05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Sərdar Cəlaloğlu PA-dan ayda 10 min dollar alır”- QALMAQAL

04 Aprel 2018, 17:54
Cəmiyyət
A A
“Sərdar Cəlaloğlu PA-dan ayda 10 min dollar alır”- QALMAQAL

Dünən axşam İctimai Televiziyanın efirində prezidentliyə namizədlərin debatının sonunda Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevi barəsində ittihamlar səsləndirib.

O, deputatı Azərbaycanı Rusiyanın təsirinə salmaq barədə fikirlər səsləndirməkdə suçlayıb.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən prezidentliyə namizəd, Milli Məclisin deputatı Qürdət Həsənquliyev bildirib ki, Sərdar Cəlaloğlunun ona bu şəkildə hücumu bir neçə səbəbdən ola bilər:

“Bir neçə il öncə o, dəfələrlə qəbuluma gəldi ki, adını çəkmək istəmədiyim, Prezident Administrasiyasında işləyən bir məmur ayda ona 10.000 dollar pul verir, amma o şübhələnir ki, həmin məmur ona pul “atır”. Məndən xahiş etdi ki, bu məsələyə aydınlıq gətirmək üçün ona kömək edim. Mən də dedim ki, bu çox çətin məsələdir, amma çalışaram nəsə öyrənim. Bundan sonra daha bir neçə dəfə gəldi ki, bəs nə oldu?

Onu mənim qapım ağzında boynubükük vəziyyətdə çox adam görüb. Dedim, təəssüf ki, heç nə öyrənə bilmədim. Bundan sonra o, məndən narazı qaldı. Bu hadisədən bir müddət sonra Türkiyə Suriya ilə sərhəddə rus təyyarəsini vurdu və mən həmin olaya münasibət bildirdim. Dedim ki, Türkiyənin buna tam hüququ çatsa da, siyasi baxımdan yanlış qərardır.

Zaman da mənim dediklərimi təsdiq etdi. Amma həmin vaxt bu adam gözləmədiyim halda məni Rusiyayönümlü olmaqda ittiham etməyə başladı. Bunun səbəbi təkcə məndən narazı qalması deyildi.

Türkiyə səfirliyinin keçmiş əməkdaşı Turgut Ər onu PKK lideri Dilanla görüşməkdə ittiham etmişdi və o, keçmişini unutdurmaq istəyirdi.

Üçüncü səbəbi isə ola bilərdi ki, debat zamanı cəsarəti çatmadı ki, mənim kimi desin, torpaqlarımızın işğalının arxasında Rusiya dayanıb.

Eyni zamanda onun Türkiyə ilə konfederativ dövlət yaradacağı açıqlaması ciddi insanlar arasında gülüş doğurmuşdu.

Mənim də deməyim ki, Razi bəyin Pakistanın nüvə silahını Azərbaycana gətirəcəyi nə qədər realdırsa, Sərdar bəyin də Konfederasiyası o qədər realdır, bu,ola bilsin ki, onu qıcıqlandırdı.

Artıq kimsə onu başa salmışdı ki, bu təkliflə özünün qeyri-ciddi adam olmağını təsdiq edib. O da mənə hücum edəndə demədi ki, mən niyə konfederasiyaya qarşıyam. Dedi ki, guya mən Türkiyə Azərbaycan dostluğuna qarşıyam”.

Prezidentliyə namizəd Q.Həsənquliyev qeyd edib ki, o, Qarabağ savaşında qardaş Türkiyə ilə bağlı xalqımızda illüziya yaradılmasının əleyhinədir:

“Mən deyəndə ki,Türkiyə Kəlbəcərdən dinc sakinlərin çıxarılması üçün Elçibəyə iki mülki vertalyot verməyib, məni düz danışmamaqda ittiham edirdilər.

Sonra İsgəndər Həmidov sağ olsun, Elçibəyin videomüsahibəsini yaydı, həmin adamlar susdu. Mən deyəndə ki, Qərb Türkiyəni məcbur etdi ki, müharibənin ən şiddətli dönəmində Ermənistana taxılla yardım etsin, yenə heç kim inanmadı. Amma sonra həmin vaxt Türkiyənin xarici işlər naziri olmuş Hikmət Çətin “Kanal D”də bunu açıq söylədi.

Yaxud biz hamımız bilirik ki, Prezident İlham Əliyevin sərt təpkisi olmasaydı, Sürix protokolları icra olunacaqdı.

Futbol diplomatiyasını da heç kim yaddan çııxarmayıb,Türkiyənin Ermənistanla bugünkü ticarət əlaqələrini də. Bütün bunlardan başqa Türkiyə bizə kömək etsəydi, niyə torpaqlarımız işğal olunurdu və 30 ildir işğal altındadır?!

Mən bilirəm ki,Türkiyənin münaqişəyə qatılması Rusiyanın da açıq formada müdaxiləsinə imkan yarada bilər, ona görə də istəyirəm xalqımız hər şeyi açıq bilsin. Biz özümüzə güvənməli və torpaqlarımızı özümüz azad etməliyik. Mənim dediyim budur”.

Əvvəlki yazı

MONOPOLİYA KİÇİK TİCARƏTİ “UDUR” – Minlərlə xırda mağaza sıradan çıxarılır

Sonrakı yazı

Bu 3 məmur seçkidən sonra vəzifədən gedəcək- İDDİA

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.