14-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İŞİD-in Avropaya qayıtmaq xəbərdarlığı: Bakı da hazırlıqlı olmalı

06 Aprel 2018, 09:53
Dünya
A A
İŞİD-in Avropaya qayıtmaq xəbərdarlığı: Bakı da hazırlıqlı olmalı

Arzu Nağıyev: “Azərbaycanın şimal sərhədləri daha güclü mühafizə olunmalıdır”

“İŞİD Suriya və İraqda məhv edildikdən sonra terrorçuların Afrikada aktivliyi artıb, cihadçılar Avropa və Asiyaya geri qayıdırlar”. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada keçirilən beynəlxalq təhlükəsizlik üzrə konfransda çıxışı zamanı  belə deyib.

Göründüyü kimi, Sergey Şoyqu İŞİD-in Avropa və Asiya qitələrinə qayıtmaq istəyini bildirir. Bu qitələrin sərhədləri isə Azərbaycanda kəsişir.

Ötən ilin payızında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev bildirmişdi ki, İŞİD sıralarında 900 azərbaycanlı var. Xidmət rəisi Mədət Quliyev onların özlərinin və ailələrinin sonrakı taleyindən də danışıb. Demişdi ki, onların əksər hissəsi döyüşlərdə həlak olub. O, xidmətin bu şəxslərlə bağlı fəal iş apardığını diqqətə çatdırmışdı. Mədət Quliyev İŞİD-in bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da terror aktları törətmək istədiyini, ancaq belə cəhdlərin qarşısının təhlükəsizlik xidməti əməkdaşları tərəfindən peşakarlıqla alındığını vurğulamışdı.

Bəs Sergey Şoyqunun məlum bəyanatından sonra Azərbaycan hansı addımları atmalıdır?

Təhülkəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev deyir ki, Rusiya müdafiə nazirinin bəyanatı sırf siyasidir: “Əgər doğrudan da İŞİD Avropaya və Asiyaya qayıdırsa, Rusiya Federasiyasının 89 subyektindən 11-i islam inanclıdır. İŞİD-in tərkibində vuruşanların sırasında Rusiya Federasiyasından olanlar çoxluqdadır. Həmin 11 subyektdən İŞİD sıralarına 5500-dən artıq şəxsin qoşulduğu haqda dəqiqləşmiş məlumatlar var. Onların yarısı döyüşlərdə qırılsa da, yarısının da geri qayıtmaq ehtimalı böyükdür. Qərbin Rusiyaya qarşı sanksiyalarının kəsərini bir qədər də artırmaq üçün Suriyada baş verən proseslərə dolayı müdaxilə etmək niyyəti ilə həmin sağ qalan döyüşçülərdən Rusiya ərazisində istifadə edəcəyi istisna deyil. İŞİD Avropaya və Asiyaya qayıdırsa, deməli, həmin çoxluğın bir hissəsi Rusiyaya və onun subyektlərinə, Dağıstana, Çeçenstana, Tatarıstana qayıdacaqlar. Şoyqu İŞİD Avropaya qayıdır deyəndə təkcə Qərbə gedəcəklərini nəzərdə tutursa, bu, düzgün fikir deyil. İŞİD eyni zamanda Rusiyaya qayıdır. Dağıstana qayıdacaqlarsa, Azərbaycan sərhədinə gəlib çıxacaqlar”. Arzu Nağıyev bildirir ki, İŞİD Avropaya və Asiyaya qayıdırsa, ilk növbədə Rusiya təhdid olunacaq. Buna görə də Azərbaycanın şimal sərhədləri daha güclü mühafizə olunmalıdır.

Ekspert bildirir ki, İŞİD-in tərkibində vuruşan  Azərbyacan vətəndaşlarının bir çoxu haqda ölkəmizin xüsusi xidmət orqanlarında məlumatlar var: “Onların orada nə işlə məşğul olduqları haqda düşünürəm ki, Azərbyacanın xüsusi xidmət orqanlarında məlumat var. Tam şəkildə əməliyyat şəraitinə nəzarət etmək lazımdır, eyni zamanda bu istiqamətdə bütün hüquq-mühafizə orqanları əlaqəli fəaliyyət göstərməlidirlər. Bundan başqa, vətəndaşları da maarifləndirmək və təlimatlandırmaq lazımdır. Azərbaycan əməliyyat şəraitinə düzgün nəzarət edir. Digər tərəfdən, hüquq-mühafizə orqanları və Cinayət Məcəlləsində olan bəzi dəyişikliklər də bu cür halların azalmasına səbəb olub. Yəni İŞİD-çi Azərbaycana gələcəksə, dərhal həbs olunacaq.

Arzu Nağıyev ile ilgili görsel sonucu

O, artıq qanunsuz silahlı dəstədə vuruşmuş biridir. Bu o demək deyil ki, onlar silahla gəlirlər. Öz yerlərində onlara biət etmiş şəxslərlə müəyyən işlər qurmaq üçün də onlar geri dönməyə cəhd edə bilərlər. Tək onu demək mümkün deyil ki, onlar gəlib özlərini partladıb terror aktı həyata keçirəcəklər. Proseslər davam edir. Hüquq-mühafizə və təhlükəsizlik orqanlarının üzərinə çox mühüm vəzifələr düşür. Terrorçuların hər yerdə adamları var, bunlara hər yerdə biət etmiş şəxslər mövcuddur. Tək onların bura gəlib nəsə edə biləcəklərini də düşünmək doğru deyil. Daxildən də nələrsə edə bilərlər. Gürcüstan son vaxtlar Qərb dövlətləri ilə yaxınlaşdıqca, koalisiyada iştirak etdikcə, bu hadisələr orada təkrarlanacaq. Artıq Gürcüstana Qərb kimi baxılır. Erməni terroru Azərbaycanın milli  təhlükəsizliyinə daim təhdiddir. Həmin təhdid müharibə şəraiti qaldıqca var”.

Arzu Nağıyev bildirib ki, Rusiya müdafiə nazirinin səsləndirdiyi fikirlər daha çox Suriyadakı durum, bazaların yerinin dəyişdirilməsi və Xəzər dənizinə nəzarətlə bağlıdır: “Rusiya tərəfi İŞİD-in sıralarına qoşulanların miqrantların sırasından olanlardan təşkil edildiyini vurğulayır. Həmin miqrantların əksəriyyəti də Orta Asiyadandır. Rusiya ərazisində son dövrlərdə tutulan beynəlxalq terror şəbəkələrinə bağlı dəstələrin üzvlərinin çoxu Orta Asiyadan çıxanlar olub. Serqey Şoyqunun son çıxışında səsləndirdiyi fikirlər düşünürəm ki,  siyasi bəyanata bənzəyir. Belə açıqlamalar mütəmadi olaraq verilir və təhdid təhlükəsi ilk növbədə Rusiyaya var”.

Arzu Nağıyev deyir ki, Rusiya Xəzərdəki hərbi dəniz donanmasının yerini dəyişməklə bu ərazilərə regiona aidiyyəti olmayan digər dövlətlərin gəlməsinə qarşı olduğunu nümayiş etdirir: “Xəzəryanı dövlətlərin siyasi, iqtisadi, yataqların işlənməsi baxımından mövqemizi ortaya qoymuşuq və bu mövqeyə uyğun siyasətimizi davam etdirəcəyik. Sadəcə olaraq Rusiya bu gün mövqe ortaya qoyur ki, Xəzər dənizinə ətrafındakı dövlətlər nəzarət etməlidir. Qərbin, ABŞ-ın hər hansı bir donanmasının olması ilə razı deyillər. Rusiya müdafiə nazirinin dilindən səslənən bəyanat bu qəbildən olan növbəti bəyanatdır. Sadəcə olaraq əməliyyat nəzarətini gücləndirmək lazımdır”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Əvvəlki yazı

120 ölkənin XİN rəhbəri Bakıda toplaşdı

Sonrakı yazı

SABİQ NAZİRLƏR HAKİMİYYƏTƏ QARŞI BİRLƏŞİB? – Xaricdə mühacirlərlə iş aparırlar

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

12 Avqust 2025, 15:31
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

12 Avqust 2025, 14:56
Saleh Məmmədov idarə rəisini işdən çıxardı

Saleh Məmmədov idarə rəisini işdən çıxardı

12 Avqust 2025, 14:15
Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

12 Avqust 2025, 14:03
Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

12 Avqust 2025, 14:01
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

12 Avqust 2025, 13:55
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

12 Avqust 2025, 13:41
Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

12 Avqust 2025, 13:39

12 Avqust 2025, 13:38
“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

12 Avqust 2025, 13:36
Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

12 Avqust 2025, 13:35
Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

11 Avqust 2025, 14:27
Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

11 Avqust 2025, 14:11
Vladimir Feketeyə “Dostluq” ordeni verildi

Vladimir Feketeyə “Dostluq” ordeni verildi

11 Avqust 2025, 13:55
Dövlət başçısından daha bir SƏRƏNCAM

Dövlət başçısından daha bir SƏRƏNCAM

11 Avqust 2025, 13:52
Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

11 Avqust 2025, 11:30
TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

11 Avqust 2025, 11:25
Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

11 Avqust 2025, 11:22
34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

11 Avqust 2025, 11:15
8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

11 Avqust 2025, 11:01

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.