11-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Fəxrlə deyirlər ki, gömrük ödənişləri artıb” – İş adamları üçün karqo böhranı

10 May 2019, 21:57
Gündəm, Banner
A A
“Fəxrlə deyirlər ki, gömrük ödənişləri artıb” – İş adamları üçün karqo böhranı

“Binə” və “Sədərək” Ticarət mərkəzlərində çalışan sahibkarların fəaliyyətində problem yarandığı haqda məlumat vermişdik. Sahibkarlar daşımaçılıqda xidmət haqqının artdığını, eyni məhsula ayrı-ayrı qiymətlər qoyulduğunu bildirirlər. 

Onların sözlərinə görə, bu gün Çindən Azərbaycana gətirilən müxtəlif mallar üzrə daşımaçılığın 1 kubu 750 dollar civarında dəyişilir. Çin karqo şirkətinin rəhbəri isə artımın səbəbini onlar tərəfindən yox, Azərbaycan Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi rüsumlarla əlaqələndirib.

Karqo şirkətləri tərəfindən  tez-tez qiymət dəyişikliyinin, həmçinin gömrükdə qiymətlərin necə tənzimlənməsi ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Sabah”a açıqlamasında bildirib ki, Azərbaycanda gömrük fəlsəfəsi doğru-düzgün yerinə yetirilmir:

“Azərbaycanın gömrük siyasəti ilə bağlı ciddi problemlərin olduğu artıq hər kəsə məlumdur. Söhbət gömrükdə hər hansı korrupsiyanın və ya əməllərin olub-olmamasından getmir. Azərbaycanda gömrük fəlsəfəsi doğru-düzgün yerinə yetirilmir. Əgər yerli istehsal olsaydı, həmin məhsullar Çindən gətirilməzdi. Burada sadə məntiq var. Çindən gətirilən məhsulları Azərbaycanda əvəz edəcək istehsal sahələri yoxdur. Bundan belə bir nəticəyə gəlmək olar ki, Çindən gətirilən məhsullar Azərbaycanda istehsal olunmursa, daha liberal və yumşaq gömrük siyasəti aparmaq lazımdır ki, ən azından gətirilən məhsulların qiyməti artmasın.

Bu da bazarda qiymətlərə təsir edib insanların cibinə zərbə vurmasın. Çox təəssüfedici haldır ki, Gömrük Komitəsi işçiləri və rəhbərliyi tez-tez TV-lərdə fəxrlə qeyd edirlər ki, gömrük ödənişləri və ya gömrükdə yığımlar kifayət qədər artıb. Sanki bu gömrüyün istehsal sahəsidir, zavoddur, fabrikdir, nəsə istehsal edib, satıb, pul qazanıb dövlət büdcəsinə ödəyib. Gömrüyün yığdığı əlavə pulun tamamını iş adamları məcburən mal və xidmətin üzərinə qoyurlar. Həmin vəsait bizim cibimizdən çıxır”. 

N.Cəfərli qeyd edib ki, Azərbaycanda gömrük orqanlarının iş fəlsəfəsi kökündən yanlışdır:

“Dünyanın istənilən ölkəsində gömrük orqanları daxili bazarın, daxili istehsalçıların qorunması üçün fəaliyyət göstərirlər. Hansı sahələrdə daxildə istehsal var, o istehsalın qorunması və genişlənməsi üçün gömrük  siyasətinin həyata keçirilməsində maraqlı olurlar. Azərbaycanda isə tam fərqli vəziyyət yaranıb. Azərbaycanda daxili istehsalı 0 olan, hətta sosial xarakterli məhsullara belə gömrük tətbiq olunur. Çox maraqlı tətbiqetmə qaydaları var. Azərbaycan qanunvericiliyinə görə, 0%-dən 15%-dək gömrük rüsumu tətbiq oluna bilər. Nədənsə 0% deyil, əksər məhsullara 15%, yəni maksimal gömrük rüsumu tətbiq olunur. Bu, Azərbaycanda bahalaşma yaradan əsas amillərdən biridir”.

Ekspertin sözlərinə görə, qiymətlərin artması rəqabətsizlik mühitindən irəli gəlir:

“Rəqabətsizlik mühiti hökm sürdüyündən, gömrüyə yaxın şirkətlərin daşımaları həyata keçirməsindən bu, daşıma şirkətləri və gömrükdən keçərkən alınan xərclərin artmasına gətirib çıxarır. Əgər rəqabətli mühit olsaydı, daxili və xarici karqo şirkətlərinin normal  mal fəaliyyətinə qanunvericilik çərçivəsində  imkan verilsəydi, daşıma xərcləri də xeyli aşağı düşərdi. Bu anlamda Çin tərəfdən açıqlama tamamilə doğrudur.

Yəni bahalaşma onlardan qaynaqlanmır. Bu, yerli  şirkətlərdən asılıdır, hansılar ki, gömrüklə əlbir çalışırlar. 

Ümumiyyətlə gömrük və vergi tez-tez dəyişirsə, oyun qaydaları, ödəniş həcmləri  dəyişirsə, bu iş adamlarına ən böyük zərbə vuran amildir. Çünki iş adamları ən azından öz işlərini bir neçə il öncədən planlaşdırmğa çalışırlar. 1-2 illik biznes plan tərtib edirlər. Xərc və gəlirlərini hesablayırlar. Bu işlə məşğul olub-olmayacaqları ilə bağlı qərar verirlər. Onlar işə zamanla adaptasiya ola, yeni qaydalara uyğunlaşa bilmirlər. Qurduqları plan alt-üst olur. Yeganə çıxış yolunu qiymət artımında görürlər. Yəni bu onların günahı deyil, məcburən qiyməti artırırlar ki, ayaqda qala bilsinlər. Amma Azərbaycanda da alıcılıq qabiliyyətinin aşağı olduğunu nəzərə alsaq qiymət qalxdıqca da dövriyyələri, satış həcmləri azalır və gəlirləri aşağı düşür”.

Natiq Cəfərli vurğulayıb ki, karqo şirkətləri adi özəl şirkətlər olmalıdır:

“Karqo şirkətləri qanunvericilik çərçivəsində fəaliyyət göstərsəydi və gömrük orqanlarına arxayın olmasaydılar ki, heç kim bunlara heç nə deməyəcək bu addımı ata bilməzdilər. Karqo şirkətləri adi özəl şirkətlər olmalıdır. Bunların qiyməti diktə etmək səlahiyyətləri yoxdur, imkanları da olmamalıdır. Rəqabətli mühit yaransaydı, Azərbaycanda onlarla karqo şirkəti  fəaliyyət göstərsəydi və buna imkan yaransaydı bu vəziyyət yaranmazdı.

Çünki gömrük orqanları özünə yaxın şirkətlərin fəaliyyətinə daha çox imkan yaradır. Bunun nəticəsində rəqabətsizlik mühiti yaranır və bu şirkətlər özünü dövlət qurumu kimi aparır. Bu da biznesin işinə, iş adamlarına zərbə vurur”.

“Karqoda malların saxlanması qiymət artırmaq üçün bir bəhanədir”, deyə ekspert əlavə edib:

“Əgər Azərbaycanda məhkəmə sistemi olsaydı sahibkarlar faktla bağlı həmən məhkəməyə müraciət edərdi və karqo şirkətlərini böyük məbləğdə cərimələyə bilərdilər. Sonradan bu şirkətlər də o addımı atmazdı. Təəssüf ki, bu mexanizm də Azərbaycanda çalışmır”.

Əvvəlki yazı

Criminal.az: Saytımıza DDOS hücumları edilir

Sonrakı yazı

Abşeronda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə bağlı tədbir keçirildi

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.