20-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qənirə Paşayeva AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda çıxış edib

30 May 2019, 09:10
Cəmiyyət
A A
Qənirə Paşayeva AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda çıxış edib
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda həmin institutun Həmkarlar İttifaqının dəvətilə millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva görüş keçirilib. Görüşdə millət vəkili Q.Paşayevanın dəvətilə ölkəmizdə səfərdə olan Türkiyənin tanınmış yazarı və jurnalisti Meryem Aybike Sinan iştirak edib. Qonaqları salamlayan AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov onların dəvətini qəbul edərək belə bir görüş üçün təşəkkürünü bildirib və institutda belə bir görüşün keçirilməsinin çox önəmli olduğunu deyib, institutun son illər əldə etdiyi uğurlarını xüsusi vurğulayıb, institutun fəaliyyətində qadın və gənc qızların rolu daha da artmalıdır deyib, bunun ölkəmiz üçün vacib olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva görüş iştirakçılarını Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101-ci ildönümü və qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib. Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva bildirib ki, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun getdikcə artan uğurları hamını çox məmnun edir, özəlliklə institutda çalışan qadınlarımızın sayının və uğurlarının artması məmnuniyyətvericidir. Millət vəkili Q.Paşayeva ziyalı, alim qadınlarımızın elmin inkişafında rolu ilə bərabər, ziyalı kimi cəmiyyətimizin inkişafında önəmli rolu barədə də geniş danışıb və onun daha da genişlənəcəyinə inamını ifadə edib. Bütün sahələrdə qadınların rolunun genişləndirilməsinin cənab Prezidentin yürütdüyü siyasətdə xüsusi yer tutduğunu, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə bu istiqamətdə atılan önəmli addımları xüsusi vurğulayan millət vəkili Q.Paşayeva alim və ziyalı qadınlarımızın gənc qızlar üçüm əsl örnək olduğunu xüsusi vurğulayıb, elmin müxtəlif sahələrində uğurlara imza atmış alim qadınlarımızın gənclərə daha yaxından tanıdılması üçün KİV-lərə çağırış edib: “Elm sahəsindəki qadınlarımız barədə reportaj, proqramların hazırlanması, onların müxtəlif verilişlərə daha çox dəvət olunması, bir sözlə onların cəmiyyətə daha yaxından tanıdılması böyüyən gənc qızlarımız çox önəmlidir. Elm sahəsi fədakarlıq, böyük zəhmət tələb edir, elm sahəsində çalışan bütün qadınları təbrik edirəm, onlara önəmli fəaliyyətlərində uğurlar diləyirəm. AMEA-da qadınlarımızın rolunun daha da genişlənməsinin şahidi oluruq və inanırıq ki, gələcəyə doğru bu daha da sürətlənəcək. Bütün sahələrdə, dövlətin həyatında, elmdə qadınların rolunun daha genişlənməsi – bu, inkişaf deməkdir və inanırıq ki, elm sahəsinə meyl edən gənc qızlarımız dövlətimizin onlar üçün yaratdığı getdikcə daha da artan imkanlardan istifadə edərək daha da böyük uğurlara imza atacaqlar”. Millət vəkili Q.Paşayeva bildirdi ki, kişi alimlərimiz və qadın alimlərimiz birlikdə bir ziyalı olaraq böyüyən
gənclərimizin elmə, biliyə daha çox meylli olması istiqamətində çalışmaları daha da artırmalıyıq, eyni zamanda elm sahəsindəki uğurlarımızın daha da artmasına böyük ehtiyac var və inanırıq ki, birlikdə gənc alimlərimiz dövlətimizin elmə getdikcə daha da artan diqqəti və dəstəyindən yararlanaraq daha da böyük uğurlara imza ata biləcəklər. Millət vəkili Q.Paşayeva bildirib ki, həm millət vəkili, həm də ziyalı olaraq hər zaman alimlərimizin yanındadır, onların uğurlarının və fəaliyyətinin KİV-də geniş şəkildə təbliğ olunmasının böyüyən gənc oğlan və qızlarımız üçün vacibliyini vurğulayaraq bu məsələyə xüsusi diqqət yetirilməlidir. Millət vəkili Q.Paşayeva AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda uzun illər uğurlu fəaliyyət göstərmiş alimlərimizlə söhbətlərində sizin ölkəmiz və xalqımız üçün fəaliyyətiniz hamımız, xüsusilə minlərlə oğlan və qızlarımız üçün ən gözəl örnəklərdənsiniz deyib. Millət vəkili Q.Paşayeva görüş iştirakçılarının suallarını da cavablandırıb.
Tədbirdə çıxış edən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu Həmkarlar İttifaqının sədri İradə Mirzəzadə çıxış edərək onların dəvətini qəbul edərək belə bir önəmli görüş üçün təşəkkürünü bildirib. Türkiyənin tanınmış yazarı və jurnalisti Meryem Aybike Sinan çıxış edərək hər kəsi 28 may Respublika günü və qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib, bir millət iki dövlət olan Azərbaycan və Türkiyə arasında birliyin güclənməsində alimlərin, ziyalıların, elm ocaqlarının rolu və missiyası barədə geniş danışıb. Millət vəkili Q.Paşayeva və Türkiyənin tanınmış yazarı və jurnalisti Meryem Aybike Sinan görüş iştirakçılarına müəllifi olduqları kitablarını imzalayaraq hədiyyə ediblər. Millət vəkili Q.Paşayeva və onun dəvətilə ölkəmizə səfər edən Türkiyənin tanınmış yazar və jurnalisti Meryem Aybike Sinan AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor M.Mərdanov, institutun Həmkarlar İttifaqının sədri İ. Mirzəzadə və institutun qadın təşkilatının rəhbəri ilə görüşüb, geniş fikir mübadiləsi aparılıb. Görüşdə iştirak edən Türkiyənin tanınmış yazar və jurnalisti Meryem Aybike Sinan bildirib ki, bütün sahələrdə, o cümlədən elm sahəsində Azərbaycanın tanınmış şəxslərinin və qazandıqları uğurlarıının qardaş Türkiyədə daha geniş tanıdılmasının vacibliyini qeyd edib və bununla bağlı Türkiyədə yazılarla çıxış edəcəyini deyib.
Əvvəlki yazı

“Bu qələbəyə layiq idik” – “Çelsi”nin baş məşqçisi

Sonrakı yazı

Tək yaşayan 81 yaşlı kişi evində asılmış vəziyyətdə tapılıb

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.