02-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Nazirliyin yeni cəza mexanizmləri – Ortada böyük korrupsiya var

06 İyun 2019, 11:29
Cəmiyyət
A A
Nazirliyin yeni cəza mexanizmləri – Ortada böyük korrupsiya var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətindən ciddi narazılıqlar var.

Qurumun işində yeniliklər müşahidə olunsa da, həlli vacib problemlər qalır. Xüsusilə də əlillik dərəcələrinin verilməsində ciddi problemlər var. İndiki rəhbərlik əvvəlki nazirin dövründən qalan problemləri inzibati qaydada həll etməyə çalışır. Bu da əslində, mənfi presedent yaradır. Söhbət korrupsiya yolu ilə əlillik dərəcəsi vermiş məmurların sonradan cəzalandırılmasından gedir. Hazırkı nazir Sahil Babayev bununla bağlı danışarkən deyib ki, əsas məqsəd saxta yolla əlillik almış şəxslərə verilmiş vəsaitlərin büdcəyə qaytarılmasıdır.

O bildirib ki, dövlət büdcəsindən qanunsuz xərclənmiş vəsaitin təkrar büdcəyə bərpası təmin olunur: “Sosial sahədə şəffaflığın təmin olunmasına dair işlər mütəmadi davam edəcək. Meydana çıxan pozuntularla bağlı ən sərt tədbirlər görülür. Təkcə ötən il sırf əlillik sahəsində 3 milyon manatdan artıq vəsait bərpa edilib. Digər sosial sahələrdə isə son bir ildə 8 milyona yaxın vəsait dövlət büdcəsinə bərpa edilib. Pozuntuların olması normaldır. Çünki aylıq 2 milyon 800 min insana xidmət və ödəniş həyata keçirilir. Burada bilərəkdən və ya texniki səhvə də yol verə bilərlər. Əgər saxtakarlığa yol verilibsə, onlara hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilir. Qarşıya tələb qoyulur ki, vəsait geri qaytarılmalıdır. Əksər hallarda, vəsaitlər günahkar vəzifəli şəxslər tərəfindən ödənilir”.

Əslində, nazirin dediklərindən də açıq şəkildə görünür ki, ortada böyük miqyaslı korrupsiya faktları var. Çünki fakt sübuta yetirilməsə milyonlarla vəsait büdcəyə qaytarıla bilməzdi. Nazir, həmçinin bildirib ki, əksər hallarda, vəsaitlər günahkar vəzifəli şəxslər tərəfindən ödənilir. Bu isə o deməkdir ki, korrupsiya yolu ilə dövlət büdcəsinin vəsaiti mənimsəyənlərin kimliyi də bilinir. Keçmiş nazir Səlim Müslümovun 2 milyarda yaxın manat vəsaiti mənimsəməsi ilə bağlı deyilənlər də bunun bariz nümunəsidir. Amma bu günə qədər hələ heç bir məmur məhz bu səbəbdən cəzalandırılmayıb, həbs edilməyib.

Maraqlıdır, bu üsulla növbəti qanunsuzluqların qarşısını almaq olarmı? Söhbət milyonlarla manat büdcə vəsaitini əhatə edən korrupsiya faktlarından gedirsə, cəzalar daha da sərt olmalı deyilmi?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında qurumun məsələyə doğru yanaşmadığını deyib. N.Cəfərli hesab edir ki, günahkar məmurların həbs olunması, cərimə mexanizmi bu prosesə mənfi təsir göstərəcək, presedent yaradacaq: “Əslində, bu cür məsələlər məhkəmə qərarı ilə həll olunmalıdır. Azərbaycanda belə bir ab-hava yaradılmamalıdır ki, icra strukturu kimisə cəzalandırır. Bu, doğru yanaşma deyil. Məhkəmə araşdırmasına ona görə getmirlər ki, rüşvət müqabilində qeyri-qanuni əməllər törətmiş səlahiyyətli şəxslər cəza almalıdır.

Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, korrupsiya əməllərinə, saxtakarlığa, saxta sənədlərə görə, cəza almalıdırlar. İndi güya ortaq nöqtə tapılıb və məhkəməyə getmədən icra strukturunun verdiyi qərarla məhkəmənin verəcəyi qərarı əvəz etməyə çalışırlar. Bu da doğru deyil, kökündən yanlış yanaşmadır.

İcra strukturu öz verdiyi qərarların arxasında dayanmağı bacarmalıdır. Çünki məmur qərar verərkən, bunu öz adından deyil, dövlətin adından verir. Dövlətin adından verilən qərarın ləğvi və ya dəyişdirilməsi ancaq məhkəmə hakimiyyətinin funksiyasına aiddir. Yəni Azərbaycanda ən azından formal da olsa, bu oyun qaydalarına əməl etmək lazımdır ki, biabırçı vəziyyət yaranmasın. Yeni nazirin atdığı addımları anlayıram, hətta doğru da sayıla bilər. Çünki sosial müavinətlərin verilməsinə korrupsiya fakları həddindən artıq çox idi. Amma bu, əhalinin günahı deyil. Bu, həmin qərarı vermiş məmurların, rəhbər şəxslərin günahı idi. Əgər böyük bir cinayət işi açılsa, məhkəmə vasitəsi ilə qərarlar ləğv olunsa, onlarla günahı olan indiki və keçmiş məmurlar həbs olunsa, bu artıq presedent yaradar. Başqaları üçün də dərs olar ki, Azərbaycanda qanunsuzluq etmək olmaz.

Amma belə bir görüntü yaradılır ki, sən qanunsuzluq edə bilərsən, bunun müqabilində maksimum pul cəzası alacaqsan, cərimələnəcəksən. Hansı ki, icra strukturunun cərimə kəsmək kimi səlahiyyəti də yoxdur. Bu, yanaşma qəbul edilə bilməz. Azərbaycanda hər şey formal da olsa, qanuna uyğun şəkildə həyata keçirilməlidir”.

Əvvəlki yazı

Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

Sonrakı yazı

ATƏT PA-nın Tbilisidəki regional konfransı –Milli Məclisin üzvləri də iştirak edir

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

02 Sentyabr 2025, 10:47
İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

02 Sentyabr 2025, 10:44
Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

02 Sentyabr 2025, 10:27
İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

02 Sentyabr 2025, 10:25
Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb

Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb

02 Sentyabr 2025, 10:23
Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

02 Sentyabr 2025, 10:20
“Qarabağ” Juninyonu qaytarmaq istədi, klubu buraxmadı

“Qarabağ” Juninyonu qaytarmaq istədi, klubu buraxmadı

02 Sentyabr 2025, 10:19
Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışladı

Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışladı

02 Sentyabr 2025, 10:15
İlin II Ay tutulması – Azərbaycanda da izləyəcəyik

İlin II Ay tutulması – Azərbaycanda da izləyəcəyik

02 Sentyabr 2025, 10:14
Bu kanalın baş redaktoru vəzifəsindən getdi

Bu kanalın baş redaktoru vəzifəsindən getdi

02 Sentyabr 2025, 10:12
Kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

Kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

02 Sentyabr 2025, 10:09
Xızıda 2 gənc qardaş faciəvi şəkildə öldü – Yenilənib

Xızıda 2 gənc qardaş faciəvi şəkildə öldü – Yenilənib

02 Sentyabr 2025, 10:08
Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

01 Sentyabr 2025, 15:56
İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

01 Sentyabr 2025, 15:55
Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

01 Sentyabr 2025, 15:45
“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

01 Sentyabr 2025, 15:24
ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

01 Sentyabr 2025, 15:22
Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

01 Sentyabr 2025, 15:19
İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

01 Sentyabr 2025, 14:27
Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

01 Sentyabr 2025, 14:24

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.