04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

NAZARBAYEVDƏN TOKAYEVƏ QALAN AĞIR MİRAS:müzəffər qələbə günündə 500 həbs, yaralılar, həlak olan… – Təhlil

11 İyun 2019, 14:11
Manşet
A A
NAZARBAYEVDƏN TOKAYEVƏ QALAN AĞIR MİRAS:müzəffər qələbə günündə 500 həbs, yaralılar, həlak olan… – Təhlil

İrina Corbenadze

rosbalt.ru, 10.06.2019

 

Tokayev Qazaxıstanda seçkilərdə qalib gəlib. Bu, Rusiya və AİB üçün pis deyil, amma respublikanın özündə əhalinin müxtəlif zümrələri tərəfindən birmənalı qavranılmır. İndi əsas sual budur ki, Tokayev Elbasının mirasını necə işlədəcək.

Ötən bazar günü Qazaxıstanda nəticəsi heç kimi təəccübləndirməyən erkən prezident seçkiləri olub. Çünki öz istəyi ilə istefa vermiş, amma QR-də gerçək birinci şəxs kimi qalmaqda olan qüdrətli Nursultan Nazarbayev dövlətin yeni başçısı Qasım-Jomart Tokayevin namizədliyinə fəal lobbilik edib.

Tokayevin altı “rəqibi” var idi, amma daha çox görüntü, “düzgün yarış” illüziyası yaratmaq üçün idi. Lakin yeganə qadın – sağ-liberal “Ak jol” (İşıqlı yol) partiyasnın lideri Daniya Espayeva daxil omaqla yarışa girənlərdən heç biri seçkilərə hazırlaşmağa macal tapmayan “barışmaz” müxalifəti təmsil etməyib. Bir də güman etmirəm ki, hakimiyyət onu seçkilərə buraxardı – hər halda, hakimiyyətə qarşı radikal etirazçı elektorat belə fikrə tərəfdardır.

Beləliklə, Tokayev səslərin 70,76%-i alıb. “Ult tağdırı” (Millətin taleyi) milli-vətənsevər hərəkatdan Əmirjan Kosanov 16,02%-lə ikinci yerdədir. Sonra Daniya Espayeva – 5,2%; Toleutay Rəhimbəyov – 3,2%; Amangeldı Taspihov – 2,07%; Jambıl Əhmədbəyov – 1,82%; Sadıbəy Tugel – 0,92% gəlirlər.

10 min seçki məntəqəsində, o cümlədən 65 xarici seçki məntəqəsində keçirilən seçkiləri kimin “monitor” etdiyi haqda bir neçə kəlmə. Qazaxıstanın öz müşahidəçilərindən savayı respublikaya “şahidlər”in MDB, KTMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı və s.-dən prosesə uyğun tam bir desantı çıxarılıb. Hüquq-mühafizə qurumlarının 19 mindən yuxarı işçisi seçkilərdə asayişi təmin edib. Bu “səylərdən” aşağıda danışılacaq. Seçkilərdə Qazaxıstan jurnalistlərindən başqa dünyanın 40 ölkəsindən 227 xarici jurnalısit qeydə alınıb.

Qazaxıstan konstitusiya qanunu ilə nəzərdə tutulmuş elektron səsvermə sistemini bu dəfə ləğv edib. Respublikanın Mərkəzi Seçki Komissiyasında bunu belə sistemin seçicilər arasında populyarlığının olmadığı ilə izah ediblər. Bundan başqa, o, siyasi partiyalar tərəfindən tez-tez tənqidə düçar olub. Habelə qeyd edək ki, Qazaxıstanda seçici həddi yoxdur və hətta səs hüququ olan vətəndaşların 1%-i – belələri isə burada 12 milyona yaxın adamdır – seçkilərə gəlsə, seçkilər baş tutmuş sayılacaq. Yeri gəlmişkən, gəliş bu dəfə 77,4% təşkil edib. Bu, yüksək göstəricidir, amma bununla yanaşı, “nəzakət” gözlənilib, axı 2015-ci ildə Nazarbayev seçilərkən, bu, rəsmi məlumatlara görə, 95,11% olub.

Seçkilər nəyi sərgiləyib və ən yaxın və ortamqüddətli perspektivdə Qazaxıstanı nələr gözləyir? Birincisi, bu prosesin erkənliyi (axı seçkilər 2020-ci ildə olmalıydı) xəbər verir ki, Nazarbayev idarəçiliyin  gerçək rıçaqlarını mümkün qədər özündə saxlamaq və bunun gələcəkdə ailəsinə qalması üçün maksimum səylər göstərməklə hakimiyyət  tranzitini özü izləmək istəyib. Əslində, Tokayev qısamüddətli prezident olarsa və Elbasının etdiyi kimi “birdən” istefa verərsə, bunda təəccüblü heç nə olmayacaq və o zaman prezident postuna onun böyük qızı – Senatın spikerinə qədər “böyümüş”- prezidentə nəzarət üçün çox əlverişli mövqedir – Dariqa seçiləcək. Hadisələrin belə inkişafını seçicilərin necə qəbul edəcəyi başqa məsələdir, bir də məsələ təkcə “gender” deyilən problemdə deyil, bu xanımın səriştəlilik səviyyəsində və Nazarbayevlər ailəsi idarəçiliyinin sonsuzluğundadır.

Amma Tokayevə qayıdaq. Yada salaq ki, o, prezident təyin ediləndən sonra ilk xarici səfərini (apreldə) Rusiyaya edib. Bu, xarici siyasətdə çoxvektorluluğu saxlamaqla RF-nin burada proritet statusa malik olduğunun xeyrinə danışır – həm təhlükəsizliyin təmini, həm də iqtisadi əlaqələr baxımından. Hakim “Nur Otan” partiyasının sədr müavini Maulen Aşimbayev də bunu təsdiq edib. O deyib: “Rusiyaya münasibətdə Tokayevin mövqeyi aydındır – bu ölkə Qazaxıstanın əsas tərəfdaşı və müttəfiqidir”. Lakin siyasətçi Çinlə, Mərkəzi Asiya üzrə qonşularla və Avropa ölkələrilə ticari-iqtisadi, yatırım, mədəni və humanitar münasibətləri möhkəmləndirməyin gərəkdiyini də qeyd edib. Yeri gəlmişkən, qeyd edək ki, Qazaxıstanda 10 mindən çox müəssisə Rusiya kapitalının iştirakı ilə işləyir. İki ölkənin ümumi sərhədinin uzunluğu isə 7,5 min kilometrdir.

Habelə düşünmək olar ki, Qazaxıstan Avrasiya inteqrasiyasını dərinləşdirmək kursunu sürdürəcək. Amma Tokayev yenə də Nazarbayev deyil – siyasi həssaslığı, təcrübəsi və müxtəlif, bir-birinə çox vaxt antaqonist güc mərkəzləri arasında manevr etmək bacarığı ilə. O isə nə çox, nə də az – Rusiya, ABŞ, Çin, Avropa Birliyi, Asiya və Yaxın Şərq dövlətləri kimi “vəhşi buğalar”ın arasında “silkələnib sıxlaşmalı” olacaq.

Onda daxili siyasətdə də asan olmayacaq: Qazaxıstanda antirusiya və antiçin əhvali-ruhiyyəsi güclənir. Bundan savayı, bəzi güclər idarəçiliyin parlament formasına keçməyi, habelə respublikanın AB-yə girməyini tələb edirlər. Və bütün bunlar bölgə üzrə qonşulardan daha yaxşı olsa da, heç də əlverişli olmayan sosial-iqtisadi fonda baş verir.

Demək yetər ki, Qazaxıstanın kəsirli büdcəsi əsasən xammal resursları, ən çox neftin hesabına formalaşır, xarici borc isə durmadan artır. Prezidentliyə namizədlərin, demək olar, hamısı korrupsiya və sosial ədalətsizliklə mübarizənin gərəkdiyindən danışıb – onlar, əslində, xarici siyasətdə nəyə üstünlük verdiyindən asılı olmayaraq Qazaxıstan əhalisinin böyük bölümünün ümid və arzusunu səsləndirib. Əslində, hakimiyyət ölkənin qarşısında duran çağırışlardan çox gözəl xəbərdardır. Xarici işlər nazirinin müavini Roman Vasilenko səsverməyə bir gün qalmış xarici jurnalistlərə bundan danışıb: O, “iqtisadiyyatı şaxələndirmək, iqtisadi artımı saxlamaq, yaşayışın kefiyyətini yaxşılaşdırmağı” sadalayıb. Xarici siyasətdə çoxyönlülük xəttinin davamından da danışaraq “qonşularla qarşılıqlı sərfəli münasibətləri yoluna qoymağı” özəl ayırıb.

Ümumiyyətlə, Nazarbayevin ağır “mirası” Tokayevə çatıb və məsələ onun bunun qeydinə necə qalacağındadır – ümumiyyətlə, ona müstəqillik hüququ verərlərsə. Bu da şübhəlidir. Və hələ: seçkiqabağı dövr asayiş pozulmadan keçsə də, “sakit” Qazaxıstanda hər şey elə də sakit deyil. Seçkisonrası dövrə gəlincə, respublikanın baş prokurorluğu xəbərdarlıq edib: sosial şəbəkələrdə qazaxıstanlıların çağırıldığı heç bir sanksiyasız mitinq ola bilməz.

Buna baxmayaraq, adamlar seçki günü Nur-Sultanda və Alma-Atada yenə də küçələrə çıxıblar – paqonlular tam 500 adamı həbs ediblər.  Respublika DİN-in məlumatına görə,  paytaxtda işlək yolu kəsmək və nəqliyyat tıxacı yaratmaq cəhdinin qabağı alınıb. DİN habelə polisin fəaliyyəti nəticəsində ziyan çəkənlərin və hətta bir nəfərin həlak olduğu haqda “şayiələri” təkzib edib. Güc qurumu məlumatlandırır – əksinə, üç polis zədə alıb: mitinqçilər onlara daş, əllərinə keçəni atıb və hətta “istiotlu balon” işlədiblər.

Bax, Tokayev üçün daha bir çağırış – tam “müzəffər” qələbə günündə.

Tərcümə Strateq.az-ındır.

Əvvəlki yazı

Zaqatala sakinlərində narkotik aşkarlandı

Sonrakı yazı

Paşinyanın hökuməti Dağlıq Qarabağdakı qondarma rejimin pulunu kəsdi

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.