14-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

RUSLAR ABŞ-a CAVAB ZƏRBƏSİ ENDİRMƏYƏ HAZIRLAŞIRLAR –”Kalibr” raketləri ABŞ bazalarına tuşlandı – TƏHLİL

12 Aprel 2018, 08:39
Dünya
A A
RUSLAR ABŞ-a CAVAB ZƏRBƏSİ ENDİRMƏYƏ HAZIRLAŞIRLAR –”Kalibr” raketləri ABŞ bazalarına tuşlandı – TƏHLİL

Vladimir Muxin

“Nezavisimaya qazeta”, Rusiya, 11 aprel 2018-ci il

 

Əgər ABŞ, guya, Duma şəhərinə kimyəvi hücumla əlaqədar olaraq Suriyada gücdən istifadə etməyə qərar verərsə, onlar yalnız Dəməşqdən deyil, Moskvadan da oxşar cavab alacaqlar.

Belə hərəkətlər nəticəsində amerikalılar və onların müttəfiqləri üçün baş verəcək “ciddi nəticələr” haqqında Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya dünən bəyanat verib.

Bu axarda digər rus siyasətçiləri və məmurları da fikir bildirib. Bir qədər əvvəl Rusiya ordusunun Dəməşqi müdafiə etmək üçün hazır olduğu haqqında RF Xarici işlər naziri Sergey Lavrov bəyanat vemişdi: “Bizim hərbçilər artıq buna reaksiya veriblər. Bizim Suriya Ərəb Respublikası (SƏR) qarşısında öz öhdəliklərimiz var”.

Necə reaksiya verildiyini Sergey Lavrov izah etməiyib. Lakin RF-nin hərbi fəaliyyətlərini işıqlandran bir neçə sayt dünən yazıb ki, ölkənin silahlı qüvvələri 8-9 apreldə gizlicə tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Hələlik bu barədə rəsmi təsdiq və şərhlər yoxdur. Ancaq Müdafiə Nazirliyinin ordu və donanmanın fəaliyyəti haqqındakı məlumatlarına əsasən, həqiqətən, qoşunların və hərbi donanmanın artan aktivliyi barədə fikir yaranır. Xüsusilə, Qara dəniz və Aralıq dənizi hərbi əməliyyat səhnələrində, həmçinin Xəzərdə – oradan artıq bir neçə dəfə Xəzər donanmasının gəmilərindən buraxılan qanadlı “Kalibr” raketlərilə Suriyadakı hədəflərə zərbələr endirilib.

İstisna deyil ki, orada belə zərbələrə hazırlıq indi də aparılır. Hərbi ekspert general-leytenant Yuri Netkaçevin fikrinə görə, “Əgər Pentaqon Rusiyanı məşhur kimyəvi hücumda ittiham edərək, Tartus və Hmeymimdəki rus bazalarına qarşı “intiqam əməlləri” həyata keçirməyə qərar verərsə, Yaxın Şərqdəki amerikan obyektlərinə və bazalarına “Kalibr”lərlə zərbələr endirilə bilər”.

ABŞ və müttəfiqlərinin Rusiya obyektlərinə zərbələr endirməsinin mümkünlüyü haqqında dünən Ağ evdəki mənbələrə istinad edərək, “Reuters” agentliyi söz açıb. Netkaçev əmindir ki, belə zərbələri Rusiya cavabsız qoymayacaq.

Lakin ekspert hadisələrin belə inkişaf ssenarisini (“Kalibr”lərlə cavab vermə) azehtimallı hesab edir, çünki o, şübhəsiz, “həqiqi böyük müharibəyə təhrik edə bilər, bunu da nə ABŞ, nə də Rusiya istəyir”.

General fərz edir ki, əgər ABŞ prezidentinin göstərişilə Pentaqon zərbə endirməyə qərar verərsə, o zaman bu, yəqin, amerikalıların bir il bundan əvvəl 59 “Tomahavk” raketi buraxmaqla, Suriyanın Şayrat hava bazasına (İddia edilirdi ki, İdlib vilayətinə kimyəvi hücumu məhz bu bazanın aviasiyası həyata keçirib) endirdiyi zərbəyə bənzəyəcək.

NATO qüvvələrinin sabiq baş komandanı Uesli Klark da bu fikirdədir. CNNteleviziyasına verdiyi müsahibədə o, bəyan edib ki, “ABŞ Suriyadakı vertolyot bazasına zərbələr endirə bilər”, guya, bu baza Şərqi Qutadakı Duma şəhərində kimyəvi silah tətbiq edilməsi üçün istifadə edilib. Bununla birlikdə, Klark əmindir ki, bu halda “güc variantından başqa bir variant ola  bilməz”.

Eyni zamanda Yeni Amerika təhlükəsizlik mərkəzinin eksperti Nikolas Heras “Foreign Policy” üçün yazdığı məqalədə təsdiq edir ki, ABŞ-ın Suriyaya mümkün zərbəsi bir il bundan öncəki zərbədən daha güclü olacaq. Onun fikrincə, “ABŞ-ın ötən il Şayrat hava bazasına endirdiyi zərbələr öz məqsədinə çatmayıb – hücumdan bir neçə saat sonra Suriya ordusunun təyyarələri bu aerodromdan uçmağa davam etdilər”.

Heras yazır: “Bəşər Əsədə hissediləcək ziyan vurulması və Donald Trampın təsəvvürünə görə, yetərli siqnal verilməsi üçün ABŞ daha çox hədəfə hücum etməli olacaq. Elə etməlidi ki, Suriya ordusunun hərbi imkanları sarsılsın”.

Ekspertə görə, hücuma ölkənin həm şərqindəki, həm də qərbindəki hərbi obyektlər məruz qala bilər.

Hərbi ekspert polkovnik Vladimir Popov hesab edir ki, “İndi amerikalılardan hər şey gözləmək olar. Axı onlar Suriyada Bəşər Əsəd rejiminin möhkəmlənməsinə qarşıdırlar, deməli, onlar apriori (təcrübədən asılı olmayaraq) Rusiya və İrana da qarşıdırlar”.

O xatırladır ki, ötən il Şayrata zərbə endirməzdən öncə ABŞ SƏR-dəki Rusiya komandanlığını planlarından xəbərdar etmişdi. İndi isə, Tramp kimyəvi hücumlara görə Rusiyanı ittiham etdiyi halda, belə xəbərdarlıq olmaya bilər.

Popov istisna etmir ki, Tramp Əsədin fizki olaraq ortadan qaldırılması haqqında qərar qəbul edə və onun yaşayış yerlərinə zərbə endirə bilər. Bu halda ölkənin mühüm obyektlərini qoruyan Rusiya və Suriya HHM vasitələri öz effektivliyini göstərməlidir.

Qərb KİV-ləri yazır ki, Suriyaya zərbələri, böyük ehtimalla, hazırda Suriya sərhədləri yaxınlığında, Rusiya Hərbi Dəniz Donanmasının maddi-təchizat bazasının 150 mil uzaqlığında yerləşən amerikan esminesi ”USS Donald Cook” endirə bilər. Bu gəmi 1600 km. mənzili olan 56 qanadlı “Tomahavk”raketilə təchiz olunub.

Bundan əlavə, Amerika KİV-lərinin yazdığına görə, yaxın günlərdə ona həmin layihədən olan “USS Porter” esminesi (yeri gəlmişkən, o, ötən il Şayrat hava bazasına hücumda iştirak edib) qoşulacaq.

Eyni zamanda, Aralıq dənizində ABŞ Hərbi Dəniz Donanmasının“Tomahavk” raketlərilə təchiz edilən digər gəmiləri, o cümlədən Suriyadakı hədəflərə hücum edə biləcək atom sualtı qayıqları da var.

Türkiyənin “Hürriyet” qəzeti dünən yazıb ki, RF Hava-kosmik qüvvələrinin döyüş təyyarələri “psixoloji hücum” məqsədilə, dörd dəfədən az olmayaraq, ”USS Donald Cook” esminesinin üzərindən alçaqdan uçublar.

Vladimir Popov hesab edir ki, əgər amerikan esmineslərindən buraxılan raketlərdən rus hərbçiləri ölərsə, o halda istisna deyil ki, ABŞ gəmiləri Rusiya raketləri və aviasiyasının hücumuna məruz qalacaq. Rusiyanın belə hərəkət etməsinin mümkünlüyü haqqında, məlim olduğu kimi, Rusiya baş qərargahının rəisi Valeri Gerasimov artıq xəbərdarlıq edib.

Bu ilin mart ayının 13-də keçirilən iclasda ABŞ-ın Suriyanın ünvanına yönəlik təhdidlərini şərh edərkən, o bəyan edib ki, “bizim hərbçilərin həyatlarına təhdid yarandığı halda RF Silahlı Qüvvələri həm raketlərə, həm də onları istifadə edən daşıyıcılara qarşı cavab tədbirləri görəcək”.

Tərcümə Strateq.az-ındır

Əvvəlki yazı

7 illik prezidentlik dönəmi ölkəyə nə gətirəcək?

Sonrakı yazı

SƏHİYYƏMİZİN DİLƏNÇİLİYİ… – Yaxud, bir xəstənin “Semaşko”da başlayan “macərəları”

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

12 Avqust 2025, 15:31
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

12 Avqust 2025, 14:56
Saleh Məmmədov idarə rəisini işdən çıxardı

Saleh Məmmədov idarə rəisini işdən çıxardı

12 Avqust 2025, 14:15
Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

12 Avqust 2025, 14:03
Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

12 Avqust 2025, 14:01
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

12 Avqust 2025, 13:55
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

12 Avqust 2025, 13:41
Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

12 Avqust 2025, 13:39

12 Avqust 2025, 13:38
“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

12 Avqust 2025, 13:36
Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

12 Avqust 2025, 13:35
Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

11 Avqust 2025, 14:27
Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

11 Avqust 2025, 14:11
Vladimir Feketeyə “Dostluq” ordeni verildi

Vladimir Feketeyə “Dostluq” ordeni verildi

11 Avqust 2025, 13:55
Dövlət başçısından daha bir SƏRƏNCAM

Dövlət başçısından daha bir SƏRƏNCAM

11 Avqust 2025, 13:52
Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

11 Avqust 2025, 11:30
TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

11 Avqust 2025, 11:25
Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

11 Avqust 2025, 11:22
34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

11 Avqust 2025, 11:15
8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

11 Avqust 2025, 11:01

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.