10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Millət vəkili Q.Paşayevanın və Türkiyənin tanınmış təsəvvüf araşdırmaçısı-yazar C.Sarqutun İlahiyyat İnstitutunda kitablarının təqdimatı və imzalanması olub

11 May 2019, 15:53
Cəmiyyət
A A
Millət vəkili Q.Paşayevanın və Türkiyənin tanınmış təsəvvüf araşdırmaçısı-yazar C.Sarqutun İlahiyyat İnstitutunda kitablarının təqdimatı və imzalanması olub

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) millət vəkili Q.Paşayevanın “Allah sevən qəlblərdədir” və onun rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvətilə ölkəmizə səfər edən qardaş Türkiyənin tanınmış təsəvvüf araşdırmaçısı-yazar, Üsküdar Universitetinin rektor danışmanı Camalnur Sarqutun “Cani Candır” adlı kitablarının Ramazan ayı münasibətilə təqdimatı və imzalanma mərasimi olub.Aİİ rəhbərliyinə və tədbirdə iştirak edən hər kəsə təşəkkür edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva özəlliklə gənclərin kitablara böyük maraq göstərmələrindən məmnun olduğunu deyib. Bu kitabların gənclərimizin sağlam ruhda, milli-mənəvi dəyərlərə bağlı yetişdirilməsinə öz töhfəsini verə biləcəyini deyən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin Q.Paşayeva gənclərimizin mənəvi dünyalarını zənginləşdirməyə daha da çox diqqət yetirməyə çağırıb. Aİİ-nin rektoru Ceyhun Məmmədov bu cür tədbirlərin institutda keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayib, mənəvi dəyərlərimizə daha çox sahiblənməyimiz üçün daha da çox çalışmalıyıq deyib. Türkiyənin tanınmış təsəvvüf araşdırmaçısı-yazar, Üsküdar Universitetinin rektor danışmanı C.Sarqut təsəvvüf elmi haqqında danışaraq bu elmin inkişafında bır sıra böyük Azərbaycan şəxsiyyətləri haqqında məlumat verib. Sonra millət vəkili Q.Paşayeva və  Türkiyənin təsəvvüf araşdırmaçısı C.Sarqut kitablarını oxucular üçün imzalayıb, müəllifi olduqları kitablarla bağlı sualları cavablandırıblar. Millət vəkili Q.Paşayeva və Türkiyənin tanınmış təsəvvüf araşdırmaçısı-yazar, Üsküdar Universitetinin rektor danışmanı C. Sarqut Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov ilə də görüşüblər. C.Sarqutu ölkəmizdə salamlayan Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov “Müasir dünyamızda mənəviyyat problemi və kamilliyə gedən yol” mövzusunda seminar verdikləri üçün ona və millət vəkili Q.Paşayevaya təşəkkürünü bildirib və belə görüşlərin və səfərlərin iki ölkə arasında elm, sənət, mədəniyyət əməkdaşlığını daha da gücləndirdiyini qeyd edib.  Aİİ-nin rektoru C.Məmmədov Cemalnur Sargutun təsəvvüf və ümumən ilahiyyat sahəsində dəyərli əsərlər yazdığını, geniş oxucu auditoriyası qazandığını, həmin əsərlərin Azərbaycanda da maraqla qarşılandığını vurğulayıb. Görüşdə iştirak edən millət vəkili Q.Paşayeva bu ilin cənab Prezident İlham Əliyev tərəfindən “Nəsimi ili” elan edilməsi barədə danışaraq, İslam dininin gənc nəsillərimizə doğru öyrədilməsinə və təsəvvüfdə xüsusi yeri olan böyük şəxsiyyətlərimizin İslam əxlaqı anlayışının həm öz nəsillərimizə, həm də dünyaya çatdırılmasına ehtiyac olduğunu deyib və bu istiqamətdə Aİİ ilə C.Saqrutun təmsil etdiyi Üsküdar Universitetində Təsəvvüf Araşdırmaları İnstitutu arasında  əməkdaşlığın faydalı olacğına inandığını deyib və uğurlar arzulayıb. Türkiyənin tanınmış təsəvvüf araşdırmaçısı-yazar, Üsküdar Universitetinin rektor danışmanı C. Sarqut Üsküdar Universiteti və bu universitetdə fəaliyyət göstərən Təsəvvüf Araşdırmaları İnstitutu ilə Aİİ arasında əməkdaşlıqda maraqlı olduğunu vurğulayib və bu istiqamətdə bir sira təkliflərlə çıxış edib, O bildirib ki, təsəvüf elminin inkişafında Azərbaycanın bir çox böyük şəxsiyyətlərinin xüsusi yeri var və onların tanıdılması istiqamətində iki qardaş ölkə Azərbaycan və Türkiyə bir sira ortaq layihələr həyata keçrə bilər. Mədəniyyətlərarası dialoqun qurulması üçün müxtəlif din nümayəndələrinə İslam dininin mahiyyətini düzgün şəkildə anladılmasının vacibliyini qeyd edən Camalnur Sarqut bu məqsədlə dünyanın müxtəlif ölkələrində təsəvvüflə bağlı tədbirlər keçirdiyini  bildirdi. Azərbaycan bizim üçün qardaş ölkədur və Azərbaycanla əməkdaşlıq bizim üçün də çox vacibdir deyə C.Sarqut bildirib. , Üsküdar Universitetinin rektor danışmanı C. Sarqutun fikir və təklifərini dəstəkləyən Aİİ-nin rektoru C.Məmmədov inşallah əməkdaşlığımız genişlənəcək və təsəvvüf elminin inkişafında xüsui yeri olan Azərbaycanın böyük şəxsiyətlərinin dünyada daha geniş tanıdılması bizim üçün əhəmiyyyətlidir deyib və cənab Prezident İlham Əliyevin bu ilin “Nəsimi ili” elan olunmasını xüsusi vurğulayaraq qardaş Türkiyənin qurumları ilə əməkdaşlığa hər zaman hazırıq deyib. Millət vəkili Q.Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvətilə ölkəmizə  səfər edən Türkiyənin tanınmış təsəvvüf araşdırmaçısı-yazar, Üsküdar Universitetinin rektor danışmanı C.Sarqut eyni zamanda N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda da olub. Tədbiri giriş sözü ilə İnstitutun direktor müavini, filologoya üzrə fəlsəfə doktoru, dos. Aygün Bağırlı açıb. Aygün Bağırlı çıxışında İnstitutun direktoru akademik İsa Həbibbəylinin salamlarını qonaqlara çatdırıb. O, çıxışında bildirib ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tarixi kökləri olan təsəvvüflə bağlı tədqiqatlar aparılır və bu görüş gələcək əməkdaşlıq üçün əhəmiyyətlidir. Daha sonra Camalnur Sargut Türkiyədə Təsəvvüf Araşdırmaları İnstitutunun qurulması və fəaliyyəti ilə bağlı çıxış edib. Qonaq çıxışında Türkiyədə Təsəvvüf fəlsəfəsinin tarixi və onun müasir tədqiqat istiqamətləri barədə iştirakçıları məlumatlandırıb və onları maraqlaandıran suallara cavab verib.

Əvvəlki yazı

Xırdalan-Bakı arasında sərnişinləri döşəməsi qopmuş avtobus daşıyır – VİDEO

Sonrakı yazı

“The New York Times”:”İmamoğlu – Ərdoğanın özü tərəfindən yaradılmış mükəmməl bir rəqibdir”

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.