12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

120 ölkənin XİN rəhbəri Bakıda toplaşdı

06 Aprel 2018, 09:51
Siyasət
A A
120 ölkənin XİN rəhbəri Bakıda toplaşdı

Azərbaycan Qoşulmama Hərəkatına sədr seçildi; Qarabağla bağlı mühüm mesajlar verildi

Aprelin 5-də Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı start götürdü. Tədbirin ilk günündə 120 ölkənin naziri iştirak edib. Konfrans iki gün davam edəcək.

Toplantıda həmçinin Türkiyə, İran, Şimali Koreya, Əfqanıstan, Hindistan, Fələstin, Ekvador kimi ölkələrin xarici işlər nazirləri, BMT Baş Assambleyasının sədri Miroslav Layçak da iştirak edib. Musavat.com xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev tədbirə gəlib və qonaqlarla hərarətlə görüşüb, onlarla foto çəkdirib. Daha sonra konfrans öz işinə start verib.

“Azərbaycan dünyada mədəniyyətlərarası dialoqa böyük töhfə verir”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev konfransdakı çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan öz tarixi ilə fəxr edir: “Əsrlər boyu Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh şəraitində yaşayıb. Azərbaycan həmişə multikultural ölkə olub. Azərbaycan bundan sonra da bu dəyərləri inkişaf etdirəcək”.

İ.Əliyev qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq: “100 il əvvəl yaradılan Azərbaycan Xalq Cümhuriyyəti qadınlara səsvermə hüququ verib. Bu, 100 il əvvəl azadlığın yüksək səviyyəsi idi. Biz 26 ildir müstəqilik. Lakin müstəqilliyin ilk illərində Dağlıq Qarabağ münaqişəsi, iqtisadi çətinliklərlə üzləşmişdik. İqtisadi müstəqillik önəmlidir. Ona görə də biz iqtisadi inkişafa önəm verdik. Bu gün Azərbaycan güclü iqtisadiyyata malikdir. Bizim iqtisadiyyatımız ötən 15 ildə 3 dəfədən çox artıb. Biz insan kapitalının inkişafını da diqqət mərkəzində saxlayırıq. Çoxlu məktəb, xəstəxana tikilib. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı, sağlamlığı dayanıb. Biz insanlarımıza yaxşı həyat şəraiti təmin etmək üçün bütün tədbirləri görürük”.

Azərbaycan prezidenti tədbirdə iştirak edən bir çox ölkələrin nazirlərini qəbul edib və ölkəmizin Qoşulmama Hərəkatında yerindən, eləcə də quruma üzv ölkələrlə Azərbaycanın yaxın əlaqələrindən danışıb.

Keçirilən səsvermədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatı nazirlər konfransının sədri seçilib. Eyni zamanda Azərbaycanın hərəkatın sammitinə ev sahibliyi edəcəyi də məlum olub.

“Azərbaycan və Ermənistan arasında həll olunmamış münaqişə təhlükəsizlik və iqtisadi inkişaf üçün əsas maneədir”. Bunu konfransındakı çıxışı zamanı Azərbaycan XİN rəhbəri deyib.

Nazir bildirib ki, Azərbaycana qarşı işğal 20 ildən çoxdur davam edir: “BMT 4 qətnamə qəbul edib. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş ərazilərdən çıxarılması tələb edilir. Bir çox təşkilatlar tərəfindən bu mövqe dəstəklənib. Qoşulmama Hərəkatı da Dağlıq Qarabağı mənim ölkəmin bir hissəsi hesab edir və münaqişənin ərazi bütövlüyümüz çərçivəsində həllini dəstəkləyir. Münaqişə nəticəsində yaranan ”status-kvo” heç zaman qəbul edilməyəcək”.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan BMT-də islahatların aparılmasını və Baş Assambleyanın rolunun artırılmasını dəstəkləyir: “Belə olan halda, BMT üzvlərinin üçdə ikisinin də səsi eşidiləcək və hörmət ediləcək. Münaqişələrin həlli nəinki həmin regionlar, eləcə də bütün dünyada sabitliyə gətirib çıxarır”. “Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqları və Qarabağ problemini Azərbaycan beynəlxalq aləmdə çox yaxşı anladır. Ərdoğan başda olmaqla, bizlər də hər yerdə bunu çox yaxşı anladırıq” – Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O qeyd edib ki, bütün sənədlərdə bu problemlə bağlı qəti şəkildə qərarlar əksini tapsa da, tətbiqi ilə bağlı heç nə edilmir: “Ermənistan hələ də Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Bu münaqişə sülh, barışıq yolu ilə tezliklə həll edilməlidir. Azərbaycan ehtiyac duyduğu hər an Türkiyə onun yanındadır”.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, bu cür mötəbər tədbirin Bakıda keçirilməsi Azərbaycanın bölgədə oynadığı rol baxımından əhəmiyyətlidir: “Yüzlərlə ölkənin xarici işlər naziri Bakıdadır, ayrıca xeyli ikitərəfli görüşlər keçirilib ki, bu da ölkəmiz üçün əhəmiyyətlidir. Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının tamhüquqlu üzvüdür. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində isə Qoşulmama Hərəkatına sədrlik edəcək. Azərbaycan vaxtilə Qoşulmama Hərəkatına ona görə üzv oldu ki, bir daha beynəlxalq aləmə balanslaşdırılmış xarici siyasət yürütdüyünü təsdiq etsin. Bu siyasət Azərbaycanı təhlükələrdən qorumalıdır. Azərbaycan Qərbə qarşı nə Rusiyanın, nə də Rusiyaya qarşı Qərbin yanında dayanmaq istəyir. Qoşulmama Hərəkatı Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir. Bu da rəsmi Bakı üçün vacibdir”.

3faf6bba-92c1-48b2-88f2-59785029a17f.jpg (238 KB)

fef1ba9d-dae3-4bc8-b7b3-3fc9549b2b21.jpg (201 KB)

image.jpg (507 KB)

Əvvəlki yazı

Gəlinin qohumları qayınatanı bıçaqladı – BİNƏDƏ

Sonrakı yazı

İŞİD-in Avropaya qayıtmaq xəbərdarlığı: Bakı da hazırlıqlı olmalı

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

12 Fevral 2026, 15:21
Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

12 Fevral 2026, 15:19
Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

12 Fevral 2026, 15:18
“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

12 Fevral 2026, 14:34
DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

12 Fevral 2026, 14:33
Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

12 Fevral 2026, 14:31
Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

12 Fevral 2026, 14:30
DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

12 Fevral 2026, 14:28
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

12 Fevral 2026, 14:27
Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.