12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

PROBLEMLİ KREDİTLƏRİN HƏLLİ GÜNDƏMDƏ – Güzəştlər və şərtlər necə olacaq?

05 Aprel 2018, 17:12
Sosial
A A
PROBLEMLİ KREDİTLƏRİN HƏLLİ GÜNDƏMDƏ – Güzəştlər və şərtlər necə olacaq?

Problemli kreditlər məsələsi Milli Məclisin aprel ayının 3-də baş tutan plenar iclasında bir daha gündəmə gətirilib. Artıq iqtidaryönlü deputatlar belə bu problemin ciddiliyini vurğulayıb, bir an öncə həllini tapması üçün təkliflər səsləndiriblər.

Milli Məclisin deputatı Siyavuş Novruzov çıxışında bildirib ki, insanların nə üçün kredit götürdükləri məsələsi araşdırılmalıdır: “Burada hesabat verilsin ki, nə qədər insan maşın almaq üçün kredit götürüb? Nə qədər insan krediti fermer təsərrüfatı üçün götürüb? Bunlar araşdırılmalıdır. Biri özünə maşın almaq üçün götürübsə, gedib kreditini ödəsin. Bəziləri yas mərasimi təşkil etmək üçün kredit götürüb. Bu insanlar nəzərə alınmalıdır. Məcburiyyətdən kredit götürmüş insanlara güzəşt olunmalıdır. Bu kreditlər insanların maddi vəziyyətinə uyğun dəyərləndirilməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb, amma problemlərin həlli ilə bağlı bir iş yoxdur”. Digər deputatlar da məsələ ilə bağlı təkliflər səsləndiriblər.

Müzakirələrin bu cür intensivləşməsi onu deməyə əsas verir ki, problemli kreditlər məsələsi ilə bağlı yaxın zamanda konkret qərar verilə bilər. Bəs görəsən, bu güzəştlər necə və hansı əsaslarla tətbiq olunmalıdır? Problemin həlli mexanizmi necə qurulmalıdır ki, bu həm dövlət, həm vətəndaş, həm də banklar üçün sərfəli olsun?

412684273İqtisadçı ekspert Rəşad Həsənov “Yeni Müsavat”ın suallarına cavab olaraq bildirib ki, baş vermiş devalvasiyadan sonra hansı sosial qrupa aid olmasından asılı olmayaraq, həm iqtisadi subyektlər, həm də vətəndaşlar zərər görüb:“Əgər biz müəyyən qruplaşdırma aparsaq və burada hansısa sosial qruplara hədəflənən güzəşt mexanizmləri tətbiq etmək istəsək, bu növbəti dövrlərdə diskriminasiya kimi izah oluna bilər. Ancaq mövcud vəziyyət onu deməyə əsas verir ki, faktiki olaraq hökumət bu istiqamətdə əhəmiyyətli bir addım atmaqda o qədər də qərarlı deyil. Daha çox konkretləşdirmə aparmaqla, əhatə dairəsini müəyyən qədər kiçiltməklə hökumətdən bu güzəşti qoparmaq olar. Belə olan halda məhdudiyyətlər də tətbiq oluna bilər. İlk olaraq bu məhdudiyyətlər müxtəlif kateqoriyalar üzrə qruplaşdırılmalıdır. Birincisi, valyutada olan kreditlər əsas güzəştli kateqoriya olaraq müəyyənləşdirilməlidir. Mən digər kreditlərlə bağlı da güzəştin edilməsi fikrini dəstəkləyirəm. Çünki təkcə məzənnə dəyişikliyi yox, ölkədə iqtisadiyyatın geriləməsi, gəlirlərin azalması səbəbindən də insanlar kreditləri ödəyə bilmirlər. Lakin birbaşa dövlət tərəfindən qəbul edilmiş qərar nəticəsində ədalətsiz şəkildə borc yükü ilə üzləşmiş insanlara güzəştin verilməsi dövlətin borcudur. Buna görə də mən ilkin olaraq valyutada olan kreditlərin önə çəkilməsini vacib hesab edirəm”.

İqtisadçı onu da vurğuladı ki, ötən 3 il ərzində bu kreditlərin əhəmiyyətli bir hissəsi ödənilib və bağlanıb: “2016-cı ildən əvvəl götürülmüş kreditlərin əksər hissəsi realizə olunub. Hazırda toksik aktivlərə çevrilən kreditlərin isə ödənilməsi heç bir halda mümkün olmayıb. Ona görə də, güzəştlərin tətbiqi zamanı ilk növbədə valyutada olan kreditlər əsas götürülməlidir. İkincisi, 2015-ci ilin 22 dekabrına qədər olan kreditlərdən söhbət gedir. Burada da qruplaşdırma aparmaq olar. Güzəştlər verilərkən, dolların 0.78 məzənnəsi ilə götürülən kreditlərə daha çox, 1.05 məzənnəsi ilə götürülən kreditlərə isə bir qədər az güzəşt edilməsi yanaşmasını ortaya qoymaq olar. Səbəb isə odur ki, 0.78 məzənnəsi ilə kredit götürən vətəndaşlar daha çox zərər çəkiblər. Ona görə də onlara daha çox güzəşt edilməsi məsələsi gündəmə gələ bilər.

Bundan başqa, kreditlərin təyinatı üzrə qruplaşdırma aparmaq olar. İstehlak məqsədli kreditlərlə biznes məqsədli kreditləri ayırmaq olar və hər iki istiqamətdə edilən güzəştlər üzrə faiz fərqi qoyula bilər. İstehlak məqsədli kreditlərə daha artıq güzəştin tətbiq edilməsinə ehtiyac var. Bu vəsaitlər hər hansı tələbatın ödənilməsi üçün götürülüb, bu səbəbdən növbəti mərhələdə əlavə dəyər yaratmayıb. Bu baxımdan məzənnə dəyişikliyindən sonra o borcun ödənilməsi daha ciddi çətinlik yaradır. Ancaq biznes üçün götürülən kreditlər növbəti mərhələdə əlavə dəyərin yaranmasına imkan verir və dəymiş zərərin təsirini nisbətən azaldır”.

R.Həsənov vurğuladı ki, daha çox parametrlər tətbiq etməklə prosesi çətinləşdirmək də olar, ancaq o da son nəticədə borcluların güzəştlərdən yararlanma imkanını məhdudlaşdıra bilər: “Digər bir məsələ isə odur ki, Azərbaycanda kreditlər çox zaman təyinatı üzrə istifadə olunmur. Ona görə də qruplaşdırma bu mexanizm üzrə aparılarsa əslində güzəştlərin düzgün olmayan hədəf qruplarına yönəlməsinə səbəb ola bilər. Çünki bəzi hallarda istehlak məqsədilə götürülən kreditlər biznesə yönəlib, bəzi hallarda biznes kreditlərini kimsə özünə ev almağa xərcləyib. Bu baxımdan məsələnin ədalətli həlli üçün çox da dərinə getmədən, qeyd etdiyim parametrləri nəzərə almaqla güzəşt mexanizmləri hazırlana bilər.

Adətən vəzifəli şəxslər kredit götürənləri ittiham edirlər ki, insanlar gələcəkdə onu necə qaytarmağı planlaşdırmırlar. Ancaq bu açıqlamalar hazırkı situasiyada yanlışdır. Çünki indiki situasiyada zərər birbaşa dövlət qurumunun qəbul etdiyi devalvasiya qərarından qaynaqlanır. Proqnozlaşdırmanı həyata keçirmək istəyən vətəndaşlar heç də bu həddə devalvasiya olacağını müəyyənləşdirə bilməzdilər. Vətəndaşlara doğru informasiya belə verilmirdi. Devalvasiyadan bir neçə gün əvvəl belə AMB sədri yanlış informasiyalar verməklə insanlarda düzgün olmayan qərar formalaşdırdı. Bu baxımdan vətəndaşların ittiham olunması doğru deyil. Hökumət bütün bu nöqsanlarının cavabını güzəşt və kompensasiyaların tətbiq olunması ilə verməlidir”.

Zərərin dövlət, bank və vətəndaş arasında 3 bərabər hissəyə bölünməsi məsələsinə gəlincə, R.Həsənov bildirdi ki, bu, mövcud vəziyyətdən yola çıxaraq gəlinmiş nəticədir: “Mənim bu məsələdə mövqeyim belədir ki, dövlət qurumunun verdiyi qərar əsasında vətəndaşa və ya biznes subyektinə dəymiş zərər birmənalı olaraq dövlət vəsaiti hesabına ödənilməlidir. Ədalətli olan budur. Lakin biz görürük ki, hökumət ötən 3 ildə bu istiqamətdə qərar qəbul etməyib. Biz indiki vəziyyətdə dövlət gəlirlərinin azalmasını, büdcə yükünü və sairi də nəzərə alaraq, məcburən bərabər bölgü mexanizmini təklif edirik. Çünki bankları da birbaşa zərbə altında qoymaq olmaz. Bu cür xilas yolu banklara da müəyyən qədər sərf edir. Vətəndaşların də ödəmə imkanı yoxdur, gəlirləri artmamaqla yanaşı, son iki il inflyasiyanın yüksək olması da gəlirləri ”yeyib”. 2016-2017- ci illərdə təkcə ərzaq məhsullarının qiymətində 40 faizdən çox bahalaşma olub. Bu baxımdan bütün yükü vətəndaşın da çiyninə qoymaq olmaz. Son çarə olaraq mən zərərin üç tərəf arasında bərabər bölünməsini təklif edirəm. Ancaq ilkin variant mümkün olsaydı, mən təklif edərdim ki, bu zərər birbaşa dövlət tərəfindən ödənilsin”.

Əvvəlki yazı

Prezident icra hakimiyyətlərinin səlahiyyətlərini azaltdı – FƏRMAN

Sonrakı yazı

14 İLƏ QURULAN MÜƏSSİSƏLƏR 3 İLDƏ ƏLƏ KEÇİRİLİB! – Milyardlıq talan

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

12 Fevral 2026, 15:21
Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

12 Fevral 2026, 15:19
Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

12 Fevral 2026, 15:18
“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

12 Fevral 2026, 14:34
DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

12 Fevral 2026, 14:33
Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

12 Fevral 2026, 14:31
Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

12 Fevral 2026, 14:30
DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

12 Fevral 2026, 14:28
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

12 Fevral 2026, 14:27
Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.