Azərbaycandan mövqe istəniləcək, hətta tələb həddinə də çata bilər. Balanslı siyasət erası sona yetməkdədir. Bu fonda beynəlxalq mahiyyəti də daşıyan iqtidar qrupları toqquşmaqda davam edəcək. Seçkidən sonra bu proses yeni yön alacaq. Hətta elə gedişat ola bilər ki, müxalifətin çəkisi və perspektivi iqtidarı da üstələyə bilər. Bu səbəbdən 1 ay gözləmək lazımdır. Prezidentlik müddətini yeniləmiş prezident İlham Əliyevin andiçmədən sonra ilk addımlarını gözləmək lazımdır. Siyasi həyatımızın axarı bu addımlardan, üstəgəl, beynəlxalq amillərin necəliyindən asılıdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Əvvəlki yazı

Jirinovskidən “möhtəşəm” təklif: Yaza bilmirlər, həbs edək

Sonrakı yazı

Sabiq MTN polkovnikinə hökm oxundu- hakimə təşəkkür etdi

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.