06-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ceyhun Bayramov ifşa oldu: “Qulaqardı elədiniz, “donos” yazdırdınız” – nazirin fiaskosu…

15 Aprel 2019, 10:56
Gündəm
A A
Ceyhun Bayramov ifşa oldu: “Qulaqardı elədiniz, “donos” yazdırdınız” – nazirin fiaskosu…

“Təhsil Nazirliyi yeni qaynar xətt yaratmağı düşünür. Təzəsini yaratmağa ehtiyac yoxdur, 146 qaynar xətt var onsuz da. Sadəcə olaraq elektron ünvanınıza, qaynar xəttinizə gələn müraciətlərə baxmaq lazımdır”.

Bu sözləri tanınmış təhsil eksperti Kamran Əsədov “faebook” səhifəsində yazıb. Onun sözlərinə görə, yeni qaynar xətt üçün niyə büdcə vəsaitini sərf edirsiz ki?

K.Əsədov ironiya ilə hesab edir ki, yeni qaynar xəttə sərf olunacaq vəsaitə nə qədər qonaqlıqlar vermək olar, şəkil çəkdirmək olar: 

“Məktəblərdə baş verən neqativ hallardan xəbər tutmaq üçün Amerikanı yenidən kəşf etməyə ehtiyac yoxdur. Mən sizin elektron ünvanınıza bu barədə kifayət qədər məlumat dəfələrlə yollamışam.

Sadəcə, görməzlikdən gəlmisiz, sizə məsləhət verənlərə inanmısınız, onları doğru saymısınız. Mən dəfələrlə sizə yazdım, dedim ki, gəmidə artıq yük var. Hətta “Nuh” da öz gəmisinə artıq yük götürmədi.

Bu gün qarşılaşdığınız və yaxın günlərdə qarşılaşacağınız ciddi problemlərlə bağlı sizin əsabələrinizə dəfələrlə dedim.

Qulaqardına vurdunuz, “donos” yazdırmağla məşğul oldunuz, qapı – qapı gəzib TV-lərə, saytlara, universitetlərə mənimlə əlaqə saxlamamağı, əməkdaşlıq etməməyi dediniz”.

Yenə də deyirəm, gəminizdəki artıq yükləri atmasanız, yaxın keçmişin trend mahnısı gündəm olacaq:
 “Bu qədər asandırmı çıxıb getmək?”

Ekspertin sözlərində ciddi ittihamlar var və onun atdığı “daş”lar birbaşa təhsil naziri Ceyhun Bayramovun “bostanı”na atılıb.

K.Əsədov açıq şəkildə bəyan edib ki, Təhsil Nazirliyi onun göndərdiyi şikayətləri araşdırmayıb, məhəl qoymayıb, ona efir və iş yeri qadağaları qoyub. Təbii ki, bu ittihamlar C.Bayramova şamil olunub və nazir münasibət bildirməlidir.

Faktiki olaraq, nazirliyin qaynar xətti işləmir, bunu ekspert bəyan edir, C.Bayramov isə yeni qaynar xətt yaradılmasına ehtiyac olduğunu söyləməklə indiki xəttin iflic olduğunu, fəaliyyətsizliyini dolayısı ilə təsdiqləyib.

Belədə ictimaiyyətdə suallar yaranır – nazirliyin hazırda mövcud olan qaynar xətti nə ilə məşğuldur, orada maaş alanlar hansı fəaliyyəti göstərirlər?
Sözsüz ki, təhsil sistemində olan eybəcərliklər, rüşvətxorluq, nəzarətsizlik, intizamsızlıq göz qabağındaydı. Elinanın intiharı isə bu proseslərin partlayışı oldu. Nazirlik indi hərəkətlənir ki, qaynar xətt yaradılsın.

Cahan.info xəbər verir ki, deməli, Elina intihar etməsəydi, C.Bayramovun yeni qaynar xətt yaradılması nəzərində olmayacaqdı, indiki qaynar xətt də “iş”inə davam edəcəkdi. Budur sistemin böhranı, işləksizliyi, idarəçiliyin sıfır dərəcəsində olması…

K.Əsədov bildirir ki, nazirlik məktubları, problemləri araşdırmayıb, təkliflərə qulaq asmayıb, cılızlıq edərək ona qadağalar qoydurub. Bu xırdaçılıqla nəyi ört-basdır etmək istəyiblər, hansı problemlərin həllinə nail olublar? Məgər bilmirdilər ki, bir partlayış bütün sistemi çalxalaya bilər.

Necə ki, digər sahələrdə də belə oldu: şəhid ailələrinin qan pulu aksiyaları, problemli kreditlərə görə özünü yandırmalar, səhlənkarlıqdan səhiyyədə ölüm halları və s.

Bu “xərçəng” indi də təhsildə özünü göstərir və Elina bir simvol oldu. C.Bayramova gəlincə, hələ də özünü nazir kimi təsdiqləyə bilməmiş, təhsilə aidiyyatı olmayan, iqtisadçı-maliyyəçi bir kadr kimi fəaliyyət göstərmiş, maliyyə nazirinin müavini olan qardaşı Azər Bayramov və hazırkı vergilər naziri Mikayıl Cabbarovun yuxarılara təqdimatı sayəsində karyera yüksəlişi olmuş naziri bu gedişlə hazırkı postunda o qədər çox vəzifə ömrü gözləmir…

Əvvəlki yazı

Əfruzələrdən Sevinclərədək: sistemin simvollarına – Zorakılığa SUSMA komitəsi…

Sonrakı yazı

Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

05 Sentyabr 2025, 15:10
Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

05 Sentyabr 2025, 14:52
Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

05 Sentyabr 2025, 14:51
Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

05 Sentyabr 2025, 14:48
Prezident SƏRƏNCAM imzaladı

Prezident SƏRƏNCAM imzaladı

05 Sentyabr 2025, 14:46

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

05 Sentyabr 2025, 14:45
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Sentyabr 2025, 14:44
Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

04 Sentyabr 2025, 17:00
Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

04 Sentyabr 2025, 14:59
Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

04 Sentyabr 2025, 14:56
Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

04 Sentyabr 2025, 14:55
Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

04 Sentyabr 2025, 14:53
Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

04 Sentyabr 2025, 14:46
Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

04 Sentyabr 2025, 14:45
Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

04 Sentyabr 2025, 14:43
23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

04 Sentyabr 2025, 14:29
Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.