27-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

SƏHİYYƏ NAZİRLİYİNİN “ARAŞH” SEVGİSİ… – 10 ildir tenderləri niyə eyni şirkət qazanır?

24 May 2019, 11:01
Seçmə, Banner
A A
SƏHİYYƏ NAZİRLİYİNİN “ARAŞH” SEVGİSİ… – 10 ildir tenderləri niyə eyni şirkət qazanır?

Oqtay Əsədovun qardaşı oğlunun şirkəti növbəti 5 milyonluq tenderi qazanıb

Mayın 20-də Səhiyyə Nazirliyi Bakıdakı iki tibb müəssisəsinin tibbi avadanlıqlarla təchizatı üzrə “Arash Medical Company” MMC ilə iki müqavilə imzalayıb. “Marja” Dövlət satınalmaları reyestrinə istinadla xəbər verir ki, alınmış avadanlığın ümumi məbləği 5 milyon 726 min manat (3 milyon 368,2 min dollar) təşkil edir.

Avadanlıqlar Maştağa qəsəbəsində 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının yeni korpusu və Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Sümük Vərəm Xəstəlikləri Sanatoriyasına veriləcək. Müqavilələr fevral ayında keçirilən tenderdən sonra imzalanıb.

“AzPolitika.info” xatırladır ki, sözügedən şirkət artıq 10 ilə yaxındır Səhiyyə Nazirliyinin tenderlərinin dəyişilməz qaliblərindən biridir. Qısa araşdırma göstərir ki, şirkət bu illər ərzində təkcə Səhiyyə Nazirliyi xəttilə 10 milyon dollarla ölçülən tenderləri udub.

Təəssüf ki, Azərbaycanda tenderlər sahəsi heç də ən şəffaf istiqamətlərdən biri sayılmır. Onu da qeyd edək ki, mətbuatda “Arash Medical Company” MMC-nin rəhbəri Cavid Əsədovun Milli Məclisin spikeri Oqtay Əsədovun qardaşı oğlu olduğuna dair məlumatlara rast gəlinir. Bunu nəzərə alsaq, sözügedən şirkətin uğurlarının təsadüfi olmadığı barədə təsəvvür yarana bilər…

OKTAY

Qeyd edək ki, “Arash Medical Company” ləğv olunan “Araş Medikal” MMC-nin aktivləri əsasında təsis edilib. Şirkətin 2011-ci ildə yaradıldığı deyilir, amma hələ 2010-cu ilin müsabiqə reyestrlərinə əsasən, Tibb Unversiteti yeni adı ilə ondan 917 173,54 manatlıq tibbi avadanlıqlar satın alıb.

Ümumilikdə isə “Araş Medikal” MMC və “Arash Medical Company” həmin il xüsusilə Səhiyyə Nazirliyi və digər qurumlardan 13 398 507,06 manat dəyərində 46 tender qazanıb. Təkcə bir ildə İnnovasiya və Təchizat Mərkəzinin xəttilə 7 399 455,98 manatlıqtender “udub”. Təhsil Nazirliyi Azərbaycan Tibb Universiteti də 2010-cu ildə “Arash Medikal Production LTD” adlı şirkətdən 8 099 515,79 manatlıq Tədris-Terapevtik Klinikasının inventarlarını satın alıb.

Bu şirkətin təkcə 2011-ci ildə Səhiyyə Nazirliyi və bəzi dövlət təşkilatlarından aldığı sifarişin həcmi 25 092 910,98 manat olub. Sonrakı illərdə də bu temp saxlanılıb. Şirkət elə olub ki, bir ildə düz 72(!) müsabiqəni udub.

Sözügedən şirkət, məsələn, 2013-cü ildə də 57 satınalma üzrə müxtəlif səhiyyə qurumlarına 53 830 518,38 manatlıq satış xidməti göstərib. Vəsaitlərin çoxu təmir-tikinti işlərinə gedib.

37d521446893302_01

2014-cü ildə “Arash Medical Company” MMC 20 tenderdə 19 998 897,06 manatlıq iş qazanıb. “Araş Medikal” MMC-dən də 24 tender üzrə 860 717 manat, ümumilikdə 20 859 614,06 manatlıq xidmət satın alınıb.

Eyni temp sonrakı illərdə də davam etdirilib. Məsələn, təkcə 2015-ci ilin 6 ayında “Arash Medical Company” müxtəlif qurumlardan 21 608 222,38 manatlıq 22 tender, “Araş Medikal” MMC isə 342 235,63 manat dəyərində 8 sifariş alıb. Bir neçə il ərzində sözügedən şirkət təqribən 150 milyon manatlıq tenderin podratçısı olub. Və göründüyü kimi, bu ilə də 5 milyon 726 min manatlıq tenderlə start verilib.

Qeyd edək ki, son zamanlar mətbuatda Oqtay Əsədovun ailə üzvlərinin biznes şəbəkələri ilə bağlı məlumatlara tez-tez rast gəlinir. Spikerin son səfəri isə korrupsiyaya müharibə elan edən Ukrayna prezidenti Vladimir Zelenskinin inauqurasiya mərasimi keçirilən Kiyev şəhərinə olub…

İqtisadiyyat Şöbəsi

Əvvəlki yazı

Qarabağ generalları Paşinyanı devirəcəklərinə and içdilər

Sonrakı yazı

PAŞİNYANLA “QARABAĞ KLANI” ARASINDA GƏRGİNLİK – “Ermənilər özləri bir-birini qırmağa başlayacaq”

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.