08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İkihakimiyyətlilk, baş oliqarxın gizli zərfi, prezidenti öldürmək istəyən dağıstanlılar…

11 İyun 2019, 23:10
Siyasət
A A
İkihakimiyyətlilk, baş oliqarxın gizli zərfi, prezidenti öldürmək istəyən dağıstanlılar…

Moldovada siyasi böhran getdikcə dərinləşir, eyni zamanda Moskva bu keçmiş sovet respublikasında baş verənlərə daha açıq müdaxilə etməyə başlayır.

Virtualaz.org xəbər verir ki, Moldovada hər biri öz legitimliyini elan etmiş iki rəqib hökumət iyunun 10-da ayrı-ayrı iclaslar keçirib.

Rusiya bu iki hökumətdən birinin -moskvayönlü Sosialist Partiyasının avropayönlü ACUM bloku ilə koalsiyasını dəstəklədiyini bildirir. Ölkənin Konstitusiya Məhkəməsi iyunun 9-da sosialistlərin keçmiş başçısı, moskvayönlü Igor Dodonun prezidentliyi ləğv edib. Baş nazir Pavel Filip keçid prezdenti olub və dərhal da parlamenti buraxaraq sentyabr ayına növbədənkənar parlament seçkisi çağırıb.

Konstitusiya Məhkəməsinin bu barədə qərar çıxarmasına sosialistlərin və avropayönlü ACUM blokunun gözlənilmədən müttəfiqlik elan etməsi və Filipin hakim Demokratik partiyasının hökumətinə son qoymaq niyyətini elan etməsi olub.Demokratik partiyaya ziddiyyətli maqnat Vladimir Plaxotnyuk rəhbərlik edir.

Konstitusiya Məhkəməsi fevral ayında keçirilmiş parlament seçkisi aydın nəticə verməyəndə və qərarsız bir parlament yaranandıqdan sonra iyunun 7-də parlamentin buraxılması barədə qərar qəbul etmişdi.

Lakin iyunun 8-də parlamentdə keçirilən fövqəladə sessiyada Dodonun Sosialist Partiyasının və ACUM kimi tanınan avropameylli blokun liderləri yeni alyans yaratdıqlarını elan ediblər.

Bu alyans Konstitusiya Məhkəməsini Konstitusiyanı təhrif etməkdə və bundan əvvəlki seçkinin nəticələrini qanunda nəzərdə tutulduğu kimi üç aydan sonra yox, 90 gündən sonra ləğv etməkdə günahlandırıb. irlikdə parlamentdəki 101 yerdən 61-nə nəzarət edən yeni alyans Maia Sandunun başçılığı altında yeni hökumətin təşkili barədə qərar qəbul edib. Sandu ACUM liderlərindən biridir.

Lakin Məhkəmə bu razılaşmanı nəzərə almayıb, Dodonun prezidentliyini ləğv edib və Filipi keçid prezidenti adlandırıb. Filip növbədənkənar seçkinin sentyabrın 6-da keçiriləcəyini deyib və bildirib ki, Dodon parlamanentin buraxılması barədə qərarı imzalamaqdan imtina etdiyinə görə vəzifəsindən uzaqlaşdırılıb.Moldovanın separatçı Dnestryanı bölgəsində hələ də 1000-dək qoşun saxlayan Rusiyanın Xarici İşlər Nazirliyi iyunun 10-da “yeni hökumət koalisiyasını” dəstəklədiyini bildirib.

Halbuki ABŞ, Avropa İttifaqı və NATO hər iki tərəfi təmkinə çağırmışdı. Qonşu Rumıniyanın prezidenti Klaus Iohannis də “bütün siyasi qüvvələri məsuliyyətli dialoqa” çağırıb. Bununla belə Rumıniyanın xarici işlər naziri Teodor Meleskanu iyunun 10-da deyib ki, böhranın çözümü üçün yeganə yol Moldovada təkrar seçkinin keçirilməsidir.

Bununla da Buxarest Moldovada yaranmış yeni alyansı dəstəkləmədiyinə işarə edib.Filipin nazirləri iyunun 10-da hökumət binasına toplaşıblar və bina polis və hakim partiyanın ayrı-ayrı rayonlardan avtobuslarda gətirdiyi 10 min tərəfdarı tərəfindən dövrəyə alınıb.

Yeni alyanssın rəhbəri xanım Sandu deyib ki, bu siyasi böhran oliqarx Plaxotnyuk bütün dövlət strukturlarındakı monopoliyasını dayandıranadək davam edəcək.

Moldova 1991-ci ildə müstəqillik əldə edəndən bəri siyasi sabitsizlik və korrupsiya yaşayır. Yüz minlərlə moldovan imkansızlıqdan mühacirətə üz tutub.

Siyasi sabitsizliyin daha da artmasına səbəb 2014-cü ildə ölkənin bank sistemindən 1 milyard dolların yoxa çıxması olub. O vaxt bəzi siyasi qüvvələr bu hadisənin araşdırılması üçün Ləyaqət və Həqiqət Platformasını elan etmişdilər.Bu platforma hazırda rəsmi hökumətə qarşı çıxan ACUM blokuna daxildir.Təşkilat bu qənaətdədir ki, bu pulun yoxa çıxmasında oliqarx Plaxotnyukun birbaşa iştirakı olub.

Son məlumatlara görə hakim partiyanın tərəfdarları nazirlik və hökumət binalarının qarşında çadır qurublar. Onlar prezident Dodonu “satqın” adlandırıblar və deyiblər ki, Dodonun “beynəlxalq birliyi” Moldovodakı böhrana müdaxiləyə çağırması əslində Moskvaya edilən çağırışdır. İqor Dodon Rusiya tərəfindən maliyyələşdirilir və idarə olunur.

Bu arada Rusiya baş nazirinin müavini Dmitri Kozak bildirib ki, Demokratik partiyanın lideri Plaxotnyuk iyunun 3-də ona bağlı zərf verib. Həmin zərfdə oliqarx Moskva ilə gizli sövdələşmə və ölkənin xarici siyasət kursunun tamamilə Rusiyaya tərəf çevrilməsi, habelə Dnestryanı probleminin Moldovanın federallaşması yolu ilə həlli barədə təklif var idi.

Kozak “Kommersant”a müsahibəsində deyib: “Məktubun məzmunu ilə tanış olanda biz təəcüblə öyrəndik ki, açıq-aşkar anti-Rusiya mövqeyind olan Demokratik partiya Moldovanın xarici siyasət kursunun radikal şəkildə dəyişməsini və Rusiyaya oriyentasiyanı, Dnestryanı probleminin Moldovanın federallaşması yolu ilə həllini təklif edir. Biz Sosialistlər partiyasına və prezident Dodona  çatdırdıq ki, heç kimlə gizli sövdələşməyə getməsinlər, oliqarx Plaxotnyukun və digər qüvvələrin təklifinə məhəl qoymasınlar…”

Prezident Dodon isə bu gün bildirib ki, Demokratik partiya onun fiziki məhvini planlaşdırır. Dodonun sözlərinə görə, bu işi “Odessa qruplaşması” vasitəsi ilə dağıstanlılara sifariş ediblər. “Bax Demokratik partiya belə işləyir…”,-Dodon bildirib.

Əvvəlki yazı

“Turan TV”nin əməkdaşı Almaniyadan deportasiya olunub

Sonrakı yazı

“New York Times” qəzetinin müxbiri İranda “işsiz qalıb” –Onun tanınmış fotoqraf olan arvadının fəaliyyətinə də qadağa qoyulub

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.