27-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

III DÜNYA SAVAŞININ KÖLGƏSİ YAXIN ŞƏRQƏ SÜRÜNÜR –Fars körfəzindəki gərginlik və İran-Amerika savaşı Moskva üçün əlverişlidir – Təhlil

27 May 2019, 15:02
Manşet
A A
III DÜNYA SAVAŞININ KÖLGƏSİ YAXIN ŞƏRQƏ SÜRÜNÜR –Fars körfəzindəki gərginlik və İran-Amerika savaşı Moskva üçün  əlverişlidir – Təhlil

Bissam Miqdad

Al Modon (Livan), 25.05.2019

 

Fars körfəzindəki hadisələr dünyanı hələ də gərginlikdə saxlayır. Hamı sonra nə olacağını gözləyir və Suriya qırğını daxil olmaqla bölgədəki ayrıntı və incəlikləri Xameneinin çalmasının qırışlarında və Donald Trampın bəyanatlarında əks olunan münaqişələr və savaşların fonunda təsvirləri izləyir. Dönüşən hadisələrə çoxlu oyunçu qatılıb və hər biri vaxtında reaksiya verməyə çalışaraq mənzərəni durbinlə seyr edir.

Arxa planda Rusiya daha çox gözə dəyir və hamı bununla razıdır ki, Fars körfəzində baş verənlər Moskvaya əlverişlidir. “Ümumiyyətlə isə, əslində, bütün bu durum Kremlə çox əlverişlidir! Çünki, birincisi, neftin qiyməti artır. Neft qiymətlərinin artımı isə Rusiya büdcəsinə əlavə milyardlarla, ola bilsin, on milyardlarla dollar deməkdir”, – şərqşünas və siyasi ekspert Mixail Maqid “Azadlıq radiosu” üçün müsahibədə belə deyib.

Onun sözlərinə görə, İranı neft bazarından sıxşdırırlar, onun yerini də indiki anda işbirliyinin müəyyən mərhələsində olan Səudiyyə Ərəbistanı və Rusiya tutmağı planlaşdırır. Onlar İranın neft sata bilməyəcəyi bazar və istehlakçıları bölüşdürürlər. Ekspertin hesab etdiyi kimi, indiki böhran Avropanın Rusiya neftindən asılılığını möhkəmlətməyə səbəb olur: o, neftin 30%-i Rusiyadan idxal edir və nüvə sazişi dönəmindəkitək İrandan alternativ kimi daha yararlana bilmir. Şərqşünasın fikrincə, amma Fars körfəzində Rusiya üçün ən əlverişli məqam ABŞ-ın Yaxın Şərq hadisələrinə çəkilməsidir. Bu, Moskvaya başqa yönlərdə fəaliyyət azadlığı verir.

Rusiya rəsmiləri bu böhranda İrana qarşı önrəyçilik münasibətlərini gizlətmirlər, amma bu bildirmir ki, durum silahlı münaqişəyə keçərsə, onlar müttəfiqi dəstəkləməyə tələsəcəklər. Mixail Maqidin hesab etdiyi kimi, Kreml qəzəbli bəyanatlarla çıxış edəcək və İranla sazişdən imtinaya görə Birləşmiş Ştatları məsuliyyətə çağıracaq. Bununla belə, Moskva bəyanat çərçivəsindən qırağa çıxmayacaq və bu münaqişəyə qarışmayacaq.

Bu yaxındakı hadisələr göstərir ki, münaqişənin hər iki tərəfi silahlı münaqişəyə hazır deyil. Durum “barmaq dişləmək”, ya da İsrailin “Haarets” qəzetinin “birinci kim gözünü qırparsa” ümidi adlandırdığından artıq bir şey ifadə etmir. Lakin Rusiyanın Kremlyönlü KİV-lərinin məlumatlarına görə, Fars körfəzində münaqişənin inkişafının belə ssenarisi Moskvanın ümidlərinə uyğun gəlmir. Görünür, Amerika tərəfi biclik edir və münaqişə alovu sönməsin deyə İran sobası üçün yanacaq vermir. “Svobodnaya pressa” internet nəşri İranın mövqeyini böyük ruh yüksəkliyi ilə alqışlayıb və məlumat verib ki, Rusiyanın “Sparta-2” hərbi yük gəmisi mayın 21-də bilinməyən hərbi texnika ilə İrana gəlib. Qəzetin məlumatına görə, gəmi son illərdə Rusiya limanlarından Suriyaya texnika daşımaq üçün işlədilib, amma ola bilsin, bu dəfə HHM sistemi və gəmiyə qarşı raketlər daşıyıb.

Bu qəzetdəki daha bir dərcə əsasən, Yaxın Şərq III dünya savaşına yaxındır, Birləşmiş Ştatlar və İran isə bölgəni, tuttuşdurlarkən Suriya savaşının insanlığa “sadə silahlı münaqişə” kimi görünəcəyi qana qərq etmək hədəsi gəlir. Yaxın Şərq məsələləri üzrə ekspert və Şərqşünaslıq İnstitutunun baş elmi işçsi Mixail Roşinin fikrincə, hər şey qarşılıqlı hədələrlə məhdudlaşır və Birləşmiş Ştatların savaşa hazırlaşdığını güman etməyə əsas yoxdur. Roşinin hesab etdiyi kimi, amerikalılar İrana hücum etməyi kəsdirsələr, onda “bu, doğrudan da, İraq generallarını, o cümlədən Bağdadın müdafiəsinin başçısını “satın ala” bildikləri İraqa müdaxilə kimi gəzinti olmayacaq”.

Ekspert əmindir ki, görünür, bu, baş verməyəcək, çünki İranı havadan bombardman və ya dənizdə savaş İran gücləri və “Hizbullah”ın İsrail ərazisinə birbaşa müdaxiləsinə gətirər. Onun fikrincə, İran Fars körfəzində savaşın nə ilə bitə biləcəyini sərgiləyib ki, bu da Vaşinqtondakı “qaynar qafaları” sakitləşməyə vadar edib. Bundan savayı, Amerika demokratlarının həmlələrinə son qoymuş prezident Tramp İranda macəranı özünə rəva bilməz. Bu onun üçün siyasi intihar olar, buna görə də İrana münasibətdə klassik təhdidlər taktikasını izləyir.  “Nezavisimaya gazeta” öz növbəsində hesab edir ki, Vaşinqton İrana “hibrid” deyilən savaş elan edib və Amerika donanması Fars körfəzində “kanonerkalar (ortakalibrli topları olan itigedən sahil keşikçi gəmisi-tərc.) diplomatiyası”na başlayıb. Trampın Tehranla savaşmaq istəmədiyi haqda bəyanatına baxmayaraq, nəşrin müəllifləri işin savaşa doğru hərəkətlənmə əlamətlərinin varlığına işarə edirlər. Onların sözlərinə görə, Yaxın Şərqdə savaş başlanması təhlükəsi “gerçəkdən də gerçəkdir”. Qəzetin iddia etdiyi kimi, Amerika gəmilərinin İran ərazisinə niyə yaxınlaşdığı aydın deyil, amma əməliyyat-taktiki silahların zərbəsinin hədəfi ola bilər. Nəticə kimi, Pentaqon öz qüvvəsini Fars körfəzinə cəmləşdirib ki, İranın hərbi cavab hərəkətini törətsin. Bundan savayı, qəzet hesab edir ki, Vaşinqton 2003-də İraq savaşı dönəmindəkinə bənzər koalisiya formalaşdırmaq gücündə deyil, buna görə də “hibrid savaş”a bel bağlayır. Bu, iqtisadi tədbirlərdən istifadə və Suriya, Yəmən və qisməın İraqda İran birləşmələrinə müntəzəm zərbələri nəzərdə tutur.

O biri yandan, Kremlyönlü “Vzqlyad” qəzeti Fars körfəzində baş verənləri “fəlakətin məşqi” sayır. Nəşrə görə, Yaxın Şərq ABŞ-ın bu dəfə İrana qarşı hazırladığı böyük savaşın kölgəsindədir. Amerika administrasiyası daxilindəki ziddiyyətlər üzündən İran tərəfi ilə savaş Donald Trampa gərək deyil, çünki bu ona ikinci prezidentlik müddətinə yenidən seçilmək bahasına otura bilər. Nəticə kimi, qəzet Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu Fars körfəzində indiki böhranın baisi sayır. Bununla belə, nəşr müəllifləri Səudiyyə Ərəbistanı kral ailəsinin siyasətinə Fars körfəzində börhana səbəb olan ən ciddi amil kimi baxırlar. Ərəb dövlətinin səbri tükənib və hökumət neft tankerlərinə və neft vurmaq üçün satnsiyalara İran hücumlarını müzakirə üçün təcili ərəb sammiti keçirməyə çağırıb.

Qəzet İsrailin İranı blokadaya almaq səylərini, lakin ər-Riyad və Təl-Əvivin İran İslam Respublikasının kütləvi qırğın silahı əldə etməyini önləməyə hesablanmayan iradəsilə Vaşinqtonun nüvə sazişindən çıxdığını yada salır. Həqiqi məqsəd sanksiyalar altında ölkəni bölgədə öz nüfuzunu genişləndirməkdən imtinaya vadar etməkdir. Bu, Vaşinqtonun indiki anda edə biləcyinin hamısıdır və savaş indiki administrasiya üçün intihar olar. Hətta İran siyasətini dəstəkləyən Pekinin qəti mövqeyi nəzərə alınsa, başqa ölkələr də savaşa çəkilə bilər. Müəlliflər nəticəyə gəlirlər: fəlakət məşqi baş tutub və yalnız ümid etmək olar ki, premyera olmayacaq. Amma, doğrudanmı, əslində Moskvanın Fars körfəzində ümid etdiyi budur? Rusiya KİV-lərinin çoxu “üçüncü dünya savaşı”nı və hərtərəfli “hibrid savaşı” car çəkir. Bu arada dünya döyüşkən ritorika olmayan, amma münaqişəyə birbaşa çəkilən tərəflərin danışıqlar masası arxasına əyləşmək təklifinin səsləndiyi xəbərləri izləyərək nəfəsini gizlədib.

Tərcümə Strateq.az-ındır.

 

Əvvəlki yazı

Aktyordan kanallara sərt sözlər – “Bu millətlə düşmənçiliyiniz var?”

Sonrakı yazı

Dünyada ən aşağı həyat keyfiyyəti olan şəhərlər – TOP-10

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.