09-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

GENERALIN BACANAĞI MƏHKƏMƏ ZALINDA HƏBS OLUNDU – Təfərrüat

14 İyun 2019, 12:54
Uncategorized
A A
GENERALIN BACANAĞI MƏHKƏMƏ ZALINDA HƏBS OLUNDU – Təfərrüat

Ləğv edilən nazirliyin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin sabiq rəisi Sübahir Qurbanovun qohumlarının həbsi davam edir. Sübahir Qurbanovun bacanağı Müsənnif Talıbov Bakı Ağır Cinayətlər Məhkəməsində proses zalında qandallanıb.

O, Cinayət Məcəlləsinin 178-ci – dələduzluq maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib. Generalın başqa bir qohumu – qaynı Elçin Qurbanov da bir müddət öncə eyni ittihamla 4 il 6 azadlıqdan məhrum edilmişdi. E.Qurbanov Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi, dəftərxana müdiri işləyərkən dələduzluq etməkdə suçlu bilinib. M.Talıbovun oğlu Fərid Talıbov haqqında da dələduzluq suçlaması ilə cinayət işi olub. Həmin cinayət işi ayrıca icraata götürülüb. Hər 3 iş üzrə zərərçəkən qismində tanınan Amid Hüseynovdur.

Sübahir Qurbanov ile ilgili görsel sonucu

Sübahir Qurbanov

Elçin Qurbanovun epizodunda söhbət Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə 7 il azadlıqdan məhrum edilmiş Qulu Hüseynovun həbsdən buraxılmasından gedir. Bu qəza 2012-ci il iyunun 1-də baş verib. Həmin gün səhər Bakı-Qazax yolunun 145-ci kilometrliyində, Qarasu kəndinin ərazisində Bakı şəhər sakinləri, 1959-cu il təvəllüdlü Qulu Məhərrəm oğlu Hüseynovun idarə etdiyi “Mercedes-Benz” markalı, Az 90 HJ 898 dövlət qeydiyyat nişanlı avtomobillə 1977-ci il təvəllüdlü Zamir Zakir oğlu Hüseynovun idarə etdiyi “VAZ-2106″ markalı, Az 10 XN 665 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Qəza nəticəsində ”VAZ-2106″ markalı avtomobildə olan sərnişinlər, Bakı şəhər sakinləri, 2006-cı il təvəllüdlü Zakir Zamir oğlu Hüseynov və 1956-cı il təvəllüdlü Zəminə Ağababa qızı Hüseynova hadisə yerində ölüblər, 1983-cü il təvəllüdlü Şəhla Vaqif qızı Həmənova, “Mercedes-Benz” markalı avtomobildə olan sərnişin, 1956-cı il təvəllüdlü  Gülüzə Həşrəf qızı Hüseynova ağır xəsarət alıblar. Qəza “Mersedes” sürücüsünün günahı üzündən baş verib. Cinayət işinin materiallarında yazılıb ki, o dövrdə  Elçin Qurbanovla Qulu Hüseynovun oğlu Amid Hüseynov Türkiyədə tanış olub. Qulu Hüseynovun azadlığa çıxması məsələsindən söhbət düşəndə Elçin Qurbanov deyib ki, tanışları var, əfv siyahısına salınmasına kömək edə bilər. Amid Hüseynovun iddiasına görə, o, Elçin Qurbanovun prokurorluqda işləməsini nəzərə alıb, onun bu işi görə biləcəyini düşünüb və atasını həbsdən buraxdırmaqdan ötrü 10 min dollar pul verib. Ancaq üstündən uzun müddət keçsə də, nə pulu geri qayıdıb, nə də atası buraxılıb. Elçin Qurbanov isə deyib ki, bu deyilənlər yalandır, qarşı tərəfin ona qərəzi var, bu səbəbdən haqqında həqiqətə uyğun olmayan ifadələr verir. Onun sözlərinə görə, Amid Hüseynov Əfv Komissiyasına atası ilə bağlı ərizə yazmaq üçün kömək istəyib. O da bacardığını eləyib, ərizə yazıb. Sabiq prokurorluq əməkdaşı bildirir ki, bu köməyin müqabilində heç kimdən pul almayıb. E.Qurbanov 2015-2016-cı illərdə bir neçə dəfə 6 saylı cəzaçəkmə müəssisəsinə gedib, orada Q.Hüseynovla görüşüb. Özü də bunu təsdiqləyib. Məhkumun oğlu prokurorluq əməkdaşına etibarnamə də verib. E.Qurbanov isə deyib ki, etibarnamə hər ehtimala qarşı verilmişdi ki, əfvlə bağlı ortaya çıxa biləcək hər hansı məsələləri özü həll eləsin.

E.Qurbanov 2018-ci il fevralın 21-də vəzifəsindən azad edilib. Bu işin istintaqı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb.

Müsənnif Talıbov epizodunda isə Amid Hüseynov deyib ki, ona da pulu öncə atasının əfv siyahısına salınmasına görə, bu iş düzəlməyəndə isə ona məxsus torpağın sənədlərini qaydaya salmaq adı ilə verib. İddia edib ki, M.Talıbova 30 min manat pul verilib.

Ancaq M.Talıbov ittihamı qəbul etmir. Təsdiqləyir ki, A.Hüseynov torpaq sahəsi ilə bağlı sənədlərin qaydasına salınmasından ötrü 6 min manat pul verib. Lakin Türkiyəyə gedəndə gəlib bu pulun 500-nü götürüb, 5 min 500 dolları qalıb: “İş düzəlmədi və mən ona dedim ki, gəlib pulunu götürər. Bir qədər keçəndən sonra Amidin atası qəza törətdi. O, məndən atasına yardım etməyimi istədi. Onun xəstəxana xərclərinə Amidin məndə olan 5 min 500 dollarından da artıq pul xərclədim”.

Generalın qohumları zərərçəkmiş A.Hüseynovun onların əleyhinə ifadələrini onun qərəzli olması ilə izah edirlər.

Əvvəlki yazı

8553 müəllim işə götürülüb, 300 məktəbə yeni direktor təyin edilib – Nazirlik

Sonrakı yazı

“Dövlət büdcəsinin icrası haqqında” qanun qəbul edildi –Gəlir və xərclər təsdiqləndi

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29
Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

09 Sentyabr 2025, 13:27
“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

09 Sentyabr 2025, 13:24
Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

09 Sentyabr 2025, 13:21
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

09 Sentyabr 2025, 13:20
Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

09 Sentyabr 2025, 13:18
Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

08 Sentyabr 2025, 17:31
Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

08 Sentyabr 2025, 17:29
TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

08 Sentyabr 2025, 17:26
Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.