
Rusiya Prezidenti Vladimir Putin “Bir kəmər – bir yol” beynəlxalq forumunda iştirak edəcək.
Azərtac xəbər verir ki, bunu jurnalistlərə RF Prezidentinin köməkçisi Yuri Uşakov bildirib. “Bir kəmər – bir yol” beynəlxalq forumu aprelin 26-27-də Çində keçiriləcək.
Çin Xalq Respublikasının irəli sürdüyü “Bir kəmər – bir yol” təşəbbüsü “İpək Yol iqtisadi kəməri” və “XXI əsrin dəniz İpək Yolu” layihələrini birləşdirir. Birinci forum 2017-ci ilin may ayında Pekində keçirilib. Həmin tədbirdə 29 ölkənin dövlət və hökumət başçıları, habelə iri beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.




















