05-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“NEFTİN QİYMƏTİ DÜŞSƏ, DEVALVASİYA QAÇILMAZ OLACAQ…” – “Necə demək olar ki, büdcə sosialyönümlüdür?”

01 İyun 2019, 21:36
Gündəm
A A
“NEFTİN QİYMƏTİ DÜŞSƏ, DEVALVASİYA QAÇILMAZ OLACAQ…” – “Necə demək olar ki, büdcə sosialyönümlüdür?”

“Dövlət büdcəsinin illik hesabatı ilə tanış olmuşam. Hesab edirəm ki, keçən büdcə ili ərzində neftin qiymətinin yüksək olması, 60-70 dollar arasında dəyişməsi imkan verib ki, inflyasiya 2,3 faiz həcmində olsun. Bu çox müsbət haldır. Manatın kursunun sabit qalması pozitiv bir əlamətdir”.

Bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin plenar iclasındakı çıxışında, “2018-ci il dövlət büdcəsinini icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili, eyni zamanda qeyd edib ki, hesabatla tanış olduğu zaman bəzi rəqəmlər ona inandırıcı görünməyib: “Vətəndaşlarımızın da bu rəqəmlərə inanacaqlarını düşünmürəm. Məsələn, hesabatda göstərilir ki, istehlak qiymətinin indeksi – inflyasiya 2,3 faiz təşkil edib. Ümumilikdə isə hesabatda qeyd olunur ki, məhsulların və xidmətlərin qiyməti 10,6% azalıb. Yəni bunu yazanlar ya özləri bazara getmirlər, ya da bazara gedənlərdən bu barədə obyektiv məlumat almırlar. Başqa bir mühüm məqam isə ondan ibarətdir ki, hesabat ilində xarici ticarət dövriyyəsində qeyri-neft məhsullarının ixracı real ifadədə 1 faiz artıb. Hər halda artımın olması müsbət haldır. Amma düşünürəm ki, bu sürətli inkişafımız üçün yetərli deyil. Məsələn, hesabatda qeyd olunur ki, tikintidən gələn gəlirlər 137 milyon, ticarətdən gələn gəlirlər 61 milyon manat təşkil edib. Amma yeni dəyər yaradan qeyri-neft sektorunda olan istehsal və emal müəssisələrinin ödədiyi vergilərdən nə qədər gəlirin əldə olunduğu barədə konkret rəqəmlər yoxdur. Bəs, qeyri-neft sektoruna, yəni yeni istehsal və emal müəssisələrinin yaradılmasına nə qədər investisiya qoyulub? Nə qədər güzəştli kreditlər verilib, sahibkarlar tərəfindən nə qədər investisiya yatırılıb? Bu barədə də məlumat yoxdur. İstehsal və emal müəssisələrinin yaranması bizim üçün son dərəcə önəmlidir.

Bir mühüm məsələyə də diqqət çəkmək istəyirəm: Hörmətli Ziyad Səmədzadə də öz çıxında dedi ki, ləğv olunan müəssisələrin sayına nisbətdə 1,9 dəfə yeni müəssisələr yaradılıb. Amma bu müəssisələrin xidmət, ticarət, yaxud istehsal və emal müəssisələri olduğu barədə məlumat verilmədi. Bütün istiqamətlər ilə bağlı detallı məlumatın verilməsi real mənzərənin göz önündə olması üçün son dərəcə vacibdir”.

Millət vəkili hesabatda diqqət çəkən digər məqamlara da toxunub: “Məsələn, hesabatda qeyd olunur ki, tikinti sektoruna 5 milyard xərclənib, 2 milyard 235 milyon manat xarici borc qaytarılıb. Bu borclar da əsasən tikintiyə xərclənib. Bundan başqa, Prezidentin ehtiyat fondundan 301 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan 464 milyon manat xərclənib ki, bunlar da əsasən tikinti ilə bağlıdır. Beləliklə, 2018-ci ildə 23 milyard 100 milyonluq büdcənin tikinti ilə bağlı xərclərinin həcmi 8 milyard 100 milyon manata gəlib çıxıb. Təhsilə 2 milyard 12 milyon, səhiyyəyə 732 milyon, sosial təminat üçün 1 milyard 300 milyon, elmə isə 122 milyon manat xərclənib. Bütün bunların hamısı ümumilikdə tikintiyə xərclənən vəsaitin 50 faizini təşkil etmir. Onda necə demək olar ki, büdcə sosialyönümlüdür?

Mən bu rəqəmləri niyə xatırladıram? Ona görə xatırladıram ki, artıq 2020-ci ilin dövlət büdcəsinin üzərində iş gedir. Hökumət uşaqpulunun verilməsi, əməkhaqlarının, pensiyaların artırılması ilə bağlı ciddi qərarlar qəbul etməlidir. Məndən öncə çıxış edən deputat həmkarlarımın qaldırdığı məsələlərə hökumət diqqətlə yanaşmalıdır. Xüsusilə də Fazil Mustafanın səsləndirdiyi rəqəmlərin üzərində ciddi düşünmək lazımdır. Hamımız bilirik ki, neftin qiyməti daha çox iqtisadi faktorlardan deyil, siyasi faktorlardan asılıdır. Bundan başqa, bölgədə müharibələr də olar bilər. Mən ona görə bu məsələlərin üzərinə gəlirəm ki, əgər neftin qiyməti aşağı düşsə manatın kursunu indiki kimi saxlamaq mümkün olmayacaq, devalvasiya qaçılmaz olacaq, ölkəmiz ciddi maliyyə problemləri ilə üz-üzə qalacaq. Görün nə qədər səhmdar cəmiyyətlər var və bunlar 3 milyonluq proqnozu cəmi 50 faiz yerinə yetirirlər. Bunları dövlət niyə özəlləşdirmir, niyə bu qurumları dövlət mülkiyyətində saxlayırıq? Ona görə də hökumətin ciddi islahatlar aparmasına ehtiyac var”.

Əvvəlki yazı

“Uşaq ürəkləri Qarabağda döyünür” devizi altında növbəti humanitar aksiyaya start verilib

Sonrakı yazı

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsait açıqlanıb- Rəqəmlər

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

05 Sentyabr 2025, 15:10
Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

05 Sentyabr 2025, 14:52
Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

05 Sentyabr 2025, 14:51
Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

05 Sentyabr 2025, 14:48
Prezident SƏRƏNCAM imzaladı

Prezident SƏRƏNCAM imzaladı

05 Sentyabr 2025, 14:46

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

05 Sentyabr 2025, 14:45
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Sentyabr 2025, 14:44
Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

04 Sentyabr 2025, 17:00
Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

04 Sentyabr 2025, 14:59
Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

04 Sentyabr 2025, 14:56
Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

04 Sentyabr 2025, 14:55
Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

04 Sentyabr 2025, 14:53
Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

04 Sentyabr 2025, 14:46
Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

04 Sentyabr 2025, 14:45
Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

04 Sentyabr 2025, 14:43
23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

04 Sentyabr 2025, 14:29
Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.