05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

4 İYUN QİYAMINDAN 26 İL KEÇİR… – “Baş qiyamçı” hələ də sağ və cəzasız gəzir!

04 İyun 2019, 11:21
Seçmə
A A
4 İYUN QİYAMINDAN 26 İL KEÇİR… – “Baş qiyamçı” hələ də sağ və cəzasız gəzir!

Bu gün 4 iyundur. İndi bəlkə də küçəyə çıxıb sorğu keçirsək, yaşı 25-dən az olan gənclər 4 iyunun nəylə əlamətdar olduğunu bilməyəcəklər, amma 20-26 il öncə ölkə əhalisinin yetkin qismi bu gün haqqında hər şeyi bilirdi.

Qiyam günüdür 4 iyun. Hərbi qiyam günü. Ölkəmizdə başlanmış, amma ardı gəlməyən vətəndaş müharibəsinin ilk günü. Dövlət çevrilişinin başlanğıc günü.

Günün “qəhrəman”ı hələ də sağdır, Surət Hüseynov bu qanlı, faciəvi günə görə layiq olduğu cəzanı almayıb.

Hər şey, silahlı qiyam, hakimiyyət dəyişikliyi-filan bir yana dursun, təkcə Prezident Qvardiyasının igid əsgərlərinin aldadılaraq tərk-silah edilməsi və az sonra sərnişin olduqları avtobusda namərdcəsinə gülləbaran edilərək qətlə yetirilməsi epizoduna görə Surət də, onun yardımçıları da ciddi şəkildə cəzalandırılmalıydılar.

img1150102Düzdür, onlardan bir neçəsi törətdikləri qiyamın və qırğının ikinci həftəsinin tamamında bir-birini İH başçısının kabinetində güllələyib öldürdülər, bəziləri türmələrdə öldü, bir neçəsi içəridən yarımcan çıxdı,  didərgin düşənlər oldu, amma “baş qiyamçı” hələ də sağ və cəzasız gəzir.

Onun da başına çox iş gəldi, ilyarım oyuncaq baş nazir oldu, sonra daha bir qiyam törədərək prezident olmaq istədi, alınmadı, Rusiyaya qaçdı, amma ovaxtkı iqtidar, Rusiya ilə daha köhnə və güclü əlaqələri olan Heydər Əliyev onu ruslardan aldı, qolubağlı qara qul kimi ölkəyə gətirdi, mühakimə etdirdi, türməyə saldı.

Ancaq bu adamın çəkdiyi 10 illik cəza heç də əsl cinayətinə görə olmadı, sonrakı əməllərinə görə oldu.

İndi danışdırsan, deyəcək ki, 4 iyunda Gəncə camaatını qızışdırıb (“şəhərimizi işğal etməyə gəlirlər”), silahlandırıb, qiyam qaldırdığına görə peşman deyil. Havayı söhbətdir. Surət Hüseynov başına gələn ağrı-acılara, çəkdiyi iztirab və məhrumiyyətlərə görə vaxtilə törətdiyi əməllərdən çoxdan peşman olmuş olmalıdır.

Yox, əgər doğrudan da peşman deyilsə, demək, ona nə ediblərsə, haqq ediblər.

Bu adam Azərbaycan adlı, artıq düz və hamar rels üstünə oturmuş qatarın yolunda bomba partlatdı, o qatarı durdurdu, sonra da relsinin dəyişib başqa istiqamətə getməsinə səbəb oldu. 27 ildir ki, o qatar öz yoluna qayıda bilmir.

Yuxarıda ötəri dedik, bir daha təkrar edək, 4 iyun qiyamının bilavasitə iştirakçılarının, birinci və ikinci dərəcəli rol oyunçularının heç biri xoşbəxt olmadı, uğur qazanmadı, normal həyat yaşaya bilmədi.

8Bəs Surətin və çetesinin, eləcə də himayədarlarının devirdiyi Elçibəy hökuməti ideal idimi? Deyildi. Fəqət bu birillik hakimiyyət düz yoldaydı, nəsə etməyə çalışırdı, bacardığı qədər də edirdi. Məsələn, hələ bu gün də yüz minlərlə gəncin yararlandığı test üsulu ilə tələbə qəbulu o iqtidarın parlaq islahatının əsəri idi.

Dövlət müstəqilliyi qazandığımızdan 20 il keçəndən sonra yaradılmış idarəetmə üsullarını, tətbiq edilən yeni icra mexanizmlərini, yenilikləri əsas götürərək, “birillik hakimiyyət”lə müqayisə aparmaq nəinki qüsurlu müqayisədir, ümumiyyətlə, müqayisə predmeti olacaq bir şey deyil.

4 iyun qiyamı olmasaydı necə, ölkə güllük-gülüstanlıq olacaqdımı? Xeyr, buna çatmaq asan olmayacaqdı.

Sadəcə, hakimiyyət komandaları bir-birini əvəz edəcək, bir-birindən yaxşı olmağa çalışacaq, daima inkişaf, tərəqqi hayında olacaqdılar.

Ancaq yaxın və bənzər ölkələrin təcrübəsi göstərir ki, cəmiyyət demokratiyaya hazır olmadıqca, əvvəl-axır hakimiyyətə bir “dəmir əl” sahibi gəlir, demokratik institutları boğur, insan azadlıqlarını məhdudlaşdırır.

Bugünkü prizmadan baxanda və oturub təhlil edəndə görürsən ki, 4 iyun qiyamı olmasaydı da, 4 oktyabr, 4 fevral qiyamları, yaxud da istənilən bir təqvim günündə qüdrətli qonşu dövlətlərin dəstəyi ilə dövlət çevrilişləri, “qırmızı”, “yaşıl” inqilablar ola bilərdi.

Ona görə ki, yeni təşəkkül tapmış Azərbaycan dövləti çox gənc və köməksiz idi, üstəlik, müharibə aparırdı. Daxilində ciddi ixtilafları olan cəmiyyət həm yeni dövləti, həm də özünün səs verib dövlət başına keçirdiyi iqtidarı qorumağa qadir deyildi.

Bugünkü ağılla keçmişə qiymət vermək asandır, amma bu, obyektiv qiymət olmayacaq. O dövrdə yaranmış tarixi şəraitdən ən ağıllı və ən optimal çıxış yolunu tapmaq çox çətin idi…

Xalid KAZIMLI(musavat.com)

Əvvəlki yazı

“İqtisadiyyata son 15 ildə 260 mlrd. dollar investisiya yatırılıb” – Nazir

Sonrakı yazı

Hadı Rəcəbli hər gün şəhid ailələrini düşünür – Açıqlama

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.