07-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

MUSABEKOVUN “BÖYÜK İFŞASI”… – “Popkorn deputatlığı”

08 May 2019, 19:49
Gündəm
A A
MUSABEKOVUN “BÖYÜK İFŞASI”… – “Popkorn deputatlığı”

Azərbaycan Milli Məclisinin üzvü, Azərbaycanın dövlət büdcəsindən maaş alan, nəhayət, özü də təmiz azərbaycanlı olan hörmətli deputatımız Rasim Musabəyov “Расим Мусабеков” kimi qeydiyyatdan keçirdiyi öz “feysbuk” səhifəsində qadasın aldığımız rus dilində (!) bir status və şəkil paylaşıb – təbii ki, ruslar üçün yox, bizim üçün…

Deputatın yazdıqlarından və şəkildən belə məlum olur ki, şəhərdəki yeraltı keçidlərin birində qarşılaşdığı mənzərə onun vicdanını bərk sızladıb. Başa düşüləndir, zarafat deyil – bir uşaq icazə almadan keçiddəki elektrik enerjisindən istifadə edərək, vergi ödəmədən(!) popkorn satır. Deputat deyir ki, məmurlar hara baxırlar, niyə tədbir görülmür, niyə bizi qonaqların yanında biabır edirsiniz və sair. Halaldır, vallah! Bax, budur əsl vətəndaş mövqeyi! Doğrudan da Azərbaycanda heç bir deputat bu talançılığa, bu soyğunçuluğa, bu israfçılığa dözməzdi, amma Rasim müəllim dağdır ki, gözü ilə görüb, amma dözüb!

İndi isə zarafatı bir tərəfə qoyaq. Görəsən, bizim millətin günahı nədir ki, başına bu işlər gəlir? Beləmi olmalıdır bu millətin vəkili? Doğrudur, keçidlər təmiz saxlanmalıdır, küçə ticarəti olmamalıdır və sair. Amma adam soruşmur ki, bu yetkinlik yaşına çatmayan uşaq nəyə görə yerin altında bir tikə çörək üçün saatlarla ayaq üstə durub, qəpik-quruş qazanmalıdır, niyə məktəbdə deyil, görəsən dərdi, problemi nədir, ailəsi hansı vəziyyətdədir? Demir ki, Bakının bazarlarında, küçələrində belə uşaqlar yüzlərlə, minlərlədir! Demir ki, bu uşaqları küçələrdən yığıb, onların problemlərini həll etmək, məktəbə, təhsilə yönəltmək lazımdır.

popkorn rasim

Axı zəhmət çəkib öz dilində yazmağı belə rəva görməyən, əvəzində adını millət vəkili qoyan bir adam özünə bəlkə də evində kimlərinsə çörəkpulu gözlədiyi uşaqdan az qala “danos” yazmağı necə yaraşdıra bilir? Guya Расим Мусабеков(!) bilmir ki, o uşaq nəinki yandırdığı işığın pulunu, hələ əlavə haqq da verməsə onu orada bir dəqiqə də saxlamazlar? Axı nəyi qoyub, nəyi axtarır bu deputat? Sanki böyük bir korrupsiya layihəsini ifşa edib, hələ “au…” da deyir. Görəsən, dövlətin malını, büdcəsini çapıb-talayan, yaratdıqları şirkətlərdə milyonları vergidən yayındıran məmur-oliqarxlara da “au…” deyə bilərmi, cürəti çatarmı?

Deputat deyir ki, belələri bizi xarici qonaqların qarşısında biabır edir. Əslində, xarici qonaqların, dünyanın qarşısında bizi necə seçildiyi bəlli olmayan (Sözgəlişi belə yazıram, hər şey bəllidir-C.M.), seçicilərin böyük əksəriyyətinin illərlə üzünü görmədiyi, tanımadığı bəzi deputatlar, 700 manat rəsmi maaş alıb, 7 arxa dönənini milyonçuya çevirən məmurlar daha çox biabır edir.

Ümumiyyətlə, bizi xaricilərin qarşısında biabır edən o qədər səbəblər var ki… Həmin o uşaq parlamentdə və müxtəlif vəzifələrdə oturan yoğun kişilərin çoxundan fərqli olaraq, halal çörək qazanır.

Yeraltı keçiddən popkorn qoxusunun gəlməsi faciə deyil, amma ailəsi çörək puluna möhtac olan uşağa sahib durmaq əvəzinə bir millət vəkilinin onu az qala cinayətkar, talançı kimi təqdim etməsi, onun mövcudluğundan utanması(!) faciədir! Bəzi sosial şəbəkə istifadəçiləri hətta fotodakının qız uşağı olduğunu bildirirlər. Əgər belədirsə, onda ümumiyyətlə soyadında “bəy” sözü olan bu adama deməyə söz qalmır. ..

Bədbəxtçilik ondadır ki, bu təfəkkürün sahibləri bizi ermənilərə qarşı ideologiya müharibəsində təmsil edirlər, daha doğrusu etməlidirlər. Elə bu təmsilçiliyin nəticəsi də göz önündədir və bu nəticə heç də sevindirici deyil. Hələ bu adamlardan millətin gələcəyini, firavanlığını təmin edən qanunlar, əməllər də gözləyirik…
Mixail Bulqakovun “İt ürəyi” əsərində məşhur bir ifadə var: “Bizim ölkənin bədbəxtçiliyi ondadır ki, dərman qəbul etməli olan adamlar qanun qəbul edirlər…”

Cəlal MƏMMƏDOV
AzPolitika.info

Əvvəlki yazı

GENERAL 5 RƏİSİ İŞDƏN ÇIXARDI – Səfərbərlik Xidmətində kadr dəyişiklikləri

Sonrakı yazı

“Rasim Musabəyov, elə cəsarətlisənsə, büdcəni talayan məmurlardan vergilərə şikayət elə” — Hafiz Hacıyev deputatı “TOPA TUTDU”

Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55
Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

07 Sentyabr 2025, 13:02
Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

07 Sentyabr 2025, 12:59
İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

07 Sentyabr 2025, 12:57
Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

07 Sentyabr 2025, 12:54
Özbək bloqer diri-diri məzara girdi – Video

Özbək bloqer diri-diri məzara girdi – Video

07 Sentyabr 2025, 12:53
Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

07 Sentyabr 2025, 12:51

Dünənki qəzada sərnişinləri belə xilas edibmiş (VİDEO)

07 Sentyabr 2025, 12:41
Sabah hava necə olacaq?

Leysan yağıb, duman olub

07 Sentyabr 2025, 12:37
Zelenski gecəki kütləvi hücumdan danışdı

Zelenski gecəki kütləvi hücumdan danışdı

07 Sentyabr 2025, 12:28
Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

05 Sentyabr 2025, 15:10
Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

05 Sentyabr 2025, 14:52
Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

05 Sentyabr 2025, 14:51
Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

05 Sentyabr 2025, 14:48
Prezident SƏRƏNCAM imzaladı

Prezident SƏRƏNCAM imzaladı

05 Sentyabr 2025, 14:46

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

05 Sentyabr 2025, 14:45

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.