09-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ceyhun Bayramov jurnalistləri “mətbuat konfransı”na buraxdırmadı – ETİRAZ

13 Aprel 2019, 11:19
Gündəm
A A
Ceyhun Bayramov jurnalistləri “mətbuat konfransı”na buraxdırmadı – ETİRAZ

Dünən təhsil naziri Ceyhun Bayramov Bakı şəhərinin 162 nömrəli tam orta məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı mətbuat konfransı keçirib.

”Reportyor.info” xəbər verir ki bu barədə Unikal.org saytı yazıb. Qeyd olunur ki ,konfransda hadisə ilə əlaqədar aparılan xidməti araşdırmanın nəticələrinin açıqlanmalı idi. Lakin nazirlik qaş düzəltdiyi yerdə vurub göz çıxardıb. Ölkənin bir nömrəli gündəminə çevrilən hadisə ilə bağlı konfransa məhdud sayda media nümayəndəsi çağırılıb. Əvvəlcədən Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehovun müəyyənləşdirdiyi siyahıda adları olmayanlar isə konfransa buraxılmayıb.Bununla da nazirlik haqlı tənqidlərə dözümsüzlük nümayiş etdirərək KİV haqqında qanunu heçə sayıb.

Sosial şəbəkədə media nümayəndələri nazirliyin bu addımını sərt tənqid ediblər:

Rafael Becanov: Bu nazirin idarə etdiyi təhsil sistemi də belə olar. Adam mətbuat konfransı keçirmək istəyir və mətbuatı “ağ”lara, “qara”lara bölür. Yəni, özünün dediklərini yazanları çağırır. Belə mətbuat konfransı olur? Press-reliz paylamaq niyyətindədir görünür.

Bu düşüncəylə, bu yanaşmayla məktəblərdə hələ çox şeylər olacaq.

Belə idarəetmə, nazir, nazirlik olurmu? Özlərinin siyahısı varmış. Sizin siyahınız da elə idarəetməniz kimidir..
Ancaq adamlar yerində olmayanda belə gülməli görünən, ağlamalı işlər olur.

Görünür məktəblərə də nazir, onun əməkdaşları elə yanaşır. Ona görə də bu qədər özbaşınalıqdır…

Ziya Babayev: Təhsil Nazirliyində mətbuat konfransı keçirilir. Lakin bizi ora buraxmırlar. Deyirlər adınız siyahıda yoxdur.

Bəs cənab nazir bu konfransı keçirəndə, ora dəvət olunan jurnalistlər və ya KİV necə seçilir? Bəlkə biz Elinanın ölümü ilə bağlı verə biləcəyimiz suallara görə çağrılmamışıq?!

Miri Məcidli:Təhsil naziri intihar edən məktəbli ilə bağlı mətbuat konfransı keçirir. Mətbuat konfransına yalnız Nazirliyə sərf edənləri yazanlar dəvət olunub. Həmin TV onsuz da sizin dediyinizi yayımlayacaq. Bu saxta şou kimə lazımdır? Niyə həmin konfransda saytlar yoxdur?

Vilayət Muxtar: Nazir Ceyhun Bayramov, niyə belə əziyyət çəkirsiz ki? Özünüz danışın, özünüz çəkin, özünüz də paylaşın da… Deməli, nazir mətbuat konfransı keçirir, amma 3-4 media orqanını dəvət edib… Nazirlikdən isə deyirlər ki, siz gəlməyin, onsuz da içəri buraxılmayacaqsız… Bax budur sizin mətbuata nə dərəcədə açıq olduğunuz… Günahkarlar hər zaman suallara cavab verməmək üçün bu cür addımlar atır, mətbuatdan qaçır…

Famil Fərhadoğlu: Görün bəzi mətbuat katibləri mediamıza nə cür yanaşır. Təhsil naziri Ceyhun Bayramov intihar edən Elina ilə bağlı mətbuat konfransı keçirəcək. Amma, məsələnin əmması odur ki, konfransa nazirliyin özləri istədiyi jurnalistlər çağırılacaq. Bu nə yanaşmadır? Bu nə düşüncədir? Biri hörmətli nazirimizə desin ki, mətbuat katibi Cəsarət Valehov mətbuatı narazı salmağa davam edir. Bilmiş olsun. Mətbuat katibi olmaq o deyil ki, o işini özü istədiyi kimi qurmalıdır.

Əzizə İsmayılova: Təhsil Nazirliyi nəhayət ki, baş verən hadisə ilə bağlı mətbuat konfransı keçirəcək. Amma öz siyahısında olan agentliklər və televiziya kanalları üçün. Mətbuat konfransı dar çərçivədə təşkil olunub və bu gün həmin konfransda iştirak edəcək KİV-lərin siyahısı hazırlanıb. Əladır. Hər nazirliyin öz “kruq”u, öz jurnalisti varsa, daha əziyyət çəkib görüntü üçün niyə konfrans keçirirlər? Elə press relizi göndərsinlər vəssalam da. Hazır suallara cavab, onsuz da press relizin sual formasında olan variantıdır.

Medianın siyahıya düşə bilməyənləri də öz suallarına özləri cavab uydursunlar – həmişə olduğu kimi… Ya da suallara cavabları AzTV-dən, Azərtacdan və bu günə kimi hadisə ilə bağlı bircə cümlə belə yazmayan hörmətli siyahıda yer tutan seçilmiş həmkarlarından ala biləcəklər.

Vüsal Qarayev: Olmayan təhsilimizin nazirinin kürkünə birə düşüb. Deməli tələm-tələsik mətbuat konfransı keçirdir. Amma təsəvvür edirsiniz, özlərinə yaxın media xaric digərlərinin konfransa qatılmasına icazə vermirlər. Məsələhə “cebhe.info” saytı və “Cümhuriyət” qəzetinə qadağa qoyublar. Bu utanc vericidir hərəkətdir, analoqsuz bir şeydir. Belə rəzalət sadəcə ən geridəqalmış ölkələrdə baş verə bilər. Bu məhz təhsilimizin, təhsil nazirliyinin səviyyəsinə yaraşan hərəkətdir. Bu çoxdan ölmüş təhsilimizin son günlərini yaşayan rəhbərliyinin son çırpınışlarıdır. Nazir panika içərsində, süçluluq psixologyası ilə daha çox yanlışlara yol verir, yəni çırpındıqca batır. Yalnız nazir yox, nazirliyin ən az 90%-i, bütün təhsil ocaqlarının rəhbərliyinin 90%-i dəyişməlidir. Bu olmadıqca normal ölkədən, dövlətdən, cəmiyyətdən danışa bilmərik, hələ gələcək barədə heç düşünməyə dəyməz…

Sosial şəbəkədə onlarla jurnalistin bu addıma etiraz edən mövqeyi ifadə olunub.

Əvvəlki yazı

Daha bir məktəbdə hadisə – Bu dəfə müəllimlər əlbəyaxa oldu

Sonrakı yazı

İrandan Azərbaycana külli miqdarda narkotik keçirməyə cəhd göstərilib- Tutulanlar var

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29
Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

09 Sentyabr 2025, 13:27
“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

09 Sentyabr 2025, 13:24
Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

09 Sentyabr 2025, 13:21
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

09 Sentyabr 2025, 13:20
Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

09 Sentyabr 2025, 13:18
Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

08 Sentyabr 2025, 17:31
Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

08 Sentyabr 2025, 17:29
TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

08 Sentyabr 2025, 17:26
Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.