26-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Belçikanın sabiq baş naziri “Putinin həvariləri”ndən yazdı:”AVROPALI SEÇİCİ, RUSİYANIN KUKLASINA ÇEVRİLMƏ!” Qay Verhofstadt “Project Sydicate”, 21.05.2019

22 May 2019, 11:09
Manşet
A A
Belçikanın sabiq baş naziri “Putinin həvariləri”ndən yazdı:”AVROPALI SEÇİCİ, RUSİYANIN KUKLASINA ÇEVRİLMƏ!”  Qay Verhofstadt  “Project Sydicate”, 21.05.2019

Qay Verhofstadt

“Project Sydicate”, 21.05.2019

 

Mayın 18-də Avropanın sağçı liderləri Avropa Parlamentinə keçiriləcək seçkilərdən öncə mitinq üçün Roma şəhərində toplaşıblar. İştirakçılar arasında Fransanın Milli Rallisindən Marin Le Pen, Hollandiyanın Azadlıq Partiyasından Girt Vilders, habelə Danimarka Xalq Partiyası, Finlandiya Partiyası, “Alternativ für Deutschland” (“Almaniya üçün Alterativ”) və Flaman Millətçi Partiyasından Vlaams Belanq görünüb. Bu partiyaların demək olar ki, hamısı İtaliya baş nazirinin müavini Matteo Salvininin planlaşdırdığı yeni sağçı parlament qruplaşmasına – Avropa Xalqları və Millətlər Alyansına qatılıb.

Salvini Romadakı mitinqdə gələcək seçkiləri “qitəni uzun illər xainlərin Brüsseldə təşkil etdiyi təhqiramiz işğalından azad etmək üçün tarixi an” adlandırıb. Onun özlərinə görə, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və xeyriyyəçi Corc Soros “Avropada yüksək maliyyə hədləri və nəzarətsiz miqrasiya rejimi qurublar”. Salvini yeni “Brexit” Partiyasının lideri Naycel Faracı da Avropa Parlamentində görmək istədiyini deyib.

Amma Salvini və onun yeni müttəfiqləri başqa birini də gözləyirlər. Avropanın sağçı populist liderləri avroskeptisizm və ksenofobiyaları ilə yanaşı, Rusiya prezidenti Vladimir Putinə pərəstiş birləşdirir. İctimai açıqlamalarından bu nəticə çıxır ki, onların hamısı Kremldə hazırlanıb – Putin əlaltılarının “Vaşinqtonun liderlik etdiyi Brüssel elitası” haqqında daim şikayət etdiyi məkanda.

İllər boyu sağçıların Avropa Parlamentində “anti-Rusiya” olaraq görülə biləcək istənilən qətnaməyə necə səs verdiyini müşahidə etmişəm, hətta keçən il İngiltərənin Solsböri şəhərində kimyəvi hücuma görə Kremli qınayan sənədə. Farac və Salvininin Liqa Partiyasından olan deputatlar da daxil olmaqla, “vətənpərvərlər”, əsasən, Avropa İttifaqı daxilində Rusiyanın “beşinci sütun”una çevrilib. Əgər bu həftə onlar say üstünlüyü ilə seçilərsə, kremlpərəst təbliğatın davam edəcəyinə əmin olun. Avropanın ümumi çağırışlara cavab vermə qabiliyyətini aşağı salmaq üçün bu adamlar əllərindən gələni edəcəklər.

Avropanın sağçı siyasətçilərinə sədaqət əvəzinə, rusların maliyyəsi, habelə Rusiya sosial media trolları və təbliğatının köməyi təklif edilib. 2014-cü ildən etibarən, Le Penin partiyası bir Rusiya bankından kreditlər alıb; Salvininin partiyasına builki Avropa Parlamentində keçiriləcək seçkilər üçün 3 milyon avro (3,4 milyon dollar) təklif edildiyi bildirilib. Hətta bu yaxınlarda Azadlıq Partiyasının (FPÖ) rəhbəri, Avstriya vitse-kansleri Hayntz-Xristian Ştraşenin hökumət müqavilələri əvəzinə, Rusiyadan seçki yardımı tələb edən videosu üzə çıxıb. Avstriya hökuməti çöküb, amma bunun xəyanət aysberqinin yalnız görünən tərəfi olduğunu düşünmək üçün səbəb var.

Rusiya pulları, dəstəyi və seçkilərə müdaxiləsi artıq Avropa populistlərinə və millətçilərinə uzun bir yol açıb. İtaliyada koalisiya hökumətini kiçik tərəfdaşı olan Liqa indi ölkənin hakim siyasi qüvvəsidir. Böyük Britaniyada Farac Boris Conson və digər “Brexit” liderləri ilə birlikdə, ölkəsini Aİ-dən çıxarmağa müvəffəq olub. Fransada Le Pen əsas siyasətçi halına gəlib. Atası, sağçı lideri Jan-Mari Le Pen bunu ancaq yuxuda görə bilərdi.

Bundan başqa, “Putin həvariləri”nin ən uğurlu olduğu ölkələrdə seçicilər həmişəkindən daha çox qütbləşib. “Brexit” referendumundan bəri Böyük Britaniyanın ənənəvi partiya sistemi parçalanıb və ölkə zəifləməsinə dair heç bir əlamətin olmadığı görünən mədəniyyət müharibəsinə bürünüb. O, Avropa masasında yerini itirib və kabusa çevrilib. Henri Kissincerin təbirincə, ABŞ və Çin hökumətləri Avropanı zəng etmək istədikdə, indi London deyil, Paris və Berlinin nömrələrini yığır.

Qərb cəmiyyətlərini bölmək və bir-birinə qarşı qoymaq Rusiya təhlükəsizlik strategiyasının əsas amilidir. Böyük Britaniya özünü məhv etmək yolu ilə gedəcəkmi?

Avropanın və Qərbin gələcəyi Putindən deyil, Avropa seçicilərindən asılıdır.

Bu seçicilərə göndərdiyim mesajım sadədir: Putinin kuklalarından birinə çevrilməyin. Bülleteninizi qutuya atarkən, Avropa eyniyyətinizdən qürur duyun. Avropa layihəsinin məhv edilməsinə yox, onun yenilənməsinə səs verin. Bu, Kremlin Aİ-yə qarşı kölgə müharibəsinin qarşısını almaq şansımızdır.

Birlikdə çalışmaqla, Avropanın gələcəyinə nəzarəti saxlaya bilərik. ABŞ, Çin və Hindistanla yanaşı, beynəlxalq səviyyədə bir yerə sahib olmaqdan ötrü, ilk növbədə, Avropa Putinin Rusiyasını görə bilməlidir.

Tərcümə: Strateq.az

Əvvəlki yazı

Cavid Qurbanov:”Dəmir yolu xətlərinin Əhmədli, Zirə, Pirallahı, həmçinin aeroporta qədər uzadılması nəzərdə tutulur”

Sonrakı yazı

Xaçmazdakı müdhiş qətllə bağlı yeni təfərrüatlar – “Əvvəl başından vurublar, sonra “kontrolnıy” boğazını kəsiblər”

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.