Gəncədə intihar faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, 40-45 yaşlarında Eliş deyə çağırılan şəhər sakini intihar edib.
Hadisə şəhərin Yeni Gəncədə yaşayış massivindəki parkda qeydə alınıb. Belə ki, mərhumun meyiti həmin parkda asılmış vəziyyətdə tapılıb.
Faktla bağlı şəhər Prokurorluğunda araşdırma aparılır. İntihar edən şəxsin kimliyi dəqiqləşdirilir.