28-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Elmar Məmmədyarov:“Mənimlə anlaşmayan Zakir Həsənovla anlaşmalı olacaq”

07 Aprel 2019, 02:25
Siyasət, Seçmə
A A
Elmar Məmmədyarov:“Mənimlə anlaşmayan Zakir Həsənovla anlaşmalı olacaq”

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri xarici işlər nazirləri Şurasının Moskvada keçirilən iclasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyaro ONA-nın Moskva müxbirinə müsahibə verib.

Reportyor.info həmin müsahibəni təqdim edir:

– Cənab nazir, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən görüşün yekunlarını necə qiymətləndirirsiniz? Nəzərə alsaq ki, bu görüş Dağlıq Qarabağla danışıqlar prosesində yaranan uzunmüddətli fasilədən sonra yüksək səviyyədə keçirilən ilk rəsmi görüş idi.

– Əslində Vyana görüşünün yekunları ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri, habelə Azərbaycan və Ermənistan rəhbərliyi adından yayılan birgə bəyanatda hər şey öz əksini tapıb. Əlavə olaraq onu deyə bilərəm ki, Vyana görüşündə Qarabağla bağlı danışıqlar prosesinin 3+2 formatında aparılması bir daha təsdiqləndi. Əsas nəticə budur. Cənab prezident də bu barədə öz çıxışlarında bildirib. Bu, onu göstərir ki, danışıqlar bundan sonra da bu formatda davam etdiriləcək. Gələn həftə Bakı və Yerevan eyni vaxtda nazirlərin görüşünün keçirilmə vaxtını elan edəcək. Moskvada keçiriləcək görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək. Sergey Lavrov özü bu görüşdə iştirak etmək istəyir. Bu görüşdən sonra həmsədrlər regiona səfər edəcəklər.

– Vyana görüşündən qısa zaman keçəndən sonra Ermənistan müdafiə naziri David Tanoyan Nyu-Yorkda erməni diasporunun nümayəndələri ilə görüşündə sülh danışıqlarına zidd bəyanat səsləndirdi. Bu, Ermənistanın sülh danışıqları prosesindən imtina etməsi anlamına gəlmirmi, yaxud Yerevanın danışıqlar naminə danışıqlarda iştirak etməsi demək deyil?

– Vyana görüşü başa çatandan üç saat sonra Ermənistanın müdafiə naziri belə bir bəyanatla çıxış edib. Əslində bu gülməlidir. Bilirsiniz, mən bu məsələyə ayrıca toxunmaq istəyərdim. Deməli Ermənistan tərəfi bizdən qorxur. Bu, onu göstərir. Deyirlər ki, müharibə olsa, hücuma keçəcəyik. Əgər qorxursunuzsa, onda bu problemin üzərində işləyin. Biri var müdafiə olunasan, biri də var hücum edəsən. Tam fərqli-fərqli anlayışlardır. Əgər Ermənistan tərəfi müharibəyə hazırlaşmaq istəyirsə, bu onların mövqeyidir. Necə deyərlər, babalı Ermənistanın, Tanoyanın boynuna! Məncə, Tanoyan özünü saxlaya bilməyib və qorxusundan bu bəyanatı səsləndirib.

– Rusiya cəmiyyətində belə bir deyim var: Lavrovla anlaşmayan Şoyqu (Rusiyanın müdafiə naziri-red.) ilə anlaşmalı olacaq. İndi bu deyimi Azərbaycanın Ermənistana qarşı münasibətində işlətmək olarmı?! Elmar Məmmədyarovla anlaşmayan Zakir Həsənovla anlaşmalı olacaqmı?

– Yəqin ki… Əlbəttə, müdafiə nazirimizdir.

 

Əvvəlki yazı

Pedofil ruhi xəstə ”Xortdan” ləqəbli amansız qatil Albert Fiş

Sonrakı yazı

ABŞ-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNDƏ “F-35” DÜYÜNÜ:Vaşinqton Ankaradan asılı durumdaymış – TƏHLİL

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

28 Avqust 2025, 15:51
Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

28 Avqust 2025, 15:48
Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

28 Avqust 2025, 14:49
Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

28 Avqust 2025, 14:40
Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

28 Avqust 2025, 14:32
“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

28 Avqust 2025, 14:29
Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

28 Avqust 2025, 14:18
Döyülən uşaqların vəziyyəti – Açıqlandı

Döyülən uşaqların vəziyyəti – Açıqlandı

28 Avqust 2025, 14:15
182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

28 Avqust 2025, 14:12
Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

28 Avqust 2025, 14:10
“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

28 Avqust 2025, 14:07
“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

28 Avqust 2025, 13:57
Paşinyan Rusiyaya gedəcək

Paşinyan Rusiyaya gedəcək

28 Avqust 2025, 13:49
Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.