21-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“İstənilən tibb müəssisəsindən 10 manat verib saxta sənəd almaq olur”-Məhkəmə Prosesi

26 Fevral 2018, 23:23
Cəmiyyət
A A
“İstənilən tibb müəssisəsindən 10 manat verib saxta sənəd almaq olur”-Məhkəmə Prosesi

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Uşaq Ağciyər Vərəmi şöbəsinin həkimi, tibb elmləri namizədi Səbinə Məmmədovanın  işə bərpa tələbi ilə bağlı məhkəməyə müraciətiylə bağlı iddiasına Nizami Rayon Məhkəməsində proses davam edib. Gununsesi.info-nun xəbərinə görə, hakim Fikrət Mirzəyevin sədrliyi ilə keçrilən prosesdə məhkəmə araşdırması davam edib.  İddiaçı S.Məmmədovanən vəkili Bəhruz Bayramov təqdim edilən sənədlər üzərində ekspertizanın təyin edilməsiylə bağlı vəsatət qaldırıb.

Vəsatət təmin edilib.

Proses zamanı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun mənafeyini qoruyan Xələf adlı hüquqşünasın “Medera Hospitalın təqdim etdiyi sənədlə bağlı fikir bildirərkən, ölkədəki tibb müəsissələrinin saxta sənəd vermələriylə bağlı söylədiyi “İstənilən tibb müəssisəsindən 10 manat verib saxta sənəd almaq olur. Özəl tibb müəssisələrində isə bu daha asandır”-, deməsi hakimin etirazıyla qarşılanıb.
Sözügedən institutun təqdim etdiyi sənədlərdən birini müzakirə edərkən isə, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Xəlifə adlı hüquqşünnasının  “Bu sənədi zay baş həkim verib” deməsi də eyni münasibətlə qarşılanıb. Müddafiə  zamanı S.Məmmədovanın işdən azad edilmə səbəbləriylə bağlı tutarlı arqumumentlər gətirə bilməyən hüquqşünasın  söylədiklərinə hakim “Belə getsə, xəstəxananızda həkim qalmayacaq” deyib.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, iddiaçı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Uşaq Ağciyər Vərəmi şöbəsinin işdən azad edilən həkimi, tibb elmləri namizədi Səbinə Məmmədova haqsız yerə işdən çıxarıldığını deyir.

O, institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsindən sonra işinə son qoyulduğunu söyləyir: “Keçirdiyi iclasda ona qarşı çıxdım. Həmin iclasdan videogörüntülər də sosial şəbəkələrdə yayılmışdı. Ondan sonra haqsız yerə işdən çıxarıldım”. İclasdakı videogörüntüdə Səbinə Məmmədova institutun direktoru Həqiqət Qədirovaya “Siz burada oturub camaata torba tikməklə məşğulsunuz. Mən bu cəfəngiyyata qulaq asan deyiləm” deyərək, ona etiraz edir.

Səbinə Məmmədovanın sözlərinə görə, yayılan videoya görə yanvarın 13-də anidən vəzifəsindən uzaqlaşdırılıb.

S.Məmmədovanın işdən çıxarılması səbəbi kimi xəstələrdən birinin  “vəziyyətinin ağırlaşmasının səbəbini araşdırmamaqda, vərəm aşkar olunmasını nəzərə almadan, onu təsiri olmayan dərmanlarla müalicə etməkdə” günahlandırılır.

S.Məmmədova isə həmin uşağın onun xəstəsi olmadığını deyib: “O, xəstəxanaya 2017-ci ilin oktyabrında daxil olub və həkim Svetlana Məmmədovanın xəstəsi olub. Dekabrda xəstənin vəziyyəti ağırlaşıb. Şöbə müdiri onun müalicəsini xəstəxanada əmrsiz işləyən Aygün Hacıəliyevaya tapşırıb. Yəni müalicəni o aparıb, xəstəlik tarixçəsinə də özü imza atıb. Dekabrın 7-də müalicə başlayıb, 11-də diaqnoz qoyulub. Həmin ərəfədə Səhiyyə Nazirliyində rezidentlərin bölgüsü olanda müəssisənin rəhbəri Aygün Hacıəliyevanın bölgüyə getməsinə imkan vermədi ki, getsə, onu hansısa rayona göndərərlər. Az sonra direktor onun əmrini başqa şöbəyə verdi. Nəticədə xəstə həkimsiz qaldı. Valideyni Xumarə Yusifova məndən xahiş etdi ki, uşağı mən müalicə edim. Bir həftə ona nəzarət etdim və xəstəni sağaldıb, evə yola saldım. Xəstənin vəziyyətini ağırlaşdıran, analizini gizlədib səhv diaqnoz qoyan, həmin səhv diaqnozu  əsaslandıran həkimlər haqqında heç bir tədbir görülmür, xəstəni sağaltdığım halda, mən işdən çıxarılıram”.

Həkimin sözlərinə görə, sözügedən xəstə haqda söylədiklərini uşağın valideyni də yazılı izahatında təsdiqləyib.

Xatırladaq ki, S. Məmmədova 1998-ci ildən işdən azad edilənədək həmin institutda çalışıb.

Gülnaz Qənbərli
Gununsesi.info

 

Əvvəlki yazı

10 yaşlı Jalə Mehriban Əliyevadan kömək istəyir

Sonrakı yazı

Bakıda direktor və müəllim şagirdi döydü, işə polis qarşdı – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.