03-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“BİRDƏN İLHAM ƏLİYEV ƏLİNİ YELLƏYİB, DEDİ Kİ, MƏN GETDİM…” – “Azərbaycana 5 milyard dollara başa gələn İbrahimbəyov…”

11 Aprel 2019, 18:02
Cəmiyyət
A A
“BİRDƏN İLHAM ƏLİYEV ƏLİNİ YELLƏYİB, DEDİ Kİ, MƏN GETDİM…” – “Azərbaycana 5 milyard dollara başa gələn İbrahimbəyov…”

“Azərbaycanda müxalifət yekcins deyil. BAXCP və BQP-nin timsalında konstruktiv mövqeyi ilə fərqlənən parlament müxalifəti var, hansı ki, hər il gəlirlərin ədalətli və məqsədəuyğun bölünmədiyi iddiası ilə büdcə qanununun əleyhinə səs verir və hökumət Milli Məclisə hesabat verərkən onun fəaliyyətini qeyri-qənaətbəxş hesab edir. Əlbəttə, parlamentdə ayrı-ayrı məsələlər üzrə ciddi tənqidi çıxışlar edən digər partiyalar da var. Amma azsaylı müxalifət üzvləri parlament idarəetməsinə cəlb olunmayıb, proseslərə təsir imkanı çox məhduddur”.

“AzPolitika.info”nun məlumatına görə, bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), millət vəkili Qüdrət Həsənquliyev müxalifətin qarşıdan gələn seçkilərlə bağlı hazırlığı haqda danışarkən deyib.

Partiya sədrinin fikrincə, parlamentdən kənar müxalifət partiyaları “iqtidara qarşı kim daha çox radikallıq edər” yarışına çıxıblar. “Fürsət düşdükcə bir-birlərinə qarşı da dişlərini qıcayırlar. Əgər REAL partiya olaraq anlamağa başlayırsa ki, korporativ maraqlar naminə islam dinindən siyasi məqsədləri üçün istifadə etmək istəyənləri legitimləşdirmək istəyən Milli Şura ilə bir yerdə olmaq olmaz, çünki bu xalqımıza qarşı xəyanət olmaqla yanaşı həm də Qərbin dəstəyindən onları mərhum edə bilər, dərhal başlayırlar Cəmil Həsənlini onların üstünə salmağa ki, siz satqınsınız.Vaxtilə mandatına görə AXCP-dən imtina etmiş, deputat olarkən yazdığı əsərlərində mərhum prezident Heydər Əliyevin və indiki prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirən, övladının xeyir işində hərəkat üzvlərindən daha çox, Əli Əhmədov başda olmaqla, YAP rəhbərliyi ilə əhatə olunan, hər il digər deputatlarla birlikdə mərhum prezident Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edib, abidəsi önündə baş əyən Cəmil Həsənlinin kimisə hökümətlə bazarlıq etməkdə günahlandırması sadəcə ikrah doğurur. AXH haqqında isə danışmağa dəyməz.

Təlatümlü dəniz, dibindəki zir-zibili üzə çıxardığı kimi, ictimai həyatın təlatümlü dənizi olan xalq hərəkatı da zamanında səviyyəli vətənpərvər insanlara yanaşı çoxlu yaramazları, siyasi dələduzları üzə çıxardıb. Xalqımız uzun illərdir onlardan qurtula bilmir və əziyyət çəkir. Onlar danışdıqca ətrafı üfünət bürüyür. Abırlı və savadlı insanlar müxalifətə qoşulmağa tərəddüd edir. Bu səviyyəsizlər elə bilirlər söyüş söyməklə, təhqir etməklə rəqiblərini gözdən salırlar, amma anlamırlar ki, onlar səviyyədə olan 3-5 pozğundan başqa insanlar tüpürür onlara. İqtidardakıların idarəetmədə buraxdıqları bütün səhvlərə baxmayaraq, atalarına min dəfə rəhmət oxuyurlar. İnsanlar düşünəndə ki, elementar əxlaqa və mənəvi dəyərlərə sahib olmayan bu qaragüruh hakimiyyətə gələ bilər, onları dəhşət bürüyür”.

Q.Həsənquliyevin fikrincə, müxalifətin bu kəsimi təkcə özlərini yox, bütövlükdə müxalifəti gözdən salır: “Sosial şəbəkələrdə onların debatlarına bir az qulaq asın və bu ünsürləri xalqımızı təmsl edəcək iqtidar kimi gözünüz önünə gətirin. Onlar ölkənin siyasi həyatını o qədər korlayıblar ki, insanlar yalnız onların hakimiyyətə gəlməsi barədə düşünəndə dəhşətə gəlmirlər, həm də ona görə dəhşətə gəlirlər ki, birdən İlham Əliyev əlini yelləyib dedi ki, “sağ olun, mən getdim” və o zaman bu ölkə 93-cü ilin Gəncə qiyamı zamanı düşmüş vəziyyətdən də pis günə qalacaq. O halda nə zaman o zaman deyil, nə də ikinci Heydər Əliyev də yoxdur ki, ölkəni dağılmaqdan xilas edə bilsin.
Vaxtilə Azərbaycana 5 milyard dollara başa gələn rus agenti Rüstəm İbrahimbəyovu az qala xalqın vicdanı kimi təqdim etməyə çalışanlar, görəsən indi vicdan əzabı çəkirlərmi? Bu “intellekt” sahibləri müxalifəti bu günə salmalıydılar və salıblar da…”

Partiya sədri hesab edir ki, əgər iqtidar siyasi islahatlar yolu ilə konstruktiv müxalifətin güclənməsinə şərait yaratmasa, qarşıdan gələn seçkilər də ölkəmizdə normal müxalifətin formalaşmasına imkan verməyəcək. “Sağlam və güclü müxalifət olmadan isə nə ölkəmizin beynəlxalq nüfuzunu artıra, nə də cəmiyyətin indikindən artıq inkişafına nail olub ölkəmiz qarşısında duran problemləri həll edə biləcəyik. İndiki vəziyyət isə ölkədə siyasi sabitlik üçün həmişə ciddi təhlükə olaraq qalacaq”.

V.Nəsibov

Əvvəlki yazı

Rus ekspert Türkiyənin NATO-dan çıxmayacağını deyir:“MOSKVA ANKARANIN SURİYADA NÖVBƏTİ HƏRBİ ƏMƏLİYYATINA RAZIDIR” – Müsahibə

Sonrakı yazı

QARA DƏNİZİN AÇARI TÜRKİYƏDƏDİR:Ankara boğazlarda NATO gəmilərinə qırmızı işıq yandıracaqmı? – Təhlil

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

02 Sentyabr 2025, 10:47
İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

02 Sentyabr 2025, 10:44
Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

02 Sentyabr 2025, 10:27
İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

02 Sentyabr 2025, 10:25
Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb

Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb

02 Sentyabr 2025, 10:23
Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

02 Sentyabr 2025, 10:20
“Qarabağ” Juninyonu qaytarmaq istədi, klubu buraxmadı

“Qarabağ” Juninyonu qaytarmaq istədi, klubu buraxmadı

02 Sentyabr 2025, 10:19
Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışladı

Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışladı

02 Sentyabr 2025, 10:15
İlin II Ay tutulması – Azərbaycanda da izləyəcəyik

İlin II Ay tutulması – Azərbaycanda da izləyəcəyik

02 Sentyabr 2025, 10:14
Bu kanalın baş redaktoru vəzifəsindən getdi

Bu kanalın baş redaktoru vəzifəsindən getdi

02 Sentyabr 2025, 10:12
Kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

Kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

02 Sentyabr 2025, 10:09
Xızıda 2 gənc qardaş faciəvi şəkildə öldü – Yenilənib

Xızıda 2 gənc qardaş faciəvi şəkildə öldü – Yenilənib

02 Sentyabr 2025, 10:08
Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

01 Sentyabr 2025, 15:56
İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

01 Sentyabr 2025, 15:55
Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

01 Sentyabr 2025, 15:45
“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

01 Sentyabr 2025, 15:24
ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

01 Sentyabr 2025, 15:22
Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

01 Sentyabr 2025, 15:19
İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

01 Sentyabr 2025, 14:27
Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

01 Sentyabr 2025, 14:24

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.