04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ABŞ kəşfiyyatı “Vagnerin ordusu”na hücum əmri verən oliqarxın danışıqlarını sızdırdı

23 Fevral 2018, 23:41
Siyasət
A A
ABŞ kəşfiyyatı “Vagnerin ordusu”na hücum əmri verən oliqarxın danışıqlarını sızdırdı

 

Kremlə yaxın rusiyalı biznesmen-oliqarx Yevgeni Priqojin fevralın 7-də “Vaqnerin ordusu” kimi tanınan Rusiya muzdlularının Deyr əz-Zor əyalətində ABŞ-ın dəstəklədiyi “Suriya Demokratik Qüvvələri”nin nəzarətində olan “Konoko” neft-qaz emalına hücumu şəxsən hazırlayıb və koordinasiya edib.  Üstəlik bu hücumu “Rusiya naziri” ilə razılaşdırıb.

Virtualaz.org xəbər verir ki, Priqojinin tamamilə iflasa uğrayan və yüzlərlə muzdlunun Amerika aviasiyasının zərbələrinə məruz qalıb öldürülməsi ilə nəticələnən bu hücumda şəxsən rolu olduğuna dair kəşfiyyat məlumatları “The Washington Post” qəzetinə sızdırılıb.

Qəzet ABŞ kəşfiyyatının sızdırdığı məlumatlara əsasən yazır ki, oliqarx Priqojin həmin hücumdan əvvəlki bir neçə gün ərzində və hücumdan sonra Kremllə və Suriya rejimi nümayəndələri ilə sıx təmasda olub. Amerika kəşfiyyatı Priqojinin həmin hadisələr dövründə apardığı danışıqları qeydə alıb və onun bir hissəsini qəzetə ötürüb.

Belə ki, yanvarın sonlarında ələ keçirilmiş məlumatlara əsasən Priqojin hansısa yüksək vəzifəli Suriya məmuruna adı göstərilməyən Rusiya nazirindən “sürətlə və güclü şəkildə irəliləmək” barədə icazə aldığını çatdırır. Yazışmalardan məlum olur ki, Rusiya tərəfi Suriya rəhbərliyinin icazəsini gözləyir.

Yanvarın 30-da Priqojin bildirir ki, onda Suriya prezidenti Bəşər Əsəd üçün “fevralın 6-sı, 9-u arası baş verəcək” yaxşı sürpriz var. Daha bir kəşfiyyat məlumatına əsasən Suriyanın prezident işləri üzrə naziri Muhammed Fadlallah Əzzam Priqojinə “görəcəyi işə görə yaxşı qonorar” vəd edir.

Amerika kəşfiyyatının raportuna görə həmin dövrdə Priqojinlə prezident Administrasiyasının rəhbri Anton Vayno və onun müavini Vladimir Ostrovenko arasında intensiv danışıqlar olub. Danışıqlar fevralın 5-nə qədər davam edib və hücum cəhdini iflasa uğramasından sonra-fevralın 7-də gecə və fevralın 8-də gün ərzində bərpa olunub. Lakin bu danışıqların məzmunu barədə məlumat verilmir.

ABŞ administrasiyası və Pentaqon Priqojinin “Vaqnerin ordusu”nun hücumundakı roluna dair kəşfiyyat məlumatlarını qəzetə şərh etməyiblər. Lakin qəzet qeyd edir ki, bu ABŞ-ın 2015-ci ildən bəri Suriyanın şərqində yerləşdirdiyi xüsusi təyinatlı qüvvələri üçün ən ciddi təhdid idi. Adının açıqlanmasını istəməyən amerikalı rəsmi deyib ki, rusların bu əməliyyatdan yaxalarını necə tələsik geri çəkdiklərindən və məsuliyyət Suriya tərəfinin üzərinə atmalarından heyrətə gəlib.

Xatırladaq ki, həmin hücumda yüzlərlə “vaqnerçi” həlak olub, xeylisi yaralanıb. “Vagnerin ordusu” kimi tanınan özəl hərbi şirkətin sponsorunun Yevgeni Priqojin olduğu çoxdan məlumdur. Muzdlular onun “EvroPolis” adlı şirkəti ilə müqavilə bağlayaraq mülki işçilər adı altında Suriyaya göndərilirlər.Məlumatlara görə Priqojinin şirkəti Suriya rejimi ilə sövdələşmə bağlayıb ki, üsyançılardan azad edilən neft-qaz yataqlarında 25 faizlik payı onlara versinlər.

Bundan əvvəl ABŞ müdafiə naziri Ceyms Mettis və Hərbi-Hava Qüvvələrinin Qətərdəki Mərkəz komandanlığının rəhbəri, general Ceffri Harriqan Birləşmiş Ştatların başçılıq etdiyi koalisiyanın Deyr əz-Zordakı qərargahı həmin hücumdan bir neçə gün əvvəldən qüvvələrin, hərbi texnikanın cəmləşdirildiyini müşahidə etdiyini açıqlayıb. ABŞ hərbi komandanlığı Rusiya qərargahı ilə əlaqə saxlayaraq bu haqda xəbərdarlıq edib, lakin Rusiya tərəfi bildirib ki, onların hərbçiləri həmin rayonda yoxdur.

“Ruslar bizi əmin etdilər ki, planlaşdırılan hücum barədə onlara heç nə məlum deyil və Amerika komandanlığını rusların həmin əməliyyatda iştirakı yoxdur”-general Mettis bildirib.

Lakin 3 saat ərzində Amerika aviasiyasının “Vagnerin ordusu”nu şil-küt etməsindən sonra ruslar koalisiya qüvvələrinin qərargahı ilə əlaqə saxlayaraq yaralıları və ölənləri götürmək üçün atəşin dayandırılmasını xahiş ediblər.

virtualaz.org

Əvvəlki yazı

İlqar Ağazadə büdcədən əldə etdiyi vəsaitlə Azərbaycana ləkə yaxması… – içməli su kanalının zədələnməsində payı

Sonrakı yazı

SUMQAYITDA YAŞILLIQLARI MƏHV EDƏNİN KİMLİYİ MƏLUM OLDU! – Əli Həsənovun nəvəsiymiş…

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.